Direktorların işə qəbulu üzrə elektron qeydiyyat başlayır
Direktorların işə qəbulu üzrə elektron qeydiyyat başlayır.
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən azxeber.com-a verilən xəbərə görə, 18 avqust saat 11:00-dan etibarən direktor vəzifəsi vakant olan dövlət ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsinə başlanılır. Namizədlər 21 avqust saat 17:00-dək [miq.edu.az/direktor] linki vasitəsilə elektron qeydiyyatdan keçə bilərlər.
Bildirilib ki, proses Elm və Təhsil Nazirliyi tərəfindən mərkəzləşdirilmiş qaydada, proqram təminatı vasitəsilə müsabiqə yolu ilə həyata keçirilir. Müsabiqə seçim və müsahibə mərhələlərindən ibarətdir. Seçim mərhələsində namizədlərin təqdim etdikləri məlumat və sənədlərin düzgünlüyü yoxlanılacaq. Bu mərhələni uğurla keçən namizədlər müsahibəyə dəvət olunacaqlar. Namizədlər müsahibə mərhələsinə qaydalara uyğun olaraq ardıcıllıq əsasında dəvət ediləcəklər.
MÜTDA nəzərə çatdırıb ki, müsahibə mərhələsi Elm və Təhsil Nazirliyi tərəfindən yaradılmış müvafiq komissiyalar tərəfindən keçiriləcək. Namizədlər liderlik və strateji idarəetmə, pedaqoji və tədris, idarəçilik və təşkilatçılıq, ünsiyyət və əlaqə, problemlərin həlli və qərarvermə, rəqəmsal və texnoloji, eləcə də sosial və emosional bacarıqları üzrə qiymətləndiriləcəklər.
Qeyd edilib ki, hər bir namizəd müsabiqənin nəticələri ilə "Şəxsi səhifə" vasitəsilə tanış ola biləcək. Müsabiqədə uğur qazanan namizədlərlə əmək münasibətləri qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq rəsmiləşdiriləcək.
Kurslar.az kurslar [newsid: 0-123300]

Xəzərin Azərbaycana mənsub hissəsində qaçaqmal aşkar olunub
Yavər Şıxəliyev vəfat etdi
Sabah' FK – 'Borussiya Dortmund' oyunu ilə əlaqədar ödənişsiz avtobuslar fəaliyyət göstərəcək
"Hər həftə bir ev alırdım
Nəsrin Cavadzadə Türkiyədə onu təhqir edənləri məhkəməyə verdi
Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur
Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb
Aşqabadda Türkmənistan Dövlət Simfonik Orkestrinin konserti olub
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub
Azərbaycanla Ukrayna müxtəlif sahələrdə əməkdaşlığı müzakirə edib
Leyla Əliyeva Arkadağ şəhərində əfsanəvi 'Galkynyş' milli atüstü oyunlar qrupunun çıxışını izləyib
İdeal dövləti necə qurmaq olar?
Azərbaycanın axtarışa verdiyi Fateh Türkiyədən qaçdı
SON DƏQİQƏ! İstanbuldakı leysan Azərbaycana gəlir? – MÜHÜM AÇIQLAMA
Su bidonuna düşən 7 yaşlı uşaq öldü