Deputat Ermənistanın növbəti təxribatının səbəbini açıqladı
Mayın 14-də Azərbaycan və Ermənistan liderlərinin Brüssel görüşü öncəsi Ermənistan növbəti dəfə təxribata əl atıb.
Bu vacib görüş öncəsi Ermənistanın bu təxribatı nəyə hesablanıb?
Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu azxeber.com-a açıqlamasında bu haqda danışıb.
"Ermənistan Brüssel görüşü öncəsi hər zaman olduğu kimi yenə də təxribatlar törətməkdədir. Nəzərə almaq lazımdır ki, mayın 14-ü Brüsseldə növbəti üçtərəfli görüş keçiriləcək. Ermənistanın məqsədi ondan ibarətdir ki, bu görüş zamanı özünü zərərçəkmiş tərəf qismində təqdim etsin. Mühüm görüşlərdən əvvəl Ermənistan ənənəvi olaraq atəşkəsi pozur. Çalışır ki, müzakirələr zamanı Azərbaycana qarşı hansısa fikrin formalaşmasına nail olsun. Bu təxribatlar regionda gərginliyin hələ də qaldığını, münaqişənin hələ də davam etdiyi fikirlərini formalaşdırmağa hesablanıb".
Elşad Mirbəşiroğlunun sözlərinə görə, Ermənistan çalışır ki, regiona üçüncü güclərin cəlb olunması üçün şərait yaratsın:
"Bu istiqamətdə Ermənistanın cəhdləri Avropa İttifaqının müşahidə missiyasının Ermənistana göndərilməsi ilə nəticələndi. Lakin bu ciddi təsir göstərmədi. Azərbaycan başlatmış olduğu sülh gündəliyini irəli aparmaqdadır. Ermənistanın təxribatlarının nəticəsi elə Ermənistanın özü üçün ağır olur. Azərbaycan tərəfi bu təxribatların qarşısını qətiyyətlə alır. Biz prosesi dinc vasitələrlə inkişaf etdirmək niyyətini hər zaman nümayiş etdiririk. Lakin Ermənistan tərəf özünün qeyri-konstruktiv mövqeyindən çəkilmir. Azərbaycan Laçın yoluda nəzarət-buraxlış məntəqəsini qurdu. Ermənistana dəfələrlə çağırış edildi ki, Azərbaycan ərazilərində separatizmi dəstəkləməsin. Ermənistan isə bunun əksini edirdi. Bu yanaşmanı sülh prosesinə də şamil etmək olar. Biz məsələni dinc vasitələrlə yoluna qoymağa çalışırıq. Ermənistan hələ də Azərbaycanın siyasi jestlərini düzgün qiymətləndirməyi bacarmayıb".
Millət vəkili sonda əlavə edib ki, Ermənistana kənar təlimatlar da təsir göstərir. Azərbaycan isə öz haqlı mövqeyini sonadək müdafiə edəcək.
Şəbnəm Zahir
Turlar.az [newsid: 0-123300]

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Çempionlar Liqasında yeni mövsüm start götürür: Gecənin matçları
Oyuncaq setində Azərbaycan və Ermənistan bayrağı - Foto
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Ərdoğan Prezident Sarayında ölkəmizin Türkiyədəki səfirini qəbul edib
Levon Köçəryan: "Paşinyan səhvlərinə bəraət qazanmaq üçün süni qorxular yaradır"
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
Peskov: Rusiya Ukraynada müharibəyə başlamayıb, əksinə, onu bitirməyə çalışır
İpoteka Fondunun yeni sədri Osman Xaliyev kimdir? – DOSYE
"Azeri Light"ın qiyməti 104 dollara düşdü
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Levon Köçəryan: Bu, Nikol Paşinyanın növbəti "patoloji yalanı"dır
Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər
Prezident Osman Xaliyevi sədr təyin etdi