DİN: "Yaylaq Festivalında tıxac və vətəndaşların yolda qalması xəbərləri əsassızdır
"Bəzi saytlarda ölkəmizdə keçirilən II Yaylaq Festivalı zaman böyük tıxacların olması və vətəndaşların tıxacda qalması ilə bağlı əsası olmayan xəbərlər dərc olunub. İlk növbədə qeyd edim ki, Göygöl rayonunda keçirilən festival ilə bağlı rayon Polis Şöbəsinin əməkdaşları gücləndirilmiş iş rejiminə keçib, həm ictimai asayişin qorunması, həm də nəqliyyat vasitələrinin hərəkətinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə müvafiq tədbirlər görülüb".
azxeber.com xəbər verir ki, bunu DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov deyib.
"Bu, tədbirlərə festivala gələn avtomobillərin festival ərazisinə növbəli şəkildə buraxılması da daxildir. Onu da qeyd edim ki, festivalın keçirildiyi yer dağlıq ərazidir, həmin ərazidə olan yol birtərəfli olmaqla bərabər, sərt dolanbac və yoxuşludur. Həmin səbəblərdən ərazidə adi günlərdə də müəyyən olunmuş aşağı sürət ilə hərəkət edilməlidir.
Əlavə olaraq vurğulayım ki, dünən axşam saatlarında yağış yağması vətəndaşların eyni anda festival ərazisini tərk etməsinə səbəb oldu, lakin bu zaman da Göygöl RPŞ-nin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları müvafiq təhlükəsizlik tədbirləri görərək vətəndaşların təhlükəsiz və növbəli şəkildə hərəkətəni təmin edib. Onu da qeyd edim ki festival müddətində nə cinayət, nə də inzibati xarakterli hüquqpozma qeyd alınıb, bununla yanaşı, hər hansı yol-nəqliyyat hadisəsi baş verməyib", - o əlavə edib.
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Ermənistan 2029-cu ildə COP34-ə ev sahibliyi etmək istəyir
Bakıda məktəb və bağçaların istilik təminatı ilə bağlı vacib açıqlama
Bakıda 11-ci sinif şagirdi müdirin seyfindən pul oğurladı
Qarabağa köçən məşhurlar - SİYAHI
Euronews'da İlham Əliyevin Avropa Siyasi Birliyinin Sammitində iştirakına dair məqalə dərc olunub
Azercell və AKM "FireWall 2026" hakatonuna start verir
Mercedes-Benz Almaniyadakı zavodlarına investisiyaları dayandırır – Müəssisələrin bağlanması gündəmdədir
Azercell-in "30 il səninlə" lotereyasında fakturalı xətt abunəçilərini möhtəşəm hədiyyələr gözləyir!
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Birdəfəlik sosial müavinətlər bu tarixdə ödəniləcək
Millətlər Liqası: Bu gün daha 10 oyun var
Ağ Evin yanında banket zalı tikilir – Tarixi binanın yanında tikilən obyekt amerikalıların etirazına səbəb oldu
Polis kafedəki insidentlə bağlı daha 3 nəfəri saxladı
Bakıda kütləvi dava: bıçaqlananlar var