Dörd yüzə yaxın gimnastın arasında 1-ci yeri tutan və bayrağımızı dalğalandıran İpək Süleymanzadə - FOTOLAR
Azərbaycan xanımları hər zaman ictimai və dövlət işlərində, eləcə də digər sahələrdə böyuk uğurlara imza ataraq, ölkəmizi layiqincə təmsil etməyi bacarıblar. Xüsusən idman sahəsində beynəlxalq səviyyədə Azərbaycanı tanıdan və bayrağımızı dalğalandıran xanımlarımızın sayı kifayət qədərdir.
KONKRET.az xəbər verir ki, Azərbaycanın adını müxtəlif Avropa ölkələrindən olan 400-ə yaxın idmançının içərisində yüksəklərə qaldıran azyaşlı idmançı xanımlarımızdan biri də İpək Süleymanzadədir.
167 nomreli mektebin 1-ci sinifində təhsil alan İpək Süleymanzadə Bədii Gimnastika ilə professional şəkildə məşğul olur. Peşəkar məşqçi Sevil Fərəcovanın tələbəsi olan azyaşlı İpək öz əzmi və iradəsi nəticəsində artıq beynəlxalq turnirlərdə qalib olmağı bacarıb.
Belə ki, İpək Süleymanzadə 2015 B kateqoriyası üzrə Macarıstanın Budapeşt şəhərində keçirilən və müxtəlif Avropa ölkələrindən 400-ə yaxın gimnastı özündə birləşdirən beynəlxalq turnirdə 1-ci yeri tutub.
Qeyd edək ki, İpək Bakıda "Gym Kids sports club"da mütəmadi olaraq məşq keçir. Azyaşlı İpəyin gələcəkdə daha da böyük uğurlara imza atacağına və Azərbaycanın bayrağını böyük idman arenalarında dalğalandıracağına hər kəs inanır.
Müşviq Tofiqoğlu,
KONKRET.az

Cəlilabadda açıq sahədə baş vermiş yanğın söndürülüb
Zaqatalaya güclü leysan və dolu yağıb
Gəncədə 5 aylıq uşaq xəstəxanada öldü
Buraxılış və qəbul imtahanları fənlərinin proqramları təsdiqləndi
Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər
MHP sədri: Azərbaycan-Türkiyə münasibətləri bərabərhüquqlu tərəfdaşlıq əsasında inkişaf edəcək
Moldova XİN azərbaycanlıların olduğu gəmiyə endirilən zərbəni pisləyib
Azərbaycan və Pakistan arasında ədliyyə sahəsində əməkdaşlıq müzakirə olunub
Hindistanın xarici işlər naziri Atəşgah məbədini ziyarət edib
Qeyri-neft-qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib
Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub
Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar
Qazancına görə bütün futbolçuları geridə qoydu
"Bavariya" Vensan Kompaninin səhhəti ilə bağlı açıqlama verdi
Şərurda anbarda dəhşətli hadisə: Bir qadın öldü, digəri xəstəxanalıq oldu