Çıxışı gündəm olan psixoloq danışdı: 'İstəklərinizi ödəyə biləcək insanla bərabər olun

Çıxışı gündəm olan psixoloq danışdı: 'İstəklərinizi ödəyə biləcək insanla bərabər olunARB telekanalında yayımlanan "Günə son" verilişində qonaq olan psixoloq Əfsanə Rüstəmovanın səsləndirdiyi fikirlərə birmənalı qarşılanmayıb.
Psixoloq canlı efirdə "Emosional ehtiyacı ödənməyən qadının boşanmaq kimi bir hüququ var" ifadəsini işlədib. 
Onun proqramda səsləndirdiyi fikirlər müzakirələrə səbəb olub və tənqid hədəfinə çevrilib.
Bununla bağlı azxeber.com-a açıqlama verən Əfsanə Rüstəmova tənqidlərdən narahat olmadığını deyib: 
"Əslində, mən bu tip mövzularda qətiyyən açıqlama verməyin tərəfdarı deyiləm. Ona görə ki, biz hər birimiz istər təhsil, istər dünyagörüşü baxımından fərqli mərtəbələrdəyik. Mən onuncu mərtəbədəyəmsə, bu mənim yaxşı, ya da birinci mərtəbədəyəmsə pis olduğum mənasına gəlmir. Bu çox normal haldır ki, birinci mərtəbədən dediyin söz, onuncu mərtəbədə yaxşı eşidilmir. Burada deyə bilərlər ki, yəqin o özü çox inkişaf edib, öz dediyini ancaq özü başa düşür. Mən bu cür çıxışları kütlənin ixtiyarına buraxıram ki, onlar nəyi necə istəyirlər elə də anlasınlar. Amma gəlin bu məsələyə bir az da praktik baxaq. Yəqin ki, bizim cəmiyyətimiz üçün üç min manat böyük məbləğ imiş ki, bu söhbət belə böyüdü. Hər kəs pula fokuslandı, mövzu qaldı kənarda. Burada əsas məna, qadının emosional ehtiyacları ödənilməyəndə kişinin bundan gərginləşib özünü kişi kimi hiss etməməsidir. Buna görə də şiddət meydana gəlir. Demək istədiyim bu idi ki, növbəti mərhələ şiddət olmasın deyə, emosional ehtiyaclarınızı ödəməyə çalışın. Və ən önəmlisi, sizin istəklərinizi ödəyə biləcək bir insanla bərabər olun. Demək istədiyim bu idi. Amma insanların xoşu gəlir belə mövzunu başqa yönə çəksinlər. Çünki onlar üçün həyatda daha maraqlı heç nə yoxdur. Bu da onların həyat keyfiyyətinin aşağı olmasından və maraqsız həyat yaşamasından irəli gəlir".
Psixoloq sosial şəbəkədə onu bu fikrinə görə qınaq obyektinə çevirənlərə səslənib:
"Mən çox sevinirəm ki, onlar anlamadıqları mövzuda belə fikir söyləməyə çalışırlar. Bu da özünü ifadəyə cəhddir. Belə - belə öyrənəcəklər özlərini daha düzgün ifadə etməyin yolunu. Bu gün üçün onlarda alınmadı, çünki onlar motivi anlamadılar. Çünki onlar, qadın ağzını açanda susduran insanlardır. Mən sadəcə orada aparıcının verdiyi suala cavab vermişəm. İnsanların bir sözün ucundan tutub sənəti, savadı, şəxsiyyəti yarqılamağı toplumun cəhalətindən xəbər verir. Biz başa düşməliyik ki, insanlar fərqli düşünə bilər. Bu fərqliliklər bir-birimizi narahat etməməlidir. Biz o halda narahat ola bilərik ki, kimsə bu sözü eşidib, gedib boşansın. Deməli o insanda zatən ailə dəyəri yox imiş ki, kənardakının sözü ilə boşanır. Mənim yanımda hər gün desinlər ki, yoldaşına maşın almayan kişi, yaxşı kişi deyil. Mən həyat yoldaşımın sevgisindən əminəmsə və büdcəsini də bilirəmsə mən onu heç vaxt narahat eləmərəm ki, mənə niyə maşın almırsan? Bilirəm ki, pulu olsa alacaq olmasa almayacaq. Əgər tərəflər emosional balanslarını nizamlamadan nəsə istəyirsə, deməli onlar doğru partnyorlar deyillər. Belə mövzular həmişə mediada ajataj yaradır. Bu məni qətiyyən narahat eləmir. Heç bir sosial şəbəkədə qeydiyyatım yoxdur və səkkiz ildir ki, belə fəaliyyət göstərirəm. Burada artıq başqa izaha ehtiyac yoxdur."
Aysel Hacızadə

Sosial       Tarix: 27 oktyabr 2023
f Paylaş

Oxşar xəbərlər

Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər

Payız artıq özünü göstərir. Son iki gündə Bakıda havanın kəskin soyuması, yağış və güclü külək sakinlərə isti günlərin geridə qaldığını xatırladıb. Qarşıdakı həftələrdə havaların daha da soyuması ilə evlərdə kombilərin iş

Azərbaycanda PISA ilə bağlı mühüm yenilik – Region məktəbləri də tədqiqata cəlb edildi

Sentyabrın 4-də PISA beynəlxalq qiymətləndirmə tədqiqatı ilə bağlı məlumatlandırma görüşü keçirilib. xəbər verir ki, görüşdə təhsil ictimaiyyətinin və media nümayəndələrinin iştirakı ilə PISA proqramının məqsədləri, əsa

Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir

Bizdə indiki vəziyyət belədir ki, Universitetlərə giriş çətindir, çıxış asandır. Əslində, əksi olmalıdır. Yəni sənin tələbəyə verdiyin diplom elə diplom olmalıdır ki, daha ondan təkrar imtahan götürməsinlər. Bakupost-a istinadə

Paytaxtın bu ərazilərində qaz olmayacaq

Sabah paytaxtın bəzi ərazilərində qaz olmayacaq. xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb. Belə  ki, "Qaz İxrac" İdarəsinə məxsus yüksək təzyiqli magistral qaz kəmərində aşkar olunmuş qa

4 min illik xəstəlik yenidən baş qaldırdı – Azərbaycanda da qeydə alınıb

Dünyanın ən qədim yoluxucu xəstəliklərindən biri hesab olunan cüzam – Hansen xəstəliyi ABŞ-də yenidən diqqət mərkəzinə düşüb. Florida ştatında 2026-cı ilin ilk aylarında 19 yeni yoluxma faktının qeydə alınması narahatlı

Qeyri-rəsmi yaşadığı kişi tərəfindən vəhşicəsinə döyüldü

Bakının Xətai rayonunda 30 yaşlı kişi qeyri-rəsmi münasibətdə olduğu qadına xəsarət yetirib. " "a istinadla xəbər verir ki, hadisə onların birgə yaşadıqları evdə baş verib. Ağcabədi rayon sakini, 1996-cı il təvəllüdl

Sabah bu ərzilərdə işıq olmayacaq

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə sentyabrın 4-də Bakıda, Abşeronda və Cəlilabadda bir sıra yaşayış məntəqələrinin elektrik şəbəkələrind

Arıqlamaq istəyənlərin NƏZƏRİNƏ - Nahar üçün ideal vaxt açıqlandı

Naharın hansı saatda yeyilməsi yalnız gündəlik qidalanma rejiminə deyil, çəkiyə nəzarətə də təsir göstərə bilər. Aparılan araşdırmalardan birində arıqlamağa çalışan 420 nəfərin qidalanma vərdişləri izlənilib. Məlum olub ki

Daha çox maaş almaq istəyirsinizsə... – Bu bacarıq gəlirinizi artıra bilər

Xarici dil bilmək artıq yalnız əlavə bacarıq deyil, bir çoxsahədə işə qəbul zamanı namizəddən tələb olunan əsas meyarlardan birinəçevrilib. Xüsusilə ingilis və rus dillərini bilmək müxtəlifvakansiyalarda üstünlük kimi göstərilir


son xeberler azerbaycan xeberleri yeni xeberler futbol xeberleri xeberler son xeber az cəbhədən son xeber