"Çox kasıb olub, demək olar, yaşamaq üçün oynayıb" - Qurban Qurbanov Kadidən DANIŞDI
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov ötən il komandadan ayrılan braziliyalı futbolçu Kadi Borxes barədə danışıb.
KONKRET.azxəbər verir ki, təcrübəli mütəxəssis futbolinfo.az saytına müsahibəsində vingerin addımının yanlış olduğunu bildirib:
"Məncə də. Bəzilərinin beynini elə doldururlar ki… Orada elə olacaq, belə olacaq və s. Futbolçunun bacarığını şişirdir, onu burada az dəyərləndirildiyinə inandırırlar. Onlar bu günü düşünürlər, sabahı yox. Ən çox da yerli futbolçuların belə tora düşməsindən narahatam. Biz bu yöndə də işimizi yaxşılaşdırmalıyıq, oyunçuların menecerinin sağlam adam olmasına əmin olmalıyıq. Hər menecer futbolçuya düzgün yol göstərmir, bəzən onların karyerasına zərbə vururlar. Halbuki bəzi futbolçular var ki, onların öz komandaları olur. Məsələn, Kadidə güc, sürət, düşünmə bacarığı var idi. Amma onun yeri məhz "Qarabağ" idi, burada ən yaxşı oyununu göstərirdi, gərək getməzdi. 5-10 manat artıq qazanmaq imkanı ola bilər, amma futboldan həzz alması üçün "Qarabağ"da qalmalıydı. Avropa klubları ilə fərqimiz həm də kaprizlərlə bağlıdır. Biz bəzən hansısa oyunçudan ən yaxşısını almaq üçün onun bəzi kaprizlərinə göz yumuruq, Avropada isə belə deyil.
Kadi bizim uşağımızdır, qayıtsa, istəyərəm. Onun həyatı ilə maraqlanmışdım, çox əziyyət çəkmiş biridir. Çox kasıb olub, demək olar, yaşamaq üçün oynayıb, Portuqaliyada aşağı liqanın autsayderində çıxış edirdi. Çox xatirələrimiz var, uşaqlıqda çox əziyyət çəkmişdi, buna görə onu daha çox istəyirdim. Ailəsinin ehtiyacları var idi, getməyi lazım bildi. Biz də pis şərait yaratmamışdıq. Gedən futbolçulardan kim qayıtmaq istəyibsə, qapımız açıq olub".

Ən yüksək faiz verən banklar bəlli oldu – SİYAHI
"AzerGold" QSC-nin xarici ölkədə ilk törəmə şirkəti – "AzerGold Uzbekistan" təsis edilib
Həkimlərin "məşəqqətli cadugər" adlandırdığı qadın - FOTOLAR
"Qalatasaray" Fransadan qalib qayıdır
Xəstəliklərin səbəbi və mənası - Bu, insanlara daha çox şəfa gətirir
"28 Mall"un qarşısında ölüm - təfərrüat
Etiraz aksiyalarına görə bu oyunun vaxtı dəyişdirildi
Mariya Şarapova Bakıya gəlir
İşçiləri İdris Quliyevin 104 minlik malını oğurladı
Ərdoğan Əliyevi Türkiyədəki sammitə şəxsən dəvət etdi
Ararat Mirzoyan parlamentin iclasında azərbaycanlı çobanın sərhədi keçməsindən danışdı
Bu hadisə böyük müharibəyə səbəb ola bilər – XƏBƏRDARLIQ
Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib
Aİ rəsmiləri 'Qarabağ İtkin Ailələri' İctimai Birliyinin üzvləri ilə görüşüblər
Qəzada ölən Elşən "AzərEnerji"nin əməkdaşı imiş - Foto