Dörd şahmatçımız Dünya Kubokunda qələbə qazandı
Bakıda keçirilən Dünya Kubokunda ikinci mərhələnin tay-brek görüşləri sona çatıb.
KONKRET.az xəbər verir ki, Azərbaycan şahmatçısı Nicat Abasov Fransa təmsilçisi Loran Fressine ilə dueldən qalib ayrılıb. İlk görüşdə qalib olan Nicat növbəti oyunda heç-heçə oynamaqla mərhələ adlayıb.
Təmsilçimiz Rauf Məmmədov Aleksandr Predkeni mübarizədən kənarlaşdırıb. Serbiyalı şahmatçı ilk iki görüşdə heç-heçəyə razılaşıb. Üçüncü partiyada Rauf Məmmədov qələbə qazanıb. Dördüncü oyun növbəti heç-heçəni rəsmiləşdirib. Yekunda 2,5-1,5 hesablı nəticə Rauf Məmmədovu üçüncü mərhələyə daşıyıb.
Abdulla Qədimbəyli İspaniya şahmatçısı David Quijjaronu üstələyib. İyirmi yaşlı şahmatçılar arasında dünya çempionu olan Qədimbəyli ilk partiyada rəqibini mat edib. İkinci görüş isə heç-heçə yekunlaşıb.
Günün ən uzun davam edən görüşlərindən biri Qədir Hüseynovla danimarkalı Yonas Byerre arasında oynanılıb. İlk iki görüş heç-heçə ilə başa çatandan sonra şahmatçılar hərəyə bir qələbə qazanıb. Beşinci oyunu qazanan Qədir altıncı görüşdə heç-heçəyə nail olub.
Qeyd edək ki, III mərhələnin görüşləri sabah keçiriləcək.

Binəqədidə müşavirə keçirildi - FOTOLAR
Şirkətdə pis xəbərlər niyə rəhbərdən gizlədilir?
Bank Respublika-dan sərfəli nağd kredit imkanı - "Payız fürsəti
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Azərbaycan BMT-də mina təhlükəsi və qanunsuz silah dövriyyəsi məsələsini qaldırıb
BMT-də Azərbaycanın minalarla çirkləndirilmiş əraziləri barədə məlumat verilib
UEFA-dan Fəridə Lütfəliyevaya təyinat
Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb - FOTOLAR
Vaqif Sadıqov etimadnaməsini İsveçrə prezidentinə təqdim edib
Banklarda əmanəti olanların nəzərinə: Hansı banklar bağlanacaq? – "Böhran başlayıb"
Bakıda yaşayış binasında uçqun
Albaniya parlamentində əlbəyaxa dava - Deputatlar bir-birinə hücum etdi
Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
Cavid Ağaməliyev həbs edildi
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi