Dövlət Xidməti: Elektron mallar anbarı və qida istehsalı sexinin 360 kvadratmetri yanıb
Nəsimi rayonu, Nizami küçəsində yerləşən elektron mallar anbarı və qida istehsalı sexində yanğın baş verməsi haqqında Fövqəladə Hallar Nazirliyinin 112 qaynar xəttinə saat 10:51-də çağırış daxil olub.
KONKRET.az apa-ya istinadən xəbər verir ki, bunu hadisə yerində jurnalistlərə açıqlamasında Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin rəsi müavini Taleh Babayev deyib.
O, qeyd edib ki, dərhal yanğın yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin, Xüsusi Xilasetmə Xidmətinin qüvvələri və Bakı Regional Mərkəzinin şəxsi heyəti cəlb olunub:
"Hazırda yanğının məhdudlaşdırılıb, söndürülməsi istiqamətində işlər təşkil olunaraq həyata keçirilir. Baş vermiş yanğın zamanı yaxınlıqda olan yaşayış çoxmənzilli yaşayış binasında insanların təhlükəsizliyini təmin etmək üçün təxliyə işləri həyata keçirilib. Ümumi sahəsin 2400 kvadratmetr olan obyektin 360 kvadratmetr hissəsi yanıb. Anbarda baş vermiş yanğın zamanı malların demək olar ki, müəyyən bir hissəsi alova məruz qalıb, amma böyük bir hissəsi mühafizə olunub".
Onun sözlərinə görə, yanğın zamanı xəsarət alan olmayıb, yanğının hansı səbəbdən baş verməsi araşdırmadan sonra bəlli olacaq.

Azərbaycanda balıq bahalaşdı - Qiymətlər
Selena Qomesin səsi dəyişdi: Nədən imtina etdi?
Azərbaycanla Kanadanın aparıcı analitik mərkəzi arasında əməkdaşlıq müzakirə olunub
İran XİN sözçüsündən vahid məktəbli geyimi ilə bağlı - AÇIQLAMA
MM sədri Bişkekdə süni intellekt dövründə parlamentlərarası əməkdaşlığın önəminə diqqət çəkib
Lissabonda Azərbaycan səfirliyinin açılışına hazırlıq müzakirə edilib
Mobil telefonlardan POS-terminal kimi istifadə mümkün olacaq
Yelo App-də avto-ödəniş funksiyası istifadəyə verildi
"Dedi ki, başına oyun açacam" - "Bolt" sürücüsü qadına zorakılıq edib?
Xankəndidə dövlət qurumunun əməkdaşı narkotiklə saxlanıldı
Yaşayış binasında yanğın: sakinlər təxliyə olundu
Ən yüksək faiz verən banklar bəlli oldu – SİYAHI
Masazırda ağır qəza: ölən var
"AzerGold" QSC-nin xarici ölkədə ilk törəmə şirkəti – "AzerGold Uzbekistan" təsis edilib
Roma imperiyasının süqutundan müasir Avropaya: Tarix həqiqətən təkrarlanırmı?