Deputatdan bayramqabağı qiymət artımına MÜNASİBƏT

Deputatdan bayramqabağı qiymət artımına MÜNASİBƏT"Artıq Azərbaycanda və bir çox post-Sovet məkanlarında da belə bir xoşagəlməz ənənə yaranıb ki, bayram qabağı, Yeni il, Novruz bayramı və başqa bayramlar qabağı, ərzaq məhsullarının qiymətləri artır".
Bu sözləri azxeber.com-a açıqlamasında Milli Məclisin deputatı Rüfət Quliyev, xüsusilə, bayram öncəsi müşahidə olunan qiymət artımlarına münasibət bildirərkən deyib.
O, qeyd edib ki, burada əsas problem daxili istehsal məhsullarının bolluğunun olmamasıdır:
"Bu barədə çox danışmışıq. Təbii ki, burada böyük bir bəla var, bu da inflyasiyadır. Ümumi pulun dəyərini itirmə məsələsidir. Mən iqtisadçı-alim kimi bunu daha çox bolluğun olmamasında, yəni daxili istehsal məhsullarının bolluğunun olmamasında görürəm. Təsəvvür edin ki, biz qida məhsulları ilə 50-55 faiz özümüz-özümüzü təmin edirik. Amma orada da qeyd etmək lazımdır ki, bunların bəzi komponentləri də xaricdən gəlir. Bunu Cənab Prezident də dəfələrlə qeyd edib. Düzdür, Azərbaycanda xüsusi proqramlar var, kiçik və orta, mikro sahibkarlığın inkişafıdır. İndi yeni investisiya qanunu qəbul olundu. Bir çox qanunlar qəbul olunur. İqtisadi-siyasət elə yolla gedir ki, kifayət qədər kənd təsərrüfatı inkişaf eləsin və qida istehsal edən müəssisələr çox açılsın. Amma yenə də bizi inkişaf qane edir. Amma inkişafın sürəti bir o qədər də yox".
Deputat daxili bazarda istesalatın bol olmalı olduğunu, təklifin tələbi üstələməli olduğunu deyib:
"Mən bunu deyəndə bəzi ekspertlər mənlə razılaşmır ki, dövlət bunu tənzimləməlidir. Mən düşünürəm ki, bazar iqtisadiyyatında tələb-təklif qanunu, rəqabət qanunu işlək olanda dövlət sadəcə ən vacib insanlar üçün məhsulların qiymətlərini tənzimləyə bilər. Buna istehlak səbəti deyirlər, burada 500-ə yaxın məhsul növləri var. Əgər dövlət birbaşa müdaxilə etsə, onda rəqabət qanunları pozulacaq. Bu da xoşagəlməz hallara gətirəcək. Ona görə də, yeganə yolu onda görürəm ki, daxili bazarda daxili istesal bol olmalıdır. Təklif tələbi üstələməlidir. O zaman biz inflyasiyanı tam cilovlaya bilərik, bunun qarşısını da ala bilərik. 
Bir çox ölkələrdə ticarətçilərin özlərinin xüsusi siyasəti var. Bayrama 10-12 gün qalmış qiymətləri aşağı salırlar ki, insanlar çox alsınlar. Burada heç bir humanist addım yoxdur. Sadəcə, ticarətçilər daha çox məhsul satmaq istəyirlər. Amma bir şeyi də deyim, təbii ki, elə ölkə yoxdur ki, yüz faiz tələbatını daxili istehsalına görə ödəsin. Bu, mümkün deyil. Amma biz də dünya standartlarına tam cavab verməyə qadirik. Düşünürəm ki, üzümüzə gələn ik-üç il ərzində bu məsələni həll edəcəyik". 
R.Quliyev qeyd edib ki, Azərbaycanda bu məsələdə dövlətin kifayət qədər səyləri, addımları var:
"Mən həmişə demişəm ki, regionlarda kənd təsərrüfatı ilə məşğulluq artmalıdır. İnsanlar daha çox əkin-biçinlə məşğul olmalıdır. Məhsulların keyfiyyəti, kəmiyyəti sürətlə artmalıdır. Onda biz bazar iqtisadiyyatında qiymətləri cilovlayıb, bayramqabağı da qiymətləri aşağı sala bilərik. İnflyasiyanın, bəlkə də 80 faizi bizə xaricdən gəlir. Amma get-gedə bu da azalır. Bizdə bir mənəvi stereotip də var, nədənsə biz düşünür ki, xaricdə istehsal olunan hər bir mal, geyimdən tutmuş, qidaya qədər, guya keyfiyyəti çox üstündür. Təbii ki, fərqlər var, hər ölkənin özünün kənd təsərrüfatında öz dəst-xətti var. Amma deyim ki, Azərbaycan bazarında yerli istehsal qatıq, süd, çörək, un məhsulları, şirniyyat və s. bu kimi məhsulların keyfiyyəti son illərdə daha çox artıb".
Aydın Nuri

Siyasi       Tarix: 27 dekabr 2022
f Paylaş

Oxşar xəbərlər

Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür. xatırladır ki, Prezident İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir. Azərbaycan müstəqilliyin

Ərdoğan: Türkiyə-Azərbaycan qardaşlığına heç kim kölgə sala bilməz

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycandan qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandırıb. xəbər verir ki, Ərdoğan Türkiyə və Azərbaycanın bir-birinə qırılmaz tellərlə bağlı olduğunu bildirib. O

Ərdoğanın Azərbaycana səfər proqramı bəlli olub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Azərbaycana səfər edəcək. xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanettin Duran "X" sosial şəbək

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında 9 noyabr - Bayraq Günü münasibətilə paylaşım olunub. paylaşımı təqdim edir:

Prezident İlham Əliyev: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi

Yeni salınan kəndlər, şəhərlər, köçkünlərin doğma torpaqlara qayıtması – yəni biz bu məsələlərlə məşğuluq və deyə bilərəm ki, bütün Azərbaycan xalqı bu fikirlə yaşayır. KONKRET.azxəbər verir ki, bu barədə Prezident İlha

Özgür Özəl İlham Əliyevi təbrik edib

Yeni Partiyanın sədri Özgür Özəl Prezident İlham Əliyevə zəng edib. xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin "X" hesabında məlumat paylaşılıb. Məlumatda bildirilib ki, Özgür Özəl Zəfər Günü münasibətil

Trampın planları alt-üst ola bilər – Seçkilərdən sonra nə dəyişəcək?

"Donald Trampın partiyasının aralıq seçkilərdə məğlub olması ABŞ-nin İrana qarşı siyasətində siyasi parçalanmanı dərinləşdirə və qərar qəbuletmə imkanlarını zəiflədə bilər. Bununla belə, bu, Vaşinqtonun İran siyasətind

İran XİN-dən 14 iranlının Azərbaycanda arzuolunmaz elan edilməsinə münasibət

İran Xarici İşlər Nazirliyi (XİN) 14 İran vətəndaşının Azərbaycanda "arzuolunmaz şəxs" elan edilməsi ilə bağlı məlumata münasibət bildirib. KONKRET.azapa-ya istinadən xəbər verir ki, İran XİN-in sözçüsü İsmayı

Avropada həyəcan təbili: Trampın Rusiya ilə "böyük sövdələşməsi" nəyi dəyişəcək?

Avropa ölkələri ABŞ prezidenti Donald Trampın Rusiya ilə yalnız Ukraynadakı müharibənin dayandırılmasını deyil, bütövlükdə Avropanın təhlükəsizlik sisteminin yenidən qurulmasını nəzərdə tutan "Böyük sövdələşmə"


son xeberler azerbaycan xeberleri yeni xeberler bu gunun xeberleri son xeberler az bu gune olan xeberler son xeber 2026