DİQQƏT: Bu qəpiklər dövriyədən çıxarıla, yeni pul nişanları istifadəyə buraxıla bilər

DİQQƏT: Bu qəpiklər dövriyədən çıxarıla, yeni pul nişanları istifadəyə buraxıla bilərAzərbaycanda gələcəkdə yeni pul nişanlarının dövriyyəyə buraxılması və aşağı nominallı qəpiklərin istifadədən çıxarılması məsələsi zaman-zaman müzakirə olunur.
Bəs belə bir addımın atılması nə dərəcədə realdır?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən beynəlxalq idarəetmə sistemləri üzrə mütəxəssis Asif İbrahimov bildirib ki, yeni pul nişanlarının buraxılması və aşağı nominallı qəpiklərin dövriyyədən çıxarılması iqtisadi baxımdan mümkün olsa da, bu cür qərarlar yalnız makroiqtisadi göstəricilər və pul siyasətinin prioritetləri əsasında qəbul edilə bilər.
DİQQƏT: Bu qəpiklər dövriyədən çıxarıla, yeni pul nişanları istifadəyə buraxıla bilər"Mərkəzi banklar yeni əskinasları iqtisadiyyatın tələblərinə uyğun olaraq dövriyyəyə buraxırlar. Bu proses pul kütləsinin artırılması deyil, daha çox köhnəlmiş əskinasların yenilənməsi, yeni nominalların tətbiqi və ya nağd pul dövriyyəsinin optimallaşdırılması məqsədi daşıyır.
İqtisadi əsaslar olmadan həyata keçirilən əlavə pul emissiyası inflyasiya risklərini artırdığı üçün bu proses ciddi nəzarət altında aparılır", – deyə ekspert vurğulayıb.
Asif İbrahimov qeyd edib ki, aşağı nominallı qəpiklərin dövriyyədən çıxarılması bir çox ölkələrdə tətbiq olunan təcrübədir.
"Sikkələrin istehsalı və dövriyyəsi ilə bağlı xərclər onların iqtisadi faydasını üstələdikdə, həmin sikkələrdən imtina edilir. Bu yanaşma xüsusilə nağdsız ödənişlərin geniş yayıldığı ölkələrdə daha çox müşahidə olunur.
Azərbaycanda da gələcəkdə 1, 3 və ya 5 qəpiklik sikkələrin iqtisadi səmərəliliyi qiymətləndiriləcək. Nağdsız ödənişlərin sürətlə artması və qiymət səviyyəsində baş verən dəyişikliklər bu qəpiklərin praktik əhəmiyyətini azaldacaq.
Belə bir qərar qəbul olunarsa, nağd hesablaşmalarda məbləğlərin yuvarlaqlaşdırılması tətbiq edilə, elektron ödənişlərdə isə dəqiq məbləğlər saxlanıla bilər", – deyə o, əlavə edib.
Asif İbrahimovun fikrincə, pul nişanlarının strukturu iqtisadiyyatın real vəziyyətinə uyğun olaraq mütəmadi şəkildə nəzərdən keçirilməlidir. Bu, həm vətəndaşlar üçün daha rahat ödəniş mühiti yaratmağa, həm də dövlətin pul dövriyyəsi ilə bağlı xərclərini optimallaşdırmağa xidmət edir.
Bununla belə, ekspert xatırladıb ki, hazırda Azərbaycanda bütün qəpiklər qanuni ödəniş vasitəsi olaraq qüvvədə qalır və onların dövriyyədən çıxarılması ilə bağlı hər hansı rəsmi qərar qəbul edilməyib.
Aynurə İsmayıl
KONKRET.az

Sosial       Tarix: 02 iyun 2026
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Yeni prokuror tanınmış hakimin oğludur

Xəbər verdiyimiz kimi, Baş prokuror Kamran Əliyevin Əmri ilə Pərviz İbayev Binəqədi rayon prokuroru vəzifəsinə təyin edilib. -un "Unikal"a istinadən məlumatına görə, Pərviz İbayev Məhkəmə-Hüquq Şurasının keçmi

Ən yüksək faiz verən banklar bəlli oldu – SİYAHI

Azərbaycanın bank sektorunda 1 illik manat əmanətləri üzrə təklif olunan illik faiz dərəcələri açıqlanıb. KONKRET.azyenisabah-a istinadən xəbər verir ki, faizlərin müddətin sonunda götürülməsi şərti ilə en yüksək illik fai

ABB-də nə baş verir? – Vətəndaşın pulu yoxa çıxıb

Azərbaycan Beynəlxalq Bankının ("ABB") sistemində yaranan texniki nasazlıq müştərilər arasında narazılığa səbəb olub. Sosial şəbəkələrdə paylaşım edən vətəndaşlar başqa banklardan "ABB" kartlarına göndərilə

Ağır cinayətlərə görə cəzanın təxirə salınma qadağası Konstitusiyaya uyğun hesab edilib

Fərhad Abdullayevin sədrliyi ilə Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib. Bu barədə -a Konstitusiya Məhkəməsindən məlumat verilib. Qeyd olunub ki, məhkəmə iclasında Azərbaycanın İnsan hüquqları üzrə müvəkkilini

Azərbaycanda kənd yumurtasının qiyməti kəskin artdı

Azərbaycanda kənd yumurtasının qiyməti kəskin artıb. "Qaynarinfo"ya istinadən xəbər verir ki, bir neçə gün əvvəl 20-25 qəpiyə təklif olunan kənd yumurtası 10 qəpik bahalaşıb. Bildirilir ki, hazırda bölgələrdə kən

Pensiyaya çıxdıqdan sonra işləyənlərlə bağlı qərar – 6 il sonra

Azərbaycanda pensiya yaşına çatdıqdan sonra işləməyə davam edən şəxslərin pensiyalarının yenidən hesablanması ilə bağlı yayılan xəbərlər maraqla qarşılanıb. Əmək fəaliyyətini davam etdirən pensiyaçılar işlədikləri müddətd

Vo Thi An Suan ADNSU-da - FOTOLAR

Ölkəmizdə səfərdə olan Vyetnam Sosialist Respublikasının Vitse-prezidenti xanım Vo Thi An Suan oktyabrın 14-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) səfərdə olub. Vitse-prezidenti səfər zamanı Preziden

Valideyn övladını mirasdan məhrum edə bilər? - QANUN NƏ DEYİR?

Azərbaycanda ailə daxilində əmlak bölgüsü və vərəsəlik məsələləri zaman-zaman mübahisələrə səbəb olur. Bəzi hallarda valideynlər müxtəlif səbəblərdən övladlarından birini mirasdan məhrum etmək, əmlaklarını isə digər övladların

Goranboyda 17 yaşlı oğlanı maşın vurdu

Goranboyda 17 yaşlı yeniyetməni maşın vurub. Hadisə rayon ərazisində baş verib. Belə ki, 2009-cu il təvəllüdlü E. Mehtiyevi "VAZ 2107" markalı maşın vurub. Yeniyetmə yaxınlıqdakı xəstəxanalardan birinə yerləşdirilib


azerbaycan xeberleri yeni xeberler son xeberler enson xeberler sou biznes xabar az cəbhədən görüntülər