Dövlət qurumlarındakı "nüfuzundan" istifadə edərək, insanları aldadan tutuldu - VİDEO

Dövlət qurumlarındakı Tovuzda dələduzluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Tovuz sakini rayon polis şöbəsinə müraciət edərək, Əli adlı şəxsin onun evinə işıq çəkdirəcəyini vəd edərək ondan dələduzluq yolu ilə 2 850 manat pul aldığını deyib.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində vətəndaşa qarşı dələduzluq etməkdə şübhəli bilinən rayon sakini Əli Novruzov saxlanılıb.
Onun ətrafında aparılan araşdırmalar zamanı məlum olub ki, saxlanılan şəxs müxtəlif vaxtlarda daha bir neçə rayon sakininə dövlət qurumlarındakı "nüfuzundan" istifadə edərək onlara kömək edəcəyini bildirib və beləliklə həmin şəxslərə qarşı dələduzluq edib.
Belə ki, Əli Novruzov 4 nəfərə əlilliyə görə pensiya təyin etdirəcəyi barədə vəd verərək onların ümumilikdə 16 400 manat nağd pulunu dələduzluq yolu ilə ələ keçirib.
Bundan başqa, saxlanılan şəxs rayon sakini ilə əlaqə yaradaraq ona yaşadığı kənd ərazisində torpaq sahəsi verdirəcəyini bildirərək ondan 1 000 manat pul alıb.
Hələlik 6 nəfərə qarşı dələduzluq edərək ümumilikdə onların 20 000 manatdan çox pulunu dələduzluq yolu ilə mənimsəyən Ə. Novruzovun əməllərindən digər vətəndaşların da zərər çəkməsi istisna olunmur.
Həmin şəxslər DİN-in "102" Zəng Mərkəzinə, Tovuz Rayon Polis Şöbəsinə və ya ərazi üzrə polis idarə, şöbə və ya bölmələrinə müraciət edə bilərlər.
Saxlanılan şəxs barəsində Tovuz Rayon Polis Şöbəsinin İstintaq Bölməsində Cinayət Məcəlləsinin 178.2.2 (dələduzluq) maddəsi ilə cinayət işi başlanılıb.

Sosial       Tarix: 14 sentyabr 2021
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Evdə meyvə doğrayırdı, boğazından bıçaq xəsarəti aldı

Lənkəranda yeniyetmə boğaz nahiyəsindən bıçaq xəsarəti alıb. Hadisə rayonun Darquba kəndində qeydə alınıb. Belə ki, kənd sakini, 2013-cü il təvəllüdlü F.A. boğaz nahiyəsindən kəsici-deşici alətlə xəsarət alıb. O, Lənkəra

Fermerə yeni vergi "sürprizi": 13 milyon manat üçün kəndlini niyə incidirik?

Hökumət əhaliyə "sürprizlərlə" dolu 2027-ci il hazırlayır, bəzi vergilər, rüsumlar, cərimələr yenə artır. xəbər verir ki, bunu iqtisadçı-ekspert Natiq Cəfərli bildirib:. O bildirib ki, diqqətimi çəkən aqrar sektorl

Bu məhsulları almağa tələsməyin – Daha ucuzunu tapacaqsınız

Qara cümə (Black Friday) endirimləri zamanı elektronika, məişət texnikası və oyuncaqları daha sərfəli qiymətə əldə etmək mümkündür. Lakin hər böyük endirim real fürsət deyil və alıcılar alış-veriş zamanı diqqətli olmalıdırlar

Azərbaycanda qızıl-zinət bazarında qiymətlər necədir? - AÇIQLAMA

Azərbaycanda qızıl-zinət bazarında qiymətlərin formalaşmasına təsir edən əsas amil qızılın beynəlxalq bazar kotirovkalarıdır. xəbər verir ki, bunu -a açıqlamasında Azərbaycan Zərgərlər Assosiasiyası İdarə Heyətinin sədrini

Azərbaycanın 2027-ci il büdcəsi: Gəlirlər və xərclər bəlli oldu

Milli Məclisin bugünkü plenar iclasında gələn ilin büdcə zərfi, o cümlədən "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsi müzakirəyə çıxarılıb. KONKRET.azyenisabah-a istinadən xəbər verir ki , layihəyə əsasən

Ölən şəxsin kredit borcu silinir? – EKSPERT AÇIQLADI

Azərbaycanda kredit borcu olan şəxsin vəfat etməsi onun bank qarşısındakı öhdəliklərinin taleyi ilə bağlı bir sıra suallar yaradır. Xüsusilə, dünyasını dəyişən şəxsin övladlarının və digər ailə üzvlərinin həmin borcu ödəməy

Bakıda iki maşın toqquşdu, yaralanan var

Bakının Babək prospektində iki avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib. Hadisə "Kia" markalı minik avtomobili ilə "Isuzu" markalı nəqliyyat vasitəsinin toqquşması nəticəsində qeydə alınıb

Tural Əlizadəyə vəzifə verildi

1 saylı Bakı DOST Mərkəzinə yeni direktor təyin edilib. -a istinadən xəbər verir ki, bu vəzifənin icrası Tural Əlizadəyə tapşırılıb. O, bundan əvvəl Dayanıqlı və Operativ Sosial Təminat Agentliyində (DOST) insan resurslarını

Milli Qəhrəmanın oğlu qəzaya düşdü

Gəncədə Milli Qəhrəmanın oğlu avtomobil qəzasına düşüb. -a istinadən xəbər verir ki, şəhərin Yeni Gəncə qəsəbəsi ərazisində minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb. Hadisə nəticəsində sürücü


yeni xeberler son xeberler azerbaycan xeberleri qurban bayrami 2026 butun xeberler cebheden xeber cəbhədən son xeber