Çoxuşaqlı anaların pensiya yaşı dəyişir?
2026-cı il iyulun 1-dən Azərbaycanda qadınların ümumi pensiya yaşı 65-ə çatıb. Beş və daha çox uşağı olan analar isə qanunvericilikdə nəzərdə tutulan şərtlərlə pensiyaya beş il daha tez – 60 yaşında çıxa bilirlər.
Bəs çoxuşaqlı ailələrin sayının azalması fonunda bu anlayışın əhatə dairəsinin genişləndirilməsi, yəni meyarın iki və ya üç uşağa endirilməsi mümkündürmü?
azxeber.com xəbər verir ki, Milli Məclisin deputatı Vüqar Bayramov mövzu ilə bağlı Bakıvaxtı.az-a danışarkən çoxuşaqlı ailələrlə bağlı meyarların yenidən nəzərdən keçirilməsi və pensiya yaşının uşaqların sayına uyğun müəyyənləşdirilməsi məsələsi müzakirə olunur deyib.
Onun sözlərinə görə, təkliflərdən biri çoxuşaqlı ailə anlayışına yenidən baxılması, müvafiq meyarın mərhələli şəkildə üç uşağa endirilməsi və beş, altı və daha çox uşağı olan ailələrdə valideynlərin uşaqların sayına uyğun olaraq daha erkən pensiyaya çıxmasının təmin edilməsidir.
"Bununla bağlı təkliflər aidiyyəti dövlət qurumuna təqdim olunub və məsələ komitədə də səsləndirilib. Maliyyə qiymətləndirməsi və müvafiq mexanizmlər öyrənildikdən sonra bu istiqamətdə qərarların verilməsi mümkün ola bilər", - deyə deputat qeyd edib.

Ən yüksək faiz verən banklar bəlli oldu – SİYAHI
Həkimlərin "məşəqqətli cadugər" adlandırdığı qadın - FOTOLAR
"Qalatasaray" Fransadan qalib qayıdır
Xəstəliklərin səbəbi və mənası - Bu, insanlara daha çox şəfa gətirir
"28 Mall"un qarşısında ölüm - təfərrüat
Etiraz aksiyalarına görə bu oyunun vaxtı dəyişdirildi
Mariya Şarapova Bakıya gəlir
İşçiləri İdris Quliyevin 104 minlik malını oğurladı
Ərdoğan Əliyevi Türkiyədəki sammitə şəxsən dəvət etdi
Ararat Mirzoyan parlamentin iclasında azərbaycanlı çobanın sərhədi keçməsindən danışdı
Bu hadisə böyük müharibəyə səbəb ola bilər – XƏBƏRDARLIQ
Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib
Aİ rəsmiləri 'Qarabağ İtkin Ailələri' İctimai Birliyinin üzvləri ilə görüşüblər
Qəzada ölən Elşən "AzərEnerji"nin əməkdaşı imiş - Foto