Sənədsiz evlərə çıxarışla bağlı yeni TƏKLİF

Sənədsiz evlərə çıxarışla bağlı yeni TƏKLİF"Qeydiyyatsız əmlakın sosial nəticələri ağırdır. Vətəndaş sənədsiz evi vərəsəlik hüququ ilə ötürə, sata, girov qoyub kredit ala bilmir. 2023-cü ildən sonra rəsmi sənədi olmayan evlərə qaz və digər kommunal xidmətlər də göstərilmir, əmlakın bazar dəyəri xeyli aşağı düşür".
Bunu Milli Məclisin bu gün keçirilən iclasında İnsan hüquqları komitəsinin sədri Zahid Oruc "Daşınmaz əmlakın dövlət reyestri haqqında" qanuna təklif edilən dəyişikliklərin müzakirəsi zamanı deyib.
Zahid Oruc bildirib ki, Bakı və Abşeron ərazisində dövlət qeydiyyatına alınmamış fərdi yaşayış evləri ilə bağlı aparılmış son araşdırma problemin əsl miqyasını göstərir: "Birinci nəticə odur ki, söhbət müvəqqəti tikililərdən getmir, on illərlə formalaşan yaşayış massivlərindən gedir. Sorğuda iştirak edən ailələrin 33,2 faizi sənədsiz evlərdə 20 ildən artıq, daha 36,8 faizi isə 10 ildən 20 ilə qədər yaşayır. Yəni ailələrin təxminən 70 faizi on ildən çoxdur eyni ünvanda məskunlaşıb".
Komitə sədri araşdırmanın sosial mahiyyətinin də çox önəmli olduğunu vurğulayıb: "Sorğuda iştirak edənlərin 27,9 faizinin aylıq gəliri 400 manat və ondan aşağı, 35,6 faizinin isə 400-1000 manat arasındadır. Deməli, sənədsiz evlərdə yaşayanların əhəmiyyətli hissəsi aztəminatlı və orta gəlirli ailələrdir. Uzun müddətli problemin həlli dövlətimizin əhalinin həssas təbəqələrinə göstərdiyi qayğının nümunəsi olacaq.
Sənədsiz evlərin 81 faizi birmərtəbəlidir, böyük hissəsi 51-150 kvadratmetr ölçüsünə malik fərdi yaşayış sahələridir. Evlərin 60 faizini sakinlər özləri tikib, 27 faizini satın alıb. Deməli, rəsmiləşməyən evlərin hamısına eyni hüquqi yanaşma tətbiq etmək olmaz".
Onun sözlərinə görə, 2023-cü ilədək tikilən sənədsiz evlərin böyük əksəriyyəti kommunal xidmətlərlə təmin olunub: "100 faizinə elektrik, 98 faizinə qaz, 88 faizinə isə su xətti çəkilib. Lakin yalnız 47 faizi mərkəzləşdirilmiş kanalizasiya sisteminə qoşulub. Göründüyü kimi, dövlətin kommunal xidmət qurumları uzun illər sənədsiz evləri faktiki yaşayış vahidi kimi qəbul edib, lakin mülkiyyət hüquqları rəsmiləşdirilməyib.
Ölkəmizdə mərhələli əmlak amnistiyasına və bütün qeydiyyat məlumatlarını birləşdirən vahid dövlət proqramına ehtiyac var. Bütün sənədsiz evlər və torpaqlar vahid bazada inventarlaşdırılmalı, qeydiyyata yararlı olanlar məhkəməyə getmədən sadələşdirilmiş qaydada rəsmiləşdirilməli, mühafizə zonaları və təhlükəli ərazilər amnistiyadan kənarda saxlanılmalı, həmin ərazilərin sakinlərinə isə alternativ təkliflər edilməlidir. Lakin amnistiya yeni qanunsuz tikintilərə də yol açmamalıdır". / azxeber.com

Sosial       Tarix: 27 noyabr 2026
f Paylaş

Oxşar xəbərlər

Natiq Cəfərli: "İnsanlar rüşvəti problemi həll olunsun deyə verir"

Deputat Siyavuş Novruzov Milli Məclisin plenar iclasında səsləndirdiyi "Məmura rüşvət təklif etməsən, haradan alacaq? Rüşvət təklif edən tərəfə düzgün yolu göstərməliyik ki, fərasətsiz, təhsili olmayan övladını hədiyyələ

"Sədərək" və "Binə"də nə baş verir? – Narahatedici məqamlar üzə çıxdı

Son vaxtlar "Sədərək" və "Binə" ticarət mərkəzlərində alıcı qıtlığı, satışların azalması, sahibkarların ciddi çətinliklərlə üzləşməsi barədə fikirlər səslənir. Bir vaxtlar alış-verişin ən qaynar nöqtələr

Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin görüşü keçiriləcək - FOTO

"Sülh körpüsü" təşəbbüsü çərçivəsində bu il noyabrın 26–27-də Ermənistanda Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin nümayəndələrinin iştirakı ilə geniştərkibli ikitərəfli dəyirmi masa müzakirəsi keçiriləcək

Neftçalada boru partladı, rayon susuz qaldı

Neftçala rayonunda içməli su təminatında fasilələr yaranacaq. -a istinadən xəbər verir ki, rayonunun su təminatını təmin edən diametri 500 mm olan su xəttində baş verən qəza ilə əlaqədar rayon ərazisinə içməli suyun veriliş

Milli Qəhrəman Pəncəli Teymurovun qardaşına yeni vəzifə verildi - Foto

Azərbaycanın Milli Qəhrəmanı Pəncəli Teymurovun qardaşı Famil Nurməmməd oğlu Teymurov Lənkəran Uşaq-Gənclər İnkişaf Mərkəzində metodist vəzifəsinə təyin edilib. -a istinadən xəbər verir ki, eyni zamanda, mərkəzin direktor

Tərtər 'Gənclər paytaxtı', Masallı isə 'İdman paytaxtı' seçilib

Gənclər və İdman Nazirliyinin kollegiya iclasında 2028-ci il üçün "Gənclər paytaxtı" və "İdman paytaxtı" müəyyənləşib. xəbər verir ki, səsvermənin nəticələrinə əsasən, Tərtər "Gənclər paytaxtı"

Azərbaycanda beşinci sinif şagirdi vəfat etdi

Azərbaycanda məktəbli vəfat edib. -a istinadən xəbər verir ki, 5-ci sinif şagirdi Emilya dünyasını dəyişib. Məktəblinin ölüm səbəbi hələlik açıqlanmayıb. Qeyd edək ki, Emilya Zəngilan rayon 21 nömrəli tam orta ümumtəhsi

Tərtərdə bədbəxt hadisə: Yaşlı kişi su quyusunda boğuldu

Tərtər rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib. -a istinadən xəbər verir ki, hadisə rayonun İsmayılbəyli kəndində qeydə alınıb. Belə ki, 1961-ci il təvəllüdlü Məhəmməd Nağıyev yaşadığı evin həyətindəki 30 met

Dekabrda kredit faizləri aşağı düşəcək? – Ekspert AÇIQLADI

Azərbaycan Mərkəzi Bankının uçot dərəcəsini 6,5 faiz səviyyəsində saxlaması fonunda dekabrın 23-də keçiriləcək növbəti iclasda hansı qərarın qəbul ediləcəyi maraq doğurur. Xüsusilə uçot dərəcəsinin mümkün azalmasının kommersiy


son xeberler azerbaycan xeberleri yeni xeberler cəbhədən şad xəbər maşın realiti şou son xeber 2026 valyuta mezenesi