Dani Alves 9 il azadlıqdan məhrum oluna bilər
Ötən ilin yanvar ayında həbs olunan Braziliya millisinin və İspaniyanın "Barselona" klubunun keçmiş futbolçusu Dani Alves məhkəmə qarşısına çıxıb.
KONKRET.az xəbər verir ki, 2022-ci ildə Barselona şəhərində yerləşən gecə klubunda bir qadına cinsi təcavüz etdiyi iddiası ilə 13 aydır həbsdə olan 40 yaşlı veteran müdafiəçi növbəti dəfə hakim qarşısında ifadə verib. İlk məhkəməsində belə bir hadisənin yaşanmadığını söyləyən "sambaçı" son ifadəsində isə qarşı tərəfin razılığı ilə bunu etdiyini boynuna alıb.
Dövlət ittihamçısı Dani Alvesə 9 il həbs cəzası, həmçinin zərərçəkən qadına 150 min avro təzminat ödənməsini istəyib.
Qeyd edək ki, Dani Alves karyerası ərzində Kataloniya təmsilçisi ilə yanaşı, İspaniyanın "Sevilya", İtaliyanın "Yuventus" və Fransanın PSJ kimi önəmli klublarının formalarını geyinib.
Xidmetler [newsid: 0-123300]

Ən yüksək faiz verən banklar bəlli oldu – SİYAHI
"AzerGold" QSC-nin xarici ölkədə ilk törəmə şirkəti – "AzerGold Uzbekistan" təsis edilib
Həkimlərin "məşəqqətli cadugər" adlandırdığı qadın - FOTOLAR
"Qalatasaray" Fransadan qalib qayıdır
Xəstəliklərin səbəbi və mənası - Bu, insanlara daha çox şəfa gətirir
"28 Mall"un qarşısında ölüm - təfərrüat
Mariya Şarapova Bakıya gəlir
İşçiləri İdris Quliyevin 104 minlik malını oğurladı
Ərdoğan Əliyevi Türkiyədəki sammitə şəxsən dəvət etdi
Ararat Mirzoyan parlamentin iclasında azərbaycanlı çobanın sərhədi keçməsindən danışdı
Bu hadisə böyük müharibəyə səbəb ola bilər – XƏBƏRDARLIQ
Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib
Aİ rəsmiləri 'Qarabağ İtkin Ailələri' İctimai Birliyinin üzvləri ilə görüşüblər
Qəzada ölən Elşən "AzərEnerji"nin əməkdaşı imiş - Foto