Devalvasiya MÜƏMMASI – Manat məzənnəsini qoruyacaq, yoxsa UCUZLAŞACAQ?

Devalvasiya MÜƏMMASI – Manat məzənnəsini qoruyacaq, yoxsa UCUZLAŞACAQ?İqtisadiyyat Nazirliyi tərəfindən təqdim olunmuş makroiqtisadi proqnozlarda 2025-2028-ci illər üzrə manatın ABŞ dollarına qarşı məzənnəsi sabit, cari ilin səviyyəsində götürülüb.
Bu barədə məlumatı Maliyyə Nazirliyi yayıb.
Qeyd edilib ki, proqnozlara əsasən ortamüddətli dövrdə əhalinin gəlirlərinin artaraq 2028-ci ildə 112,5 milyard manata, xərclərinin isə 107,9 milyard manata qədər yüksəlməsi gözlənilir.
Hazırda 1 dollar 1,70 manat nisbətindədir. Bu vəziyyət 2017-ci ildən üzü bəri davam edir.
Son zamanlar isə bəzi ekspertlər ölkədə növbəti devalvasiyanın ola biləcəyindən danışırlar.
KONKRET.az bildirir ki,  mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında bank-maliyyə eksperti Əkrəm Həsənov bildirib ki, İqtisadiyyat Nazirliyinin manatın məzənnəsilə bağlı belə optimist proqnozu hazırda ölkədə manatın məzənnəsi istiqamətində mövcud olan müəyyən ajiotajla bağlıdır:
"Görünür, nazirlik həmin ajiotajı söndürmək üçün belə bir açıqlama ilə çıxış edib. Yaxşı xatırlayırıq ki, 2015-ci ilin fevralında, devalvasiyadan iki gün əvvəl Mərkəzi Bankın sərdi Elman Rüstəmov devalvasiyanın olmayacağını bəyan etmişdi. Bildiyim qədər hazırda da manatın məzənnəsilə Mərkəzi Bank məşğul olur. İndilikdə isə Mərkəzi Bank belə bəyanat verməyib".
Həmsöhbətimizin fikrincə, 2028-ci ilə qədər ölkədə növbəti devalvasiya olacaq:
"Düzdür, hazırda manatın məzənnəsinə təhlükə yoxdur. Valyuta ehtiyatlarımız kifayət qədər yüksəkdir. Amma indidən bəzi problemlər üzə çıxır. Neft hasilatımız kəskin azalır. Büdcə xərclərimiz isə çoxdur. Ona görə də gələn ilin sonuna vəziyyətin necə olacağını demək çətindir. 2028-ci ilə qədər isə əksinə, böyük ehtimalla devalvasiya olacaq".

Sosial       Tarix: 19 sentyabr 2024
f Paylaş

Oxşar xəbərlər

Badamdarda sürüşmə sahəsində çatlar genişlənib

Badamdarda sürüşmə sahəsində çatlar genişlənib. Bu barədə Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi məlumat yayıb. . Bildirilib ki, Agentliyin mütəxəssisləri tərəfindən Səbail rayonu, Badamdar–20-ci sahəd

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

Polis əməkdaşları tərəfindən noyabrın 20-də keçirilən əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 1 kiloqramdan artıq narkotik vasitə və 699 ədəd güclü təsiredici xassəyə malik həb aşkar edilərək götürülüb. xəbər veri

Nənəmin təndiri'ndə yanğın oldu

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nərimanov rayonu, Ağa Nemətulla küçəsində yerləşən obyektdə yanğın baş verməsi barədə məlumat daxil olub. Bu barədə -a nazirlikdən məluma

Bahalaşan mənzillər: Bakıda kirayə haqqı niyə artır?

Bakıda kirayə mənzil bazarında bahalaşma davam edir. Qiymət artımı artıq təkcə paytaxtın müəyyən əraziləri ilə məhdudlaşmır, mənzil axtaranların qarşısında daha ciddi seçim və büdcə problemi yaradır. Azərbaycan Mərkəzi Bankını

BDU-da nə dəyişəcək? - Kadr islahatı, imtahan sistemi…

Bakı Dövlət Universitetinin (BDU) yeni rektoru Məleykə Abbaszadənin ilk addımlarından biri imtahan sistemini dəyişdirmək olacaq. xəbər verir ki, bunu  -a açıqlamasında təhsil ekspert Ramin Nurəliyev bildirib. O qeyd edi

Bu ölkə Azərbaycan yanacağına güzəşt tətbiq edəcək

Tacikistan hökuməti 2026-cı ilin sonunadək MDB-nin Azad Ticarət Zonası çərçivəsinə daxil olmayan ölkələrdən idxal edilən benzin, dizel yanacağı, mayeləşdirilmiş qaz və digər neft məhsullarına tətbiq olunan gömrük idxal rüsumların

Qızıl almaq istəyənlər bu fürsəti qaçırmasın

"Comex" birjasında 2026-cı ilin dekabr ayı üçün qızıl füçersləri 2025-ci ilin sentyabrından bəri ilk dəfə 3 550 dollardan aşağı düşüb. KONKRET.azxəbər verir ki, Bakı vaxtı ilə saat 06:12-də qızılın bir troya unsiyasını

Azərbaycanda qızıl-zinət bazarında qiymətlər necədir? - AÇIQLAMA

Azərbaycanda qızıl-zinət bazarında qiymətlərin formalaşmasına təsir edən əsas amil qızılın beynəlxalq bazar kotirovkalarıdır. xəbər verir ki, bunu -a açıqlamasında Azərbaycan Zərgərlər Assosiasiyası İdarə Heyətinin sədrini

Bu ərazilərdə qaz olmayacaq - Xəbərdarlıq

Sabah Qəbələnin bəzi ərazilərində qazın verilişində fasilə olacaq. xəbər verir ki, bu barədə Zaqatala Regional Qaz İstismarı İdarəsi məlumat yayıb. Bildirilir ki, görüləcək təmir-quraşdırma işləri ilə əlaqədar saat 09:30-da


azerbaycan xeberleri yeni xeberler son xeberler son xəbərlər metbuat xəbər cəbhədən xəbərlər