DGK-ya sədr müavini təyin olunan Bəhruz Quliyev kimdir? - Dosye
Xəbər verildiyi kimi, bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Dövlət Gömrük Komitəsi (DGK) sədrinin müavini, gömrük xidməti general-leytenantı Rza Həsənəliyev vəzifəsindən azad olunub və başqa sərəncamla Bəhruz Quliyev Dövlət Gömrük Komitəsinə yeni sədr müavini təyin edilib.
Belə bir təyinatın olacağı haqda ilk anonslar hələ ötən ayın ortalarında verilmişdi və ictimaiyyətin diqqəti Bəhruz Quliyevin personası üzərinə yönəlmişdi. Ancaq sonradan başqa təyinatlar baş tutdu deyə B.Quliyevin yüksək vəzifəyə təyin ediləcəyi barədə söhbətlər unuduldu.
Budur, həmin təyinat artıq baş tutub. İndi əsas sual budur: Bəhruz Quliyev kimdir?
Quliyev Bəhruz Faiq oğlu 1981-ci ildə Tovuz rayonunun Düz-Cırdaxan kəndində anadan olub. Aviasiya Akademiyasının məzunudur. Bir müddət əvvələ qədər o, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi vəzifəsini tutub. Daha sonra Dövlət Gömrük Komitəsi gömrük-sərhəd buraxılış məntəqələrinin işinin təşkili baş idarəsinin rəisi vəzifəsini daşıyıb.
Milli.Az xəbər verir ki, musavat.com-un əldə etdiyi məlumata görə, uşaq ikən atasının dünyasını dəyişdiyi və DTK-nın yüksək rütbəli zabiti olan əmisi Eldar Quliyevin himayəsində böyüdüyü bildirilən B.Quliyev gənc (41 yaş) olsa da, gömrük sistemində yeni kadr deyil. Hakim dairələrdə ona etimadın yüksək olduğu bildirilir.
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Çempionlar Liqasında yeni mövsüm start götürür: Gecənin matçları
Oyuncaq setində Azərbaycan və Ermənistan bayrağı - Foto
Ərdoğan Prezident Sarayında ölkəmizin Türkiyədəki səfirini qəbul edib
Levon Köçəryan: "Paşinyan səhvlərinə bəraət qazanmaq üçün süni qorxular yaradır"
Peskov: Rusiya Ukraynada müharibəyə başlamayıb, əksinə, onu bitirməyə çalışır
Levon Köçəryan: Bu, Nikol Paşinyanın növbəti "patoloji yalanı"dır
Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO
Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər
Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
"Nikosayağı" buna görə qol transplantasiyası etdirməyib
XİN Şimali Koreyanı təbrik etdi – FOTO
39 yaşlı qadın bıçaqlandı: qardaşı saxlanıldı
Ağır qəza nəticəsində 5 nəfər yanaraq öldü
Minlərlə rus 5 ölkəyə girəcək – Siyahıda Azərbaycan da var