"Daha yüksək pillələrə qalxmaq istəyirik" - Adrian Mutu

"Neftçi"nin baş məşqçisi Adrian Mutu Misli Premyer Liqasının 16-cı turunda "Turan Tovuz"a qalib gəldikləri matç (3:2) haqqında danışıb.
KONKRET.az xəbər verir ki, mütəxəssis əvvəlcə klubun U-15 komandasına dəstək olub və "Turan Tovuz"la oyun haqqında ümumi fikirlərini bölüşüb:
– "Neftçi"nin U-15 komandasının qapıçısına dəstək göstərmək istəyirəm. Ona tezliklə meydanlara qayıtmasını arzulayıram. Oyun haqda onu deyə bilərəm ki, ağır, çətin oyun idi, aqressiv rəqibə qarşı oynayırdıq. Amma komandam xarakter göstərdi, meydanda oyuna çox yaxşı yanaşdılar və qalib gəldik. Bu gün komanda şəklində qalib gəlməyi bacardıq. Bu, mənim üçün çox vacibdir. Qapımızda iki asan qol buraxdıq. Diqqətli olmalıydıq. Amma komandamın buna cavabı çox yaxşı oldu. Bəyəndim. Onlar göstərdilər ki, qalib gəlmək istəyi var. Oyunda hər zaman hesabda irəli olan tərəf biz idik. Sevindirici amil odur ki, oyunçularım son dəqiqələri yaxşı idarə etdilər.
– Aaron Olanare boksçuya oxşayır, fiziki cəhətdən çatdırmır. Bu futbolçu haqda fikriniz necədir?
– Mənim üçün aydın olan odur ki, Olanareni bəyənmirsiniz. Amma bu gün o olmasaydı, matç 2:2 hesabı ilə bitərdi. Taktika, oyun haqda yaxşı yanaşıram. Amma oyunçum haqda belə danışılanda, buna cavab vermək istəmirəm.
– Kenni Sayefin qışda ayrılacağı deyilir. Doğrudur?
– Oyuna sonradan qoşulanların hamısı yaxşı idi. Sayef də verilən tapşırıqları yaxşı yerinə yetirdi. "Zirə" ilə oyunda da sonradan meydana daxil olanlar yaxşı oynadılar. Oyunda qələbəni komanda şəklində xarakter göstərərək qalib gəlmək olur. Sayefin təkliflərinə gəlincə, bu barədə məlumatım yoxdur.
– Turnir cədvəlində üçüncü pilləyə yüksəldiniz. "Qarabağ"la derbi öncəsi bu komandaya nə dərəcədə motivasiya verəcək? Komandanın qış fasiləsinə üçlükdə yollanmaq perspektivini necə görürsünüz?
– İstəyirik ki, yuxarılarda qərarlaşaq. Nəinki üçüncü pillə, daha da yüksəklərə qalxmaq niyyətindəyik. Mövsümün yarısı başa çatır. Çox qəribə keçdi. Bəzi oyunlarda, bəzi məqamlarda bizim də səhvimiz, günahımız oldu. Elə oyunlar da olub ki, bəxtimiz gətirməyib. Bütün bu baş verənlərdən nəticə çıxarmalıyıq. Bacardığımız qədər sona qədər yuxarılarda məskunlaşmalıyıq. Bu qələbədən sonra əhvalımız yüksək səviyyədədir. "Qarabağ"a qarşı çətin olacaq. Çalışacağıq ki, həmin derbidə qalib gələk.
– "Qarabağ" "Hekken"lə matçdan sonra yəqin ki, yorğun olacaq. Bu, sizə kömək edəcək?
– "Qarabağ" bizimlə ilk oyuna da Avropa Liqasının matçından sonra çıxmışdı. Onlar iki heyətə malikdir. Bizimlə matça 6 dəyişikliklə gəlmişdilər. Bu mənada, hansısa problemləri olacağını düşünmürəm.
– "Qarabağ" – "Hekken" matçını stadiondan canlı izləyəcəksiz?
– Oyuna köməkçilərim gedəcək.//Qol.az

İdman       Tarix: 11 dekabr 2023
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

"Qarabağ" "Neftçi"yə, "Qəbələ" "Sabah"a qarşı

Misli Premyer Liqasında 8-ci tur davam edir. . xəbər verir ki, ikinci oyun günündə daha iki matç keçiriləcək. Əvvəlcə "Qəbələ" öz meydanında "Sabah"ı qəbul edəcək. Bölgə təmsilçisi hazırda 4 xalla 10-cu

UEFA-dan Fəridə Lütfəliyevaya təyinat

Azərbaycanın qadın FİFA referisi Fəridə Lüftəliyeva UEFA tərəfindən təyinat alıb. xəbər verir ki, Gürcüstanda keçiriləcək qadınlar arasında U-17 Avropa çempionatının seçmə mərhələsinin B4 qrupunda iki oyunun baş hakimi olacaq

Məşhur futbolçu 40 yaşında karyerasını bərpa etdi

Futbol üzrə İspaniya millisinin heyətində dünya çempionu olan yarımmüdafiəçi David Silva karyerasını bərpa edib. O, Honkonq Premyer Liqasında çıxış edən "Satxin" klubu ilə müqavilə bağlayıb. KONKRET.azoxuaz-a istinadə

"Turan Tovuz" "İmişli"yə, "Zirə" "Kəpəz"ə qarşı 

Misli Premyer Liqasında VII tura bu gün yekun vurulacaq. xəbər verir ki, son olaraq iki qarşılaşma keçiriləcək. Günün ilk oyununda "Turan Tovuz" səfərdə "İmişli" ilə üz-üzə gələcək. Matç saat 15:00-d

Azərbaycan UEFA reytinqində irəlilədi

Azərbaycan UEFA reytinqində bir pillə irəliləyib. xəbər verir ki, bu, "Sabah"ın UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunda Çexiyanın "Slaviya" komandasını məğlub etməsi (2:0) sayəsində mümkü

Arsen Venger Bakıya gəldi

FIFA-nın Qlobal Futbol İnkişafı üzrə rəhbəri, "Arsenal"ın əfsanəvi sabiq baş məşqçisi Arsen Venger Bakıya gəlib. İdman.biz-ə istinadla xəbər verir ki, fransalı mütəxəssis paytaxtda keçirilən FIFA U-15 Dünya Çempionat

7 qat Azərbaycan çempionu diskvalifikasiya olundu

Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) boksçu Daniel Holostenkonu iki il müddətinə cəzalandırıb. xəbər verir ki, bu barədə AMADA-dan məlumat verilib. Bildirilib ki, idmançı tərəfindən məkan məlumatı pozuntusu aşkarlanıb

"Sabah" "Slaviya"ya qarşı... - Canlı

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 2-ci turunda bu gün keçiriləcək "Sabah" – "Slaviya" matçı üçün heyətlər açıqlanıb. xəbər verir ki, komandalar saat 20:45-də başlayacaq matça aşağıdakı tərkibd

"Real"ın oyunu azərbaycanlı referiyə tapşırıldı

Azərbaycanın FİFA referisi Kamal Umudlu UEFA-dan yeni təyinat alıb. AFFA-dan -a verilən məlumata görə, o, Gənclər Liqasının liqa mərhələsində keçiriləcək "Roma" (İtaliya) – "Real Madrid" (İspaniya) oyunun


son xeberler azerbaycan xeberleri yeni xeberler cəbhədən son dəqiqə bu gunun xeberleri şou biznes xəbərləri novruz bayramı