DİQQƏT: Bankdan kredit ala bilmirsinizsə, səbəb bu ola bilər
Azərbaycanda rəsmi iş yeri və stabil gəliri olan şəxslərin belə banklardan kredit ala bilməməsi vətəndaşlar arasında tez-tez narazılıq doğuran məsələlərdəndir. Bir çox hallarda insanlar maaş kartı ilə işlədiklərini və daimi gəlirə sahib olduqlarını əsas gətirsələr də, bankların qərarına təsir edən başqa mühüm meyarlar da var.
Bəs banklar hansı hallarda kredit verməkdən imtina edir?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən iqtisadçı Xalid Kərimli bildirib ki, bunun müxtəlif səbəbləri ola bilər.
Onun sözlərinə görə, əsas səbəblərdən biri şəxsin artıq kredit yükünün çox olmasıdır:
"Azərbaycan Mərkəzi Bankının qaydalarına əsasən, vətəndaşın aylıq kredit ödənişi onun rəsmi gəlirinin 45 faizindən artıq olmamalıdır. Məsələn, şəxs 1000 manat maaş alırsa, aylıq kredit ödənişi 450 manatdan çox ola bilməz. Bu həddə çatdıqdan sonra banklar yeni kredit verməkdən çəkinirlər. Kredit almaq üçün gəlirin daha yüksək olması tələb edilir".
İqtisadçı qeyd edib ki, digər mühüm amil vətəndaşın kredit tarixçəsidir:
"Şəxs əvvəlki kreditlərini gecikdirmə ilə və ya problemli şəkildə ödəyibsə, onun kredit tarixçəsi mənfi qiymətləndirilir. Banklar da belə hallarda risk görərək kredit vermək istəmirlər. Bəzən vətəndaş cəmi bir neçə aydır işləyir. Bank əmin olmur ki, həmin şəxsin gəliri uzunmüddətli və davamlı olacaq. Bu da kreditin təsdiqlənməsinə mane olur".
Ekspertin sözlərinə görə, yaş faktoru da bankların qərarına təsir edə bilər:
"Məsələn, şəxsin 64 yaşı var və o, 3 illik kredit götürmək istəyir. Bank hesab edir ki, yaxın müddətdə pensiyaya çıxacağı üçün gəliri azala bilər. Bu risk də nəzərə alınır".
İqtisadçı vurğulayıb ki, banklar kredit ayırarkən yalnız maaşın olmasına deyil, həm də şəxsin ümumi maliyyə vəziyyətinə, ödəniş intizamına və gələcək risklərinə diqqət yetirirlər".
Müşviq Tofiqoğlu
KONKRET.az

PAŞA Bank Xəzər İnşaat Həftəsinin rəsmi bank tərəfdaşıdır
Ödənişli yolda yük maşını aşdı - Ölən var
İstanbulda ölənlərin sayı 4 nəfərə çatdı
Paşinyan razılaşmaya əməl edəcəkmi? - Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA
Azərbaycanın beynəlxalq axtarışa verdiyi türkiyəli jurnalist üzr istədi
Sülh müqaviləsinin imzalanacağı tarixi açıqladı
Ermənistanla bağlı qətnamələr 30 il niyə icrasız qaldı? – Politoloqdan AÇIQLAMA
Ferhat Göçer Bakıda konsert verəcək
Tanınmış reperi həbsxanada döydülər
Hilari Suonk 52 yaşında 3-cü dəfə ana olacaq
Pakistan AQEM-in VII Zirvə Görüşünün uğurla keçirilməsi münasibətilə Azərbaycanı təbrik edib
Konfrans Liqası: I turun oyunlarına start verilir
ABŞ-la münasibətlərin düzəlməsi üçün 10 il vaxt lazımdır