DİN: "Şabrandakı yanğında polis və mülki əhali arasında xəsarət alan olmayıb"
Şabrandakı yanğında polis və mülki əhali arasında xəsarət alan olmayıb.
KONKRET.az-ın məlumatına görə, DİN Mətbuat Xidmətinin Quba regional qrupunun baş inspektoru, polis leytenantı Xəyal Talıbovun "Report"a bildirib ki, dünən saat 17.30 radələrində Şabran rayonunun Ağalıq və Təzəkənd kəndləri arasındakı təxminən 50 hektarlıq biçilmiş taxıl sahəsində yanğın baş verib.
Dərhal Şabran Rayon Polis Şöbəsinin şəxsi heyəti həyəcan siqnalı ilə səfərbər edilərək güclü küləyin müşayiəti ilə yanan əraziyə cəlb olunublar. Eyni zamanda Yol Patrul Xidməti Alayının əməkdaşları yanğın baş verən ərazinin yaxınlığından keçən avtomobil yollarının istiqamətini dəyişərək sürücü və sərnişinləri daha təhlükəsiz, alternativ yollara yönləndiriblər.
Havanın isti və küləkli, ərazinin isə böyük olması yanğının qarşısını almaqda çətinlik yaradıb. Odur ki, yanğınla mübarizəyə ətraf rayonların – Xaçmaz, Xızı, Quba, Qusar və Siyəzən Polis şöbələrinin də əməkdaşları cəlb olunublar.
Yanğın təhlükəsi ilə üz-üzə qalan fərdi evlər və iaşə obyektləri polis əməkdaşları və kənd sakinlərinin birgə tədbirləri ilə yanğından mühafizə olunub.
Polis əməkdaşları və mülki əhali arasında xəsarət alan olmayıb.
Kurslar.az kurslar [newsid: 0-123300]

Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ
Biləsuvarda ildırım elektrik xəttini vurdu: rayonun bir hissəsi işıqsız qaldı
Ağcabədidə maşın dirəyə çırpıldı - 2-si uşaq olmaqla 4 nəfər yaralandı
İlham Əliyev Tom Berendseni qəbul etdi
3 ölkə rəsmisi Tehranda toplaşacaq
İlham Əliyev Avstriya prezidentini təbrik etdi
Berendsen Azərbaycandan Ermənistana gedəcək
Azərbaycan və İƏT gələn il Bakıda keçiriləcək sammitə hazırlığı müzakirə edib - Yenilənib
Yelo Bank-ın "Parlaq sahillər" aksiyası çərçivəsində Hövsan sahili tullantılardan təmizlənib - FOTOLAR
Bank Respublika regionlarda sahibkarlıq üçün AİB-dən 40 milyon dollar cəlb edib
Birbank-dan "7 gözəl gün": bonuslar və 70%-dək endirim fürsəti
Millimiz İsrail yığmasını məğlub etdi – FOTOLAR
Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin
Futbol əfsanəsi Samuel Eto'O Bakıya gəldi
İstanbul derbisində sevinən tərəf "Qalatasaray" oldu