Dörd kluba texniki məğlubiyyət verildi
AFFA Azərbaycan çempionatında çıxış edən 4 kluba texniki məğlubiyyət verib.
KONKRET.az xəbər verir ki, bu barədə qurumun İntizam Komitəsinin iclasında qərar qəbul olunub.
Fevralın 15-də U-14 Liqasında "Neftçi" ilə keçirilməli olan matça təyin edilən vaxtda çıxmadığına görə oyun baş tutmadığı üçün "Ramana" komandasına 0:3 hesablı texniki məğlubiyyət verilib.
AFFA U-10 Liqasında çıxış edən "Pambıqçı" komandasına da eyni səbəbdən cəza verilib. Komanda "Ramal"la matça təyin edilən vaxtda çıxmadığına görə oyun baş tutmayıb. Bu hal cari mövsümdə 3-cü dəfə yaşandığına görə Bərdə təmsilçisi yarışdan kənarlaşdırılıb.
U-13 Qızlar liqasında isə "Marxal" oxşar cəza ilə üzləşib. Komanda "Dinamo" ilə oyun üçün təyin edilən vaxtda meydanda omadığına görə 0:3 hesablı texniki məğlubiyyət alıb.
AFFA U-11 Liqasında "Olimpiya" komandasına da texniki məğlubiyyət verilib. Buna "Ağdam"la oyunda komandanın heyətində yetərsay olmaması səbəb olub. Nəticədə qarşılşama baş tutmadığına görə "Olimpiya" 0:3 hesablı texniki məğlubiyyətlə cəzalandırılıb.

Azərbaycanda meymunçiçəyinə yoluxma var? – Rəsmi
Bakıda dəhşətli hadisə:Yeniyetmə ürəyindən VURULDU
Naxçıvanda zəncirvari qəza - Azyaşlı öldü, xəsarət alanlar var
İmran Əliyevə 12 il iş istənildi
Vüsalın qətlini gözləri ilə görüb - "Bıçağı üstünə sürtərək yanımdan keçdi..."
Yaponiyanın böyük imperiya arzusu: Qərbi təqlid etdi, Asiyaya hökmranlıq etdi
Türkiyə ilə viza rejimi tətbiq edilir? - SƏBƏBLƏR
Türk millətçiliyini zəhərləməyə çalışanlar... - Baxçalı
Azərbaycanda balıq bahalaşdı - Qiymətlər
Selena Qomesin səsi dəyişdi: Nədən imtina etdi?
Azərbaycanla Kanadanın aparıcı analitik mərkəzi arasında əməkdaşlıq müzakirə olunub
İran XİN sözçüsündən vahid məktəbli geyimi ilə bağlı - AÇIQLAMA
MM sədri Bişkekdə süni intellekt dövründə parlamentlərarası əməkdaşlığın önəminə diqqət çəkib
Lissabonda Azərbaycan səfirliyinin açılışına hazırlıq müzakirə edilib
Mobil telefonlardan POS-terminal kimi istifadə mümkün olacaq