"Çoxdandır yığmada ruh düşkünlüyü var idi" — Ayxan Abbasov

Azərbaycan millisinin qazandığı ilk xal yığmaya əlavə güc verəcək.
KONKRET.az Report-a istinadən xəbər verir ki, bunu futbol üzrə Azərbaycan millisinin baş məşqçi vəzifəsini müvəqqəti icra edən Ayxan Abbasov DÇ-2026-nın seçmə mərhələsində Ukraynaya qarşı keçirdikləri oyundan sonra mətbuat konfransında deyib.
Mütəxəssis bərabərə bitən qarşılaşmanı şərh edib:
"İnşallah, yaxşı çıxışlarımız çox olar. Futbolçulara göstərdikləri oyuna görə təşəkkür edirəm. Meydanda əsl gücümüzü göstərməyə çalışdıq. Çoxdandır yığmada ruh düşkünlüyü var idi. Bəlkə də, futbolçular təzyiq altında çıxış edirdilər. Bizə çətin anlarımızda dəstək olan azarkeşlərə təşəkkür edirəm. İnşallah, qazandığımız bu xal yığmaya əlavə güc verəcək".
O, 1 gün ərzində komandada müəyyən dəyişikliklər edə bildiklərini söyləyib:
"Vaxtımız hədsiz az idi. 1 gün ərzində nə etmək olardısa, onu etdik. Çalışdıq ki, yığmanın psixoloji durumunu qaldıraq. Rəqibi təhlil etmək üçün də vaxtımız məhdud idi. Çalışırdıq ki, rəqibin hücumlarının qarşısını alaq".
A.Abbasov millini Ukrayna ilə qarşılaşmaya hazırlaşdırmasından danışıb:
"Qısa müddət ərzində yığmaya müvəqqəti baş məşqçi təyin oldum. Bu müddətə qədər sırf öz işimlə məşğul idim və U-21-i Avropa çempionatının seçmə mərhələsinin oyunlarına hazırlayırdım. Ani qərardan sonra "Dağla Arena"da futbolçuların məşqinə qatıldım və onların necə "dağınıq" olduğunun şahidi oldum. İslandiyaya 0:5 hesablı məğlubiyyəti unutdurmağa çalışırdıq. Bundan sonra təcrübəli futbolçularla danışıq apardıq".
Baş məşqçi əsas yığmaya çalışdırıcı kimi təyin olunmasından bəhs edib:
"AFFA rəhbəliyi ilə danışdıq. 1 gün içərisində kənardan məşqçinin gətirilməsi doğru olmazdı. Biz də yığmanın məşqçiləri olaraq çətin vəziyyətdə millimizə kömək etməyə çalışırıq".
Qeyd edək ki, Tofiq Bəhramov stadionunda baş tutan Azərbaycan – Ukrayna oyunu 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

İdman       Tarix: 10 sentyabr 2025
f Paylaş

Oxşar xəbərlər

Tarixin ən yaxşı futbolçusu mənəm, nöqtə - Ronaldo

Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun və Portuqaliya millisinin hücumçusu Kristiano Ronaldo özünü futbol tarixinin ən yaxşı oyunçusu hesab edir. -a istinadla xəbər verir ki, 41 yaşlı futbolçu "CNN Portugal"

Bugünkü oyunları yayımlayacaq kanallar

UEFA Avropa Liqasının və Konfrans Liqasının Liqa mərhələlərində bu gün keçiriləcək bəzi oyunlara Azərbaycan və Türkiyə telekanalları vasitəsi ilə canlı yayımla baxmaq mümkün olacaq. KONKRET.azxəbər verir ki, qarşılaşmala

Qəzet oxumayan Kral: Əfsanəyə çevrilən ömür

"Mən futbol oynamaq üçün doğulmuşam. Necə ki Bethoven möhtəşəm musiqi bəstələmək, Mikelancelo isə rəsm çəkmək üçün dünyaya gəlib". Pele. 1940-cı il oktyabrın 23-də Braziliyanın Tres-Korasoyns şəhərində Edson Aranti

"Barselona" rekord qırdı

"Sabah" futbol klubunun UEFA Çempionlar Liqasının əsas mərhələsindəki rəqibi "Barselona" cari mövsümdə qazandığı nəticələrlə diqqət çəkib. xəbər verir ki, Kataloniya klubunun rəsmi saytının məlumatın

"Real Madrid"in ulduzu bu komandaya gedir

"Real Madrid"in əfsanəvi müdafiəçisi Dani Karvaxal karyerasında gözlənilməz addım ataraq İspaniyanın digər təmsilçisi "Xetafe" ilə müqavilə bağlayacaq. KONKRET.azxəbər verir ki, bu barədə məşhur insayde

"Şamaxı" "Zirə"yə, "Sumqayıt" "Qəbələ"yə qarşı

Misli Premyer Liqasında VII tur bu gün keçiriləcək iki qarşılaşma ilə davam edəcək. xəbər verir ki, ikinci oyun günündə əvvəlcə Zirə İdman Kompleksinin stadionunda saat 17:00-da "Zirə" və "Şamaxı" komandalar

"Qalatasaray" Fransadan qalib qayıdır

Bu gün UEFA Çempionlar Liqasında II tura yekun vurulur. xəbər verir ki, sonuncu oyun günündə 9 qarşılaşma baş tutur. Türkiyə təmsilçisi "Qalatasaray" səfərdə "Lill"lə qarşılaşıb. Oyun İstanbul klubunu

ÇL: "Sabah"ın oyununa hansı kanalda baxaq?

UEFA Çempionlar Liqasının Liqa mərhələlərində bu gün keçiriləcək bəzi oyunlara Azərbaycan və Türkiyə telekanalları vasitəsi ilə canlı yayımla baxmaq mümkün olacaq. xəbər verir ki, qarşılaşmalar aşağıda adları qeyd oluna

"Sabah"ın baş məşqçisi: "Hər kəs bizdən qələbə gözləyir"

Hər kəs "Sabah" komandasından "Slaviya" ilə qarşılaşmada qələbə gözləyir. KONKRET.azxəbər verir ki, bunu "Sabah"ın baş məşqçisi Valdas Dambrauskas UEFA Çempionlar Liqasının əsas mərhələsind


azerbaycan xeberleri yeni xeberler son xeberler son xəbərlər son xabar xeberler bugun 2026 hava durumu