"Çox utanıram" - "Neftçi"nin baş məşqçisi

Azərbaycan Premyer Liqasının 16-cı turunun "Neftçi" – "Qarabağ" (0:4) matçından sonra Laurentsiu Regekampf mətbuat konfransında iştirak edib. O, jurnalistlərin suallarını cavablandırıb.
KONKRET.az xəbər verir ki, o, əvvəlcə qarşılaşma haqqında danışıb.
"Danışılası çox şey yoxdur. Bu gün şərhsiz olaraq məğlub olduq. Oyundan əvvəl hazırladığımız heç bir şeyi bu gün meydanda etmədik. Bu cür oyunlarda ürəklə oynamaq, qaçmaq, mübarizə aparmaq lazımdır. Bəzən, lazımı anlarda foul da etmək olar. Nəticələrə görə üzülürəm. Fanatlar, klubu sevən azarkeşlər qarşısında çox utanıram. Tezliklə özümüzə qayıtmalıyıq. Vaxtımız yoxdur. Çünki qarşıda bizi "Zirə"yə qarşı kubok oyunu gözləyir. Çox çətin olacaq.
– Ağır məğlubiyyət qlobal olaraq nəyi düşünməyə size vadar edir?
– Çox şey haqda. Öncə edəcəyim şey, oyuna bir daha baxmaqdır. Sabah oyunçularla məşqimiz var. Artıq paltardəyimə otağında danışdıq. Hamı üzgündür. Amma bu, kifayət deyil. Oyundan qabaq da danışmışdıq. Oyunboyu ən azı "Qarabağ"la mübarizə aparmadıq.
– Azər Əliyev sağ cinahda mübarizə aparırdı. Digər cinahda isə Azər Salahlı oyunboyu səhvlərlə yadda qaldı. Hər kəs hamı "Neftçi"nin cinahlarında problem olduğu deyir. Bu, nə vaxt həll ediləcək?
– Lap birinci mətbuat konfransında da demişdim ki, oyunçularım haqda danışmayacam. Həftəboyu hansı oyunçu özünü yaxşı göstərirsə, ona şans veririk. Azər Salahlı çox çətin perioddan sonra qayıdıb. Millinin üzvüdür. Mənim üçün vacib olan amil odur ki, onu addım-addım qaytaraq. Oyunçu yaxşı formada deyilsə, komanda ona kömək olmalıdır. Hazırda çox çətindir. Bu period ərzində bütün yerli oyunçular 100 faiz hazır durumda deyildilər. "Qarabağ"la oyunda elə oyunçular lazımdır ki, təcrübəli futbolçular cinah keçidləri etsin. Ona görə də Azər Salahlı və Əliyevi oynatdıq cinahlarda.
– Qodsvay Donyonu hər dəfə müdafiə edirsiniz. Onun barədə nə deyəcəksiz?
– Bütün oyunçularımı müdafiə edəcəm. Öz oyunçularım haqda danışmayacam. Mən tərəfdən düzgün çıxmır. Sizin hüququnuzdur ki, oyunu analiz edib fikir bildirəsiz. İnanın ki, oyunçularımla tez-tez söhbət edirik. Daxildə son perioddakı çatışmazlıqlar haqda da danışırıq. Müzakirələr aparırıq ki, qışda qısa periodda nələr edə bilərik? Xahiş edirəm, bizə bir az da vaxt verin. Düzgün məqam çatanda, hər şey barədə biləcəksiz.
– Bu gün ikinci qoldan sonra "Neftçi" futbolçuları mübarizə apara bilmədilər. Siz onlara başa salırsız ki, harada oynayırlar?
– Eyni şeyi soruşursuz.
– Çünki lazım olan cavabları demirsiz…
– Haqlısız. Heç bir oyunçunu işarə etməyəcəm. Mənim üçün vacib olan komandadır. Doğrudur, 0:2-dən sonra futbol oynamadıq. Söhbət təkcə oyundan getmir. Bayaq vurğuladığım kimi, ürəyimizi meydanda qoymalıyıq. Təcrübəli oyunçularımız var. Onlar komanda yaxşı oynamayanda vəziyyəti üzərinə götürməlidirlər. Qarşıdakı günlərdə oyunçularla bu haqda danışacam. Başa düşün ki, oyunlarımız var. Ölkə kubokunda "Zirə"yə qarşı vacib matçımız olacaq. Bu gün soyuq duş qəbul etmiş olduq. Hamılıqla bunu düşünməliyik. Amma sabahdan etibarən bərabər çalışmalıyıq.
– Oyun bitəndən sonra azarkeşlər futbolçuları söhbətə dəvət etdilər. Ora təkcə Emin Mahmudov getdi. O da formanı çıxardı. Niyə siz orada yox idiz? Emini necə psixoloji durumdan çıxaracaqsız?
– Fanatların bu oyundan sonra narazı olması normaldır. Təhqirlərlə razılaşa bilmərəm. Amma onlar haqlıdırlar. Bu gün oynadığımız oyunla deyilənlərə layiqik.
– "Zirə" ilə oyun üçün çox az vaxt qalıb. Titul qazanmaq və avrokuboklara yollanmaq üçün ən qısa yol kubokdur. Sehrli çubuğunuz var?
– Əminəm ki, futbolçular bu situasiyada qalmayacaqlar. Onları oyundan sonra gördüm. Hamısı daxilən əziyyət çəkirdi. Bu, soyuq duş idi. Hər birimiz güzgüdə özümüzə baxıb, analiz etməliyik. Əminliklə deyə bilərəm ki, "Zirə"yə qarşı tamamilə başqa komanda görəcəksiz.
– Komandanı psixoloji durumdan necə çıxaracaqsız?
– 0:1 uduzsaydıq da, bu, bizə təsir edəcəkdi. Məğlub olandan sonra çətindir. Xüsusən də, titul uğrunda mübarizə aparan komandalara uduzanda çox təsir edir. Ona görə bayaqdan deyirəm ki, soyuq duş aldıq. Oyunu uduzmuşuq. İndi ağlamağa başlamalı deyilik. Kişi kimi davranıb, növbəti oyuna hazırlaşmalıyıq. Yeganə yolu budur. Futbolçularım peşəkardır, təcrübələri var. Bu barədə narahat deyiləm.

İdman       Tarix: 03 dekabr 2022
f Paylaş

Oxşar xəbərlər

Qazancına görə bütün futbolçuları geridə qoydu

Portuqaliyalı futbolçu Kriştiano Ronaldo 2 milyard dollardan çox qazanan ilk aktiv idmançıdır. xəbər verir ki, hesablamaya vergilər və agent haqları xaric olmaqla maaşlar, bonuslar, reklamlar və biznes gəlirləri daxildir

Qəzet oxumayan Kral: Əfsanəyə çevrilən ömür

"Mən futbol oynamaq üçün doğulmuşam. Necə ki Bethoven möhtəşəm musiqi bəstələmək, Mikelancelo isə rəsm çəkmək üçün dünyaya gəlib". Pele. 1940-cı il oktyabrın 23-də Braziliyanın Tres-Korasoyns şəhərində Edson Aranti

Xankəndi Ultramarafonuna yekun vuruldu

II Beynəlxalq Xankəndi Ultramarafonunun dördüncü – son mərhələsi başa çatıb. Report-a istinadla xəbər verir ki, marafonun 4-cü mərhələsi Ağdam şəhərindən bu gün səhər start götürüb, iştirakçılar 29,2 km məsafə qət ediblər

Mariya Şarapova Bakıya gəlir

Məşhur tennisçi və iş adamı Mariya Şarapova Bakıda keçiriləcək "INMerge" İnnovasiya Sammitində iştirak edəcək. KONKRET.azxəbər verir ki, Trend-in məlumatına görə, sammit noyabrın 30-dan dekabrın 1-dək Bakı Konqre

Avropa Liqası: Bu gün 15 oyun var

Bu gün UEFA Avropa Liqasının əsas mərhələsinin ikinci turu çərçivəsində növbəti oyunlar baş tutacaq. xəbər verir ki, turun bütün qarşılaşmaları bu gün Bakı vaxtı ilə saat 20:45 və 23:00-da başlayacaq. UEFA Avropa Liqası

Kokauri gümüş medal qazandı

Azərbaycan cüdoçusu Uşanqi Kokauri Bakıda keçirilən cüdo üzrə dünya çempionatında final görüşünə çıxıb. xəbər verir ki, o, +100 kq çəki dərəcəsində İnal Tasoevlə üz-üzə gəlib. İdmançımız bu görüşdə məğlub olaraq gümüşlə kifayətləni

"Şəfa" "Kəpəz"ə, "Neftçi" "Turan Tovuz"a qarşı

Misli Premyer Liqasında 9-cu tur davam edir. xəbər verir ki, ikinci oyun günündə daha iki görüş keçiriləcək. "Şəfa" "Kəpəz"i, "Neftçi" isə "Turan Tovuz"u qəbul edəcək. Bu turun mərkəz

İnfantino Samir Şərifov və Rövşən Nəcəf bir arada

FIFA prezidenti Canni İnfantino, U-15 dünya çempionatı və turnirinin Təşkilat Komitəsinin sədri Samir Şərifov və AFFA prezidenti Rövşən Nəcəf mundialın ilk oyun günü çərçivəsində Hövsan Yarış Kompleksini ziyarət ediblər

ÇL: "Sabah"ın oyununa hansı kanalda baxaq?

UEFA Çempionlar Liqasının Liqa mərhələlərində bu gün keçiriləcək bəzi oyunlara Azərbaycan və Türkiyə telekanalları vasitəsi ilə canlı yayımla baxmaq mümkün olacaq. xəbər verir ki, qarşılaşmalar aşağıda adları qeyd oluna


son xeberler azerbaycan xeberleri yeni xeberler bugünkü son xəbərlər valyuta mezennesi sou xeberler ən son xeberler