Daha 5 klub ÇL-nin 1/8 final mərhələsinə vəsiqə qazandı
Çempionlar Liqasının qrup mərhələsinin beşinci turunun yekunlarına əsasən İngiltərənin "Mançester Siti", Fransanın "Paris Sen-Jermen", İspaniyanın "Real", İtaliyanın "İnter" və Portuqaliyanın "Sportinq" klubları yarışın 1/8 final mərhələsinə yüksəlib.
Publika.az xəbər verir ki, turun mərkəzi oynunda "Mançester Siti" "PSJ"-ni qəbul edib. Hesabı 50-ci dəqiqədə Mbappenin qoluyla fransızların açmasına baxmayaraq, 63 və 76-ci dəqiqələrdə Sterlinq və Gabriel Jesusun qolları İngiltərə təmsilçisinə qələbə qazandırıb. Qrupun digər oyununda Almaniyanın "Leyptsiq" klubu Belçikanın "Brügge"sini 5:0 hesabı ilə məğlub edib. Beləliklə, "Mançester Siti" və PSJ Çempionlar Liqasının 1/8 final mərhələsinə vəsiqəni təmin ediblər.
D qrupunda "Real Madrid" Moldovanın "Şerif" klubuna 3:0 hesabı ilə qalib gələrək Çempionlar Liqasının pley-off mərhələsinə vəsiqəni təmin edib. "Real Madrid"in qələbəsi sayəsində daha əvvəl "Şaxtyor Donetsk"i məğlub edən "İnter"də (2:0) turnirin 1/8 finalına çıxıb.
Portuqaliya "Sportinq" klubu doğma meydançada alman "Borussiya" Dortmundunu 3:1 hesabı ilə məğlub edib və 9 xal toplayaraq C qrupunda ikinci yeri təmin edib. Daha əvvəl qrupa birinci yeri hollandiyalı "Ayaks" təmin etmişdir (15 xal).

Ermənistan 2029-cu ildə COP34-ə ev sahibliyi etmək istəyir
Bakıda məktəb və bağçaların istilik təminatı ilə bağlı vacib açıqlama
Bakıda 11-ci sinif şagirdi müdirin seyfindən pul oğurladı
Nərimanovda kafedə baş verən insidentlə bağlı daha 3 nəfər saxlanılıb
Qarabağa köçən məşhurlar - SİYAHI
Euronews'da İlham Əliyevin Avropa Siyasi Birliyinin Sammitində iştirakına dair məqalə dərc olunub
Azercell və AKM "FireWall 2026" hakatonuna start verir
Mercedes-Benz Almaniyadakı zavodlarına investisiyaları dayandırır – Müəssisələrin bağlanması gündəmdədir
Azercell-in "30 il səninlə" lotereyasında fakturalı xətt abunəçilərini möhtəşəm hədiyyələr gözləyir!
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Birdəfəlik sosial müavinətlər bu tarixdə ödəniləcək
Millətlər Liqası: Bu gün daha 10 oyun var
Ağ Evin yanında banket zalı tikilir – Tarixi binanın yanında tikilən obyekt amerikalıların etirazına səbəb oldu
Polis kafedəki insidentlə bağlı daha 3 nəfəri saxladı
Bakıda kütləvi dava: bıçaqlananlar var