DÇ-2022: Son 24 ilin antirekordu qeydə alındı
Qətərdə keçirilən futbol üzrə dünya çempionatında son 24 ilin antirekordu qeydə alınıb.
KONKRET.az-ın məlumatına görə, 5 komandanın qrupu məğlubiyyətsiz başa vurması 32 yığmanın iştirakı ilə 8 qrupdan ibarət təşkil olunan formatda ən aşağı göstəricidir.
DÇ-1998 və DÇ-2002-də 12, DÇ-2006-da 11, 2010, 2014 və 2018-ci illərdəki dünya çempionatlarında isə 9 komanda qrupda məğlub olmayıb. Budəfəki mundialda yalnız Niderland, İngiltərə, ABŞ, Mərakeş və Xorvatiya qrupu yenilgi üzü görmədən tamamlayıb.
Qeyd edək ki, qrup mərhələsində Niderland, İngiltərə, Mərakeş 7 xal, ABŞ-la Xorvatiya 5 xal toplayıb. Turnirin 1/8 finalına bu gün keçiriləcək oyunlarla start veriləcək./report

Zaxarovadan PUA hücumları ilə bağlı AÇIQLAMA
"Qızıl buts"u o qazandı
Qalibaf ABŞ-nin Yaxın Şərqə hərbi texnika göndərməsini tənqid etdi
Şərurda qadın meyiti tapıldı
Azərbaycan nümayəndə heyəti Şimali Kiprin rəhbərliyi ilə görüşdü - FOTOLAR
Zelenski generallarla "qapalı" görüşdə: İstefa şayiələri artır
Müctəba Xamenei İrandan qaçıb? - Abbas Əraqçidən maraqlı AÇIQLAMA
İlham Əliyev Almaniya İqtisadiyyatının Şərq Komitəsinin sədri ilə görüşüb
ABŞ İranın sənaye müəssisəsinə zərbə endirib
Zərdabda otbağlayan aqreqatın təkərinin altında qalan azyaşlı ölüb
Türkiyədə dollar durmadan bahalaşır – Azərbaycanı nə gözləyir?
Səudiyyə Ərəbistanının ev sahibliyi edəcəyi DÇ-2034 təxirə salına bilər
Bu günün valyuta məzənnələri açıqlandı
Yamal dünya futbolu tarixinə düşdü