"Dinamo"da oynamamağımın səbəbi mən deyildim" - "Konyaspor"a keçən Mahir Emreli

Azərbaycan milli komandasının hücumçusu Mahir Emreli qış transfer dönəmində klubunu dəyişərək Zaqreb "Dinamo"sundan Türkiyə Super Liqası təmsilçisi "Konyaspor"a keçib.
26 yaşlı hücumçu Konya klubu ilə hələlik mövsümün sonuna qədər icarə əsasında anlaşsa da, tərəflər müqavilənin müddətini uzada bilərlər.
KONKRET.az xəbər verir ki, "Report"a müsahibə verən Mahir Emreli transferi, yeni klubu və gələcək hədəfləri haqqında danışıb.
– Türkiyə təmsilçisinə keçidinizlə bağlı təəssüratınız necədir?
– "Konyaspor"a keçidimi uğurlu addım sayıram. Ümid edirəm ki, hər iki tərəf üçün xeyirli olacaq. İlk təəssüratım yaxşıdır. Hələ tam olaraq komanda ilə məşqlərə başlamamışam. Sabah hazırlığa qoşulacağam. İnanıram ki, hər iki tərəf üçün gözəl nəticələr olacaq.
– Artıq neçə gündür ki, qardaş ölkədəsiniz. Sizi necə qarşıladılar?
– İki gündür buradayam. Heyət, məşqçilər korpusu və rəhbərlik məni çox gözəl qarşıladı. Özümü ölkəmdəki kimi hiss edirəm. Bu baxımdan çox rahatam və heç bir problem yoxdur.
– Türkiyədə dəhşətli zəlzələ baş verib. Ölkədə və Konyada hazırkı durum necədir?
– Vəziyyət elə də yaxşı deyil. İnsanlar üzgündürlər. Futbol bizim işimizdir. Məcbur olduğumuz üçün işləməliyik. Amma hər birimiz onlara görə məyusuq. Sözün düzü, bu şərtlər altında məşq etmək və oyunlara çıxmaq ağır olacaq. Lakin işimizi düzgün yerinə yetirməyə çalışacağıq. Ümid edirəm ki, tez bir zamanda hər şey düzələr və insanlar yenidən gülməyə başlayar. Amma hələ ki, vəziyyət ağırdır.
– "Dinamo"da müxtəlif səbəblərdən çox oynaya bilmirdiniz. "Konyaspor"da yenidən özünüzü sübut edəcəyinizə inanırsınızmı?
– Bu komandada oynamamağımın səbəbi mən deyiləm. Bunu ilk dəfə rahat deyə bilərəm. Həqiqətən mən tərəfdən heç vaxt problem olmayıb. Sadəcə, baş məşqçinin qərarı belə olub. Amma yenə də deyəcək bir sözüm yoxdur. "Konyaspor"a faydalı olmağa çalışacağam. Bunu bacarsam, özüm də uğur əldə edəcəyəm. Bütün fikrimi buraya yönəltmişəm və klub olaraq böyük nailiyyətlərə imza atmaq niyyətindəyik. Ümid edirəm ki, mən də bu uğurların bir parçası olacağam.
– Superliqada mövsümün sonunadək neçə qol vurmağı hədəfləyirsiniz?
– Qarşıma bununla bağlı hansısa hədəf qoymamışam. Komandama faydalı olmaq istəyirəm. Bu şəkildə irəliləmək niyyətindəyəm. Oynamaq üçün çox darıxmışam və özümü hazır hiss edirəm. Klubum üçün əlimdən gələnin ən yaxşısını etməyə çalışacağam.
– Orada qalıb karyeranı davam etdirmək, yoxsa mövsümün sonunda "Dinamo"ya qayıtmaq istəyirsiniz?
– Düşünürəm ki, bu barədə danışmaq tezdir. Hazırda Konyadayam və bütün diqqətimi komandama vermişəm. Uğur qazandıqdan sonra digər məsələlərə qayıda bilərik.

İdman       Tarix: 14 fevral 2023
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Arsen Venger Bakıya gəldi

FIFA-nın Qlobal Futbol İnkişafı üzrə rəhbəri, "Arsenal"ın əfsanəvi sabiq baş məşqçisi Arsen Venger Bakıya gəlib. İdman.biz-ə istinadla xəbər verir ki, fransalı mütəxəssis paytaxtda keçirilən FIFA U-15 Dünya Çempionat

ÇL: Bu gün daha 9 oyun var

Bu gün UEFA Çempionlar Liqasının 2026/27 mövsümünün Liqa mərhələsində II turun son oyunları keçirilir. KONKRET.azxəbər verir ki, turun ikinci oyun günündə də futbol azarkeşlərini maraqlı qarşılaşmalar gözləyir. 21 oktyabr

"Sabah"ın baş məşqçisi: "Hər kəs bizdən qələbə gözləyir"

Hər kəs "Sabah" komandasından "Slaviya" ilə qarşılaşmada qələbə gözləyir. KONKRET.azxəbər verir ki, bunu "Sabah"ın baş məşqçisi Valdas Dambrauskas UEFA Çempionlar Liqasının əsas mərhələsind

"Qalatasaray" Fransadan qalib qayıdır

Bu gün UEFA Çempionlar Liqasında II tura yekun vurulur. xəbər verir ki, sonuncu oyun günündə 9 qarşılaşma baş tutur. Türkiyə təmsilçisi "Qalatasaray" səfərdə "Lill"lə qarşılaşıb. Oyun İstanbul klubunu

Konfrans Liqası: bu gün 18 oyun var

UEFA Konfrans Liqasında Liqa mərhələsinin II turunun oyunlarına bu gün start veriləcək. xəbər verir ki, Türkiyənin "Trabzonspor" klubu evdə Şotlandiyanın "Harts" komandası ilə üz-üzə gələcək. UEFA Konfran

"Şamaxı" "Zirə"yə, "Sumqayıt" "Qəbələ"yə qarşı

Misli Premyer Liqasında VII tur bu gün keçiriləcək iki qarşılaşma ilə davam edəcək. xəbər verir ki, ikinci oyun günündə əvvəlcə Zirə İdman Kompleksinin stadionunda saat 17:00-da "Zirə" və "Şamaxı" komandalar

"Sabah" UEFA Çempionlar Liqasında tarixə düşdü

"Sabah" UEFA Çempionlar Liqasında qeydə aldığı göstərici ilə fərqlənib. xəbər verir ki, "OptaJoe"nun paylaşdığı statistikaya əsasən, Bakı klubu turnirin tarixində ardıcıl üç oyunun ilk dəqiqələrindən etibarə

"Oyun bir qədər çirkin alındı" - Dambrauskas

Bu gün Misli Premyer Liqasının VII turu çərçivəsində keçirilən "Neftçi" -"Sabah" matçı qolsuz bərabərliklə başa çatıb. xəbər verir ki, "Sabah"ın baş məşqçisi Valdas Dambrauskas "Neftçi"

"Barselona" rekord qırdı

"Sabah" futbol klubunun UEFA Çempionlar Liqasının əsas mərhələsindəki rəqibi "Barselona" cari mövsümdə qazandığı nəticələrlə diqqət çəkib. xəbər verir ki, Kataloniya klubunun rəsmi saytının məlumatın


yeni xeberler son xeberler azerbaycan xeberleri son xəbərlər bugün 2026 son xəbər dunyada son xeberler xeberler bugun 2026