Dilənçilik edən uşaqların sayı artıb – Azyaşlıları küçəyə çıxaran səbəblər nədir?

Dilənçilik edən uşaqların sayı artıb – Azyaşlıları küçəyə çıxaran səbəblər nədir?Azərbaycanda dilənçilik edən yetkinlik yaşına çatmayanların sayında ciddi artım qeydə alınıb.
Açıqlanan rəsmi məlumatlara görə, ötən il müxtəlif hüquqpozmalarla əlaqəli daxili işlər orqanlarına gətirilən 7 289 yetkinlik yaşına çatmayan şəxsin 12,8 faizi və ya 936 nəfəri dilənçilik etdiyi üçün polisə gətirilib. 
Müqayisə üçün bildirək ki, 2023-cü ildə bu səbəbdən daxili işlər orqanlarına gətirilən uşaqların sayı 370 nəfər olub. Bu isə iki il ərzində təxminən 2,5 dəfə artım deməkdir.
Uşaqlar arasında dilənçilik hallarının artması onların sosial müdafiəsi, hüquqlarının qorunması və bu prosesdə valideynlərin məsuliyyəti ilə bağlı suallar yaradır.
Mövzu ilə bağlı azxeber.com-a danışan sosioloq Mail Yaqub bildirib ki, uşaqların dilənçiliyə cəlb olunmasının müxtəlif səbəbləri var:
Dilənçilik edən uşaqların sayı artıb – Azyaşlıları küçəyə çıxaran səbəblər nədir?"Burada əsasən iki halı fərqləndirmək lazımdır. Birincisi, uşaqların dilənçiliyə cəlb edilməsinin biznesə çevrilməsi və müəyyən şəxslər tərəfindən bu məqsədlə şəbəkələrin yaradılmasıdır. Belə hallar aşkar edilərək həmin şəxslər məsuliyyətə cəlb olunmalıdır. İkinci hal isə ailənin həqiqətən maddi çətinlik içində olmasıdır. Məsələn, ailədə xəstə valideyn ola bilər və uşaq dərman almaq üçün küçəyə göndərilə bilər. Belə ailələr müəyyən edilməli, onların sosial vəziyyəti araşdırılmalı və dövlət tərəfindən lazımi sosial dəstək göstərilməlidir".
Sosioloq qeyd edib ki, azyaşlıların küçələrdə dilənməsi cəmiyyət üçün ciddi problemdir:
"Bu uşaqların gələcəyi var, onların arasında istedadlı uşaqlar da ola bilər. Ona görə də aidiyyəti qurumlar bu halları yalnız inzibati məsələ kimi deyil, uşağın gələcəyini və sosial vəziyyətini nəzərə alaraq qiymətləndirməlidir. Əgər burada qazanc məqsədilə yaradılmış şəbəkə varsa, həmin şəbəkənin təşkilatçıları məsuliyyətə cəlb olunmalıdır. Ailə yoxsulluq səbəbindən bu vəziyyətə düşübsə, həmin ailəyə sosial yardım göstərilməlidir".
Vəkil Roman Qaraşov isə bildirib ki, məsələyə yalnız uşağın dilənməsi faktı kimi yanaşmaq düzgün deyil:
Dilənçilik edən uşaqların sayı artıb – Azyaşlıları küçəyə çıxaran səbəblər nədir?"Burada əsas məsələ uşağın bu vəziyyətə necə düşməsi və onu kimin dilənçiliyə cəlb etməsidir. Azərbaycan Respublikasının Konstitusiyasına və Ailə Məcəlləsinə əsasən, valideynlərin uşağın tərbiyəsi, təhsili, təhlükəsizliyi və normal inkişafını təmin etmək vəzifəsi var. Valideyn uşağı qəsdən küçəyə dilənməyə göndərirsə, onun topladığı pulu götürürsə və ya bu fəaliyyəti sistemli şəkildə təşkil edirsə, bu, uşağın mənafeyinə zidd davranışdır".
Vəkil qeyd edib ki, uşağın dilənməsi faktı valideynin avtomatik olaraq məsuliyyətə cəlb olunması demək deyil:
"İnzibati Xətalar Məcəlləsinin 523-1.2-ci maddəsinə əsasən, yetkinlik yaşına çatmayan şəxsin dilənçiliyə cəlb edilməsinə görə 200 manatdan 500 manatadək cərimə və ya 15 günədək inzibati həbs tətbiq edilə bilər. Lakin uşağın dilənməsi faktı valideynin avtomatik olaraq məsuliyyətə cəlb olunması demək deyil. Araşdırılmalıdır ki, uşağı kim küçəyə göndərib, topladığı pul kimə verilir və bu fəaliyyət davamlı xarakter daşıyır, ya yox. Əgər uşaq məktəb vaxtı sistemli şəkildə dilənməyə məcbur edilirsə, burada onun təhsil hüququnun pozulması da gündəmə gəlir. Bundan başqa, küçədə dilənən azyaşlılar zorakılıq, yol-nəqliyyat hadisəsi, cinsi istismar və digər təhlükələrlə daha çox üzləşə bilirlər. Bu səbəbdən belə uşaqlara yalnız hüquq pozuntusu törədən şəxs kimi deyil, eyni zamanda baxımsızlıq və ya istismar qurbanı ola biləcək uşaq kimi yanaşılmalıdır".
Roman Qaraşovun sözlərinə görə, əgər valideyn uşağın dilənməsinə göz yumur və öz vəzifələrini yerinə yetirmirsə, onun davranışı ayrıca qiymətləndirilməlidir: 
"Uşağı məqsədli şəkildə dilənçiliyə cəlb edirsə, inzibati məsuliyyət məsələsi yaranır. Əgər zor, hədə-qorxu və ya sistemli məcburetmə yolu ilə uşağın dilənməyə məcbur edilməsi müəyyən olunarsa, artıq məsələ cinayət-hüquqi müstəvidə araşdırılmalıdır. Burada əsas məqsəd uşağı cəzalandırmaq yox, onun hüquqlarını qorumaq olmalıdır. Dövlət qurumları uşağın küçəyə hansı səbəbdən çıxdığını, ailə vəziyyətini, məktəbə gedib-getmədiyini və istismar ehtimalını araşdırmalıdır. Ailə həqiqətən yoxsuldursa, sosial dəstək göstərilməli, lakin uşağı gəlir mənbəyinə çevirən şəxslər barəsində qanunvericiliyə uyğun tədbir görülməlidir".
Fəridə Əsədzadə

Sosial       Tarix: 12 avqust 2026
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

İki ay əvvəl ilk avtomobilini alıbmış... - Balakəndəki qəzanın təfərrüatı

Balakəndə dörd nəfərin ölümü ilə nəticələnən zəncirvari qəzanın təfərrüatı məlum olub. -a istinadən xəbər verir ki, "Hyundai" markalı avtomobilin sürücüsü 1997-ci il təvəllüdlü Məryəm Hoorsova banklardan birini

Elşən Nəsirov vəfat etdi

Naxçıvan Dövlət Universitetinin İqtisadiyyat və marketinq kafedrasının müəllimi Elşən Nəsirov vəfat edib. xəbər verir ki, bu barədə Universitetin məlumatında bildirilib. Elşən Nurəddin oğlu Nəsirov 29 sentyabr 1964-cü ild

Azərbaycandan tranzit keçməklə Ermənistana buğda və daş kömür göndəriləcək

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük baş tutacaq. xəbər verir ki, bu ölkəyə 8 vaqon buğda, 10 vaqon daş kömür göndəriləcək. Qatar sabah saat 11:00-da "Azərbaycan Dəmir Yolları" QSC-ni

Azərbaycanda işsizlərin sayı niyə artır? - İqtisadçı səbəbləri açıqladı

Xəbər verdiyimiz kimi, Azərbaycanda rəsmi işsizlərin sayında artım qeydə alınıb. Belə ki, bu il iyulun 1-nə ölkə üzrə 248,5 min nəfər işsiz kimi qeydiyyatda olub. Bu göstərici ilin əvvəli ilə müqayisədə 3,6 faiz, ötən ili

Bu ölkələrdə kişilər xəyanət etmir? - Araşdırma

Dünyanın müxtəlif ölkələrində ailə münasibətləri, nikah dəyərləri və xəyanətə münasibət ciddi şəkildə fərqlənir. Beynəlxalq sosioloji araşdırmalar göstərir ki, bəzi ölkələrdə nikahdankənar münasibətlərə rast gəlinmə ehtimal

Avropa ölkələri Türkiyədən təbii qaz almaq istəyir - ANCAQ ŞƏRTLƏRİ VAR

Avropa ölkələri Türkiyədən təbii qaz idxalına maraq göstərsələr də, tədarük zəncirində Rusiya qazının yer almamasını əsas şərt kimi irəli sürürlər. xəbər verir ki, bunu Türkiyənin energetika və təbii sərvətlər naziri Alparsla

DYP-dən velosipedçilərə müraciət

Ölkəmizdə velosipeddən istifadənin genişlənməsi müsbət haldır. Bununla yanaşı, nəzərə almaq lazımdır ki, velosipedçilər də yol hərəkətinin digər iştirakçıları kimi müəyyən edilmiş qaydalara riayət etməli, özlərinin və digə

Bank kartları ilə bağlı vacib dəyişiklik: bu gündən…

Xəbər verdiyimiz kimi, Azərbaycanda bank kartlarına nağdsız mədaxil əməliyyatları üzrə yeni məhdudiyyətlər tətbiq olunacaq. xəbər verir ki, bununla bağlı artıq bir sıra banklar müştərilərinə SMS və mobil tətbiq üzərində

Marketə gedəndə bu səhvi etməyin: Pulunuz cibinizdə qalsın

Marketə gündəlik ehtiyacları almaq üçün gedən insanlar bəzən əvvəlcədən planlaşdırmadıqları məhsulları da səbətə əlavə edirlər. Evdə ehtiyac olmadığı halda alınan şirniyyat, içki, qəlyanaltı və müxtəlif məhsullar alış-verişi


son xeberler azerbaycan xeberleri yeni xeberler metbuat xeberleri valyuta mezennesi cəbhədən xəbər cəbhədən son xəbər