"Danışıqlarda irəliləyişin əldə olunacağını söyləmək çətindir" - Politoloqdan açıqlama

Sabah Brüsseldə Azərbaycan və Ermənistan liderlərinin görüşü keçiriləcək. Hər dəfə olduğu kimi, Ermənistan bu dəfə də görüş ərəfəsi təxribatlar törətməklə danışıqlar prosesini ənəgəlləməyə çalışır. Bununla da Azərbaycanın mövqeyinə zərbə vuracaqlarını düşünürlər.
KONKRET.az-a açıqlama verən politoloq Elçin Mirzəbəyli danışıqlarda Azərbaycanın mövqelərini möhkəmləndirən kifayət qədər amillərin olduğunu deyir:
"Davamlı olaraq təxribatlar törədilməsi əslində Brüssel prosesinə bu və ya digər formada mane olmaq cəhdindən başqa bir şey deyil. İndiki şəraitdə qarşılıqlı etimad mühitinin formalaşması üçün heç bir əsas yoxdur. Ermənistanın məqsədyönlü şəkildə Azərbaycan ərazilərində yaşayan erməni sakinlərlə bağlı məsələni gündəmə gətirməsi və davamlı olaraq insan hüquq və azadlıqları kontekstindən guya hansısa problemlərin olduğunu, onları blokada vəziyyətində yaşamasını vurğulaması özünü doğrultmadı.
Çünki Avropa İnsan Haqları Məhkəməsinin Azərbaycanın Laçın yoluna nəzarət və həmçinin sərhəd-buraxılış məntəqəsilə bağlı atdığı addımların tamamilə legitim olmasını vurğulaması Ermənistanın iddialarını darmadağın edir. Azərbaycanda erməni sakinlər üçün humanitar problemlər mövcud deyil və Ermənistan danışıqlar prosesində bu məsələni xüsusi vurğulaya bilməyəcək.
Ermənistan niyə mütamadi olaraq bu məqamın üzərinə gəlir? Bəlli olduğu kimi, Azərbaycanın ərazi bütövlüyünü, Qarabağın, həmçinin anklav ərazilərin Azərbaycanın tərkib hissəsi kimi tanınması ilə bağlı Ermənistanın rəsmi mövqeyi var və bu, Ermənistanın üzərinə öhdəlik qoyur.
İndiki şəraitdə Ermənistan Azərbaycan ərazilərində guya erməni sakinlərlə problemlərin olduğu barədə manipulyasiyaya yol verməklə ölkəmizin daxili işlərinə qarışmağa və beynəlxalq təzyiqi təşkil etməyə cəhd göstərirlər. Danışıqlar prosesində birmənalı irəliləyişin əldə olunacağını söyləmək çətindir. Amma yüksək səviyyəli görüşdə, bir qayda olaraq, Brüsseldə keçirilən görüşlərdə hansısa konkret məsələlərlə bağlı irəliləyişin əldə olunması nəzərə çarpır.
Eyni zamanda ABŞ-ın dövlət katibi Entoni Blinkenin görüş öncəsi Azərbaycan Prezidentinə zəng etməsi və sülh prosesinə dəstəyini ifadə etməsi müsbət haldır. Bu da görüşdə hansısa irəlləyişin yaranmasına zəmin yarada bilər. Amma hazırda sülh müqaviləsinin imzalanması üçün bütün mövqelər üzrə razılıq əldə edilməsini söyləmək çətindir. Bəlli olduğu kimi, Ermənistan tərəfi də bundan öncə həm baş nazir, həm də XİN tərəfindən hələlik bəzi prinsipial müddəlar üzrə razılaşmanın olmadığını söyləyiblər. Bu məsələlərə istinad etsək, Brüssel görüşündə yekun nəticənin əldə edilməsi inandırıcı deyil. Ola bilsin ki, ilin sonuna qədər danışıqlar prosesində daha böyük nəticələr əldə olunsun".
Vəli Həsənov,
KONKRET.az

Siyasi       Tarix: 14 iyul 2023
f Paylaş

Oxşar xəbərlər

İlham Əliyevdən həmkarına təbrik

Prezident İlham Əliyev Braziliya Federativ Respublikasının Prezidenti Luiz İnasio Lula da Silvaya təbrik məktubu göndərib. xəbər verir ki, təbrik məktubunda deyilir:. "Braziliya Federativ Respublikasının Prezidenti vəzifəsin

Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan noyabrın 8-də Xankəndidə təltif edilmiş hərbi qulluqçularla görüşüblər

Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar

Azərbaycan Prezidenti İlham Əliyev Müdafiə Nazirliyinin bir sıra hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi barədə sərəncam imzalayıb. sərəncamın mətnini təqdim edir:. Azərbaycan Respublikası Konstitusiyasının 109-c

İlham Əliyev Şuşada açılışda iştirak etdi - FOTO 

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 7-də Şuşa Peşə Təhsili Mərkəzinin əsaslı təmirdən sonra açılışında iştirak edib. xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayev dövlət başçısına yaradılmış şərait barədə məluma

Ermənistan bu ölkədən külli miqdarda raket alır

Hindistan "Pinaka" raket artilleriyası proqramını genişmiqyaslı şəkildə genişləndirməyə doğru irəliləyir. Hazırda təxminən 400 raketin tədarük prosesi həyata keçirilir. -a istinadən xəbər verir ki, bu barədə "İndia

İlham Əliyev və Mehriban Əliyeva Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Zəngilan rayonunun Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. Qeyd edək ki, Cahangirbəyli kənd

Ərdoğan sabah Qarabağa gəlir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah Azərbaycana səfər edəcək. Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanəddin Duran məluma

KTMT-də iştirak etməkdə maraqlı deyilik - Paşinyan

Ermənistan artıq KTMT-də iştirak etməkdə maraqlı deyil. axaraz-a istinadən xəbər verir ki, bunu Ermənistanın Baş nazir Nikol Paşinyan deyib. "İstəyirəm ki, bundan sonra Ermənistanın KTMT ilə bağlı maraqlarının tükəndiyin

Merz Trampla Ukraynadakı müharibəni müzakirə etdi

Almaniya kansleri Fridrix Merz ABŞ Prezidenti Donald Trampla telefon danışığı aparıb. KONKRET.azaxaraz-a istinadən xəbər verir ki, bu barədə "N-tv" məlumat yayıb. Məlumata görə, hər iki tərəf Ukraynaya qarşı müharibəni


yeni xeberler azerbaycan xeberleri son xeberler son xeberler az xəbərlər son xeberler bugun 2026 azerbaycan valyuta mezenesi