DİN bu şəxslə bağlı əhaliyə müraciət etdi - Onlayn fırıldaqçının FOTOSU
Gəncə Şəhər Baş Polis İdarəsinin Kəpəz rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri peşəkar əməliyyat-axtarış tədbirləri nəticəsində sosial şəbəkələr vasitəsi ilə vətəndaşlara mebel dəstləri satmaq adı ilə dələduzluq etməkdə şübhəli bilinən Şəki şəhər sakini Səbuhi Əsmənzadə saxlanılıb.
Bu barədə Azxeber.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan məlumat verilib.
Məlumatda bildirilib ki, S. Əsmənzadə instagram sosial şəbəkəsində "prenses_mebel_salonu", "stil_mebel_salonu", "estello_mebel_salonu" və "arzum_mebel_salonu" adlı səhifələr yaradaraq vətəndaşlara özünü başqa adlar ilə təqdim etmiş, ucuz mebel dəstləri satacağını vəd etmiş, müəyyən məbləğləri onlayn yolla kart hesabına köçürdükdən sonra həmin şəxslərlə əlaqəni kəsib. Bundan başqa saxlanılan şəxs Şəki şəhərində qeydiyyatda olmasına baxmayaraq, Bakı şəhərəində müxtəlif evlər kirayələməklə və başqa-başqa şəxslərin adına bank kartı açaraq məsuliyyətdən yaxa qurtaracağını düşünərək mütəmadi olaraq mobil nömsəini və yaşadığı ünvanı dəyişmişdir.
Keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində özünü tanınmış mebel firmalarının rəsmi nümayəndəsi kimi təqdim edən S. Əsmənzadənin cari ilin müxtəlif vaxtlarında hələlik 5 vətəndaşdan ümumilikdə 6200 manat pulu dələduzluq yolu ilə mənimsədiyi məlum olub. S. Əsmənzadənin əməllərindən digər vətəndaşların da zərər çəkməsi istisna olunmur, odur ki, həmin şəxslər DİN-in "102" Zəng Mərkəzinə, Gəncə şəhər Baş Polis İdarəsinə və ya ərazi üzrə polis idarə, şöbə və ya bölmələrinə müraciət edə bilərlər.
Saxlanılan şəxs barəsində Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəslləsinin 178.2.2 (Dələduzluq) maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Ermənistan 2029-cu ildə COP34-ə ev sahibliyi etmək istəyir
Bakıda məktəb və bağçaların istilik təminatı ilə bağlı vacib açıqlama
Bakıda 11-ci sinif şagirdi müdirin seyfindən pul oğurladı
Qarabağa köçən məşhurlar - SİYAHI
Euronews'da İlham Əliyevin Avropa Siyasi Birliyinin Sammitində iştirakına dair məqalə dərc olunub
Azercell və AKM "FireWall 2026" hakatonuna start verir
Azercell-in "30 il səninlə" lotereyasında fakturalı xətt abunəçilərini möhtəşəm hədiyyələr gözləyir!
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Birdəfəlik sosial müavinətlər bu tarixdə ödəniləcək
Millətlər Liqası: Bu gün daha 10 oyun var
Ağ Evin yanında banket zalı tikilir – Tarixi binanın yanında tikilən obyekt amerikalıların etirazına səbəb oldu
Polis kafedəki insidentlə bağlı daha 3 nəfəri saxladı
Bakıda kütləvi dava: bıçaqlananlar var