DTX dövlətə xəyanət etmiş Azər Bağırovu məsuliyyətə cəlb etdi - İordaniyadan gətirildi

DTX dövlətə xəyanət etmiş Azər Bağırovu məsuliyyətə cəlb etdi - İordaniyadan gətirildiBakı şəhəri Səbail rayon məhkəməsində Azərbaycan Respublikasının vətəndaşı Bağırov Azər Akif oğlu barəsində seçilmiş qətimkan tədbiri ilə bağlı məhkəmə prosesi keçirilib.
azxeber.com xəbər verir ki, xarici xüsusi xidmət orqanının nümayəndələrinə kömək etməklə casusluq formasında dövlətə xəyanət etməkdə ittiham olunan Azər Bağırov Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən keçirilmiş tədbirlər nəticəsində İordaniya Haşimilər Krallığı ərazisində tutularaq Azərbaycan Respublikasına gətirilib.
İş materiallarından məlum olur ki, xarici ölkənin xüsusi xidmət orqanı 3-cü ölkələrdə hazırladığı təxribat hadisələrində iştirakını büruzə verməmək üçün Azərbaycan vətəndaşı kimi Azər Bağırovu cəlb edib. Azər Bağırov isə öz Azərbaycan Respublikasının vətəndaşı statusundan xarici xüsusi xidmət orqanının xeyrinə və Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi zərərinə istifadə etməklə xaricdə dövlətimizin maraqlarına qəsdən ziyan vurub, casusluq fəaliyyəti ilə məşğul olub.
Məhkəmə Bağırov Azər Akif oğlu barəsində Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə həbs qətimkan tədbiri seçib.
DTX dövlətə xəyanət etmiş Azər Bağırovu məsuliyyətə cəlb etdi - İordaniyadan gətirildi

Siyasi       Tarix: 12 fevral 2025
f Paylaş

Oxşar xəbərlər

Dünyanı nə gözləyir? – ABŞ və İranla bağlı mühüm AÇIQLAMA

ABŞ və İran arasında son dövrlər artan hərbi-siyasi gərginlik beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir. Tərəflərin qarşılıqlı təhdidləri, regionda hərbi fəallığın artması və diplomatik münasibətlərdə yaranan fikir ayrılıqlar

Azərbaycan səfiri etimadnaməsini Estoniya Prezidentinə təqdim edib

Azərbaycanın Estoniyadakı səfiri Nemət Nağdəliyev etimadnaməsini bu ölkənin Prezidenti Ülle Madiseyə təqdim edib. -un məlumatına görə, diplomat bu barədə "facebook" səhifəsində bildirib. Görüş zamanı tərəflər Azərbaycan-Estoniy

Paşinyandan müxalifətə sərt hədə: 'Azərbaycanla sülhə mane olursunuz

Ermənistanın baş naziri Nikol Paşinyan parlament müxalifətini Azərbaycanla sülhə maneə adlandırıb və siyasi proseslərin elə istiqamətdə inkişaf edə biləcəyini bildirib ki, müxalifət nümayəndələri artıq qanunverici orqand

Vyetnam prezidentindən Azərbaycanla bağlı gözəl sözlər

Azərbaycan həm Avropanın, həm də Asiyanın bənzərsiz mahiyyətini və mədəni irsini daşıyan inci hesab olunur. xəbər verir ki, bu sözləri Vyetnam Prezidenti To Lam Hanoyda Azərbaycan Prezidenti İlham Əliyevin və birinci xanı

Paşinyandan generala: "Sən oğrusan..."

Konstitusiya daxili gündəmdir, lakin istənilən ölkənin Konstitusiyası həm də ölkəni mövqeləndirir. xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan noyabrın 18-də parlamentdə hökumətlə sual-cavab sessiyası zaman

Ermənilərə pasport paylanır – Üzərində doğum yeri Azərbaycan…

Ermənistanda noyabrın 1-dən tətbiq edilən yeni biometrik pasportların verilməsi proseduru Qarabağdan köçən ermənilərin narazılığına səbəb olub.                                                        . xəbər verir ki, Qarabağ

Tramp-Putin-Szinpin görüşü - Bəyannamənin tam mətni

Üçtərəfli görüşdən sonra Rusiya, Çin və ABŞ dövlət başçılarının Sülh haqqında Bəyannaməsi qəbul edilib. xəbər verir ki, Kreml bəyannamənin tam mətnini dərc edib. Bəyannamədə bildirilib ki, Rusiya Federasiyasının Prezident

Ağdamın işğaldan azad olunmasından 6 il ötür

Bu gün - noyabrın 20-i Ağdam Şəhəri Günüdür. AZXEBER.OM-un xəbərinə görə, şəhərin erməni işğalçılarından təmizlənməsindən altı il ötür. Azərbaycanın Vətən müharibəsində qazandığı parlaq qələbə nəticəsində Ağdam bir güll

Azərbaycanla Vyetnam arasında yeni dövr başlayır – MÜHÜM AÇIQLAMA

Azərbaycanın xarici siyasətində Asiya ölkələri ilə əlaqələrin genişləndirilməsi, yeni iqtisadi tərəfdaşlıqların qurulması və beynəlxalq əməkdaşlığın şaxələndirilməsi mühüm istiqamətlərdən birini təşkil edir. Xüsusilə so


son xeberler azerbaycan xeberleri yeni xeberler xeber.az son xeberler bugünkü son xəbərlər xəbərlər şou biznes xəbərləri