Dünya çempionatında iştirak edəcək Azərbaycan güləşçiləri açıqlandı - FOTO
Avqustun 15-də Bolqarıstanın paytaxtı Sofiyada start götürəcək 20 yaşadək güləşçilər arasında dünya çempionatında iştirak edəcək Azərbaycan millisinin heyəti açıqlanıb.
-a veriləm məlumata görə, ölkə 7 gün davam edəcək mundialda güləşin hər üç növündə təmsil olunacaq.Yarışın ilk 3 günündə böyük məşqçi Cəbrayıl Həsənov, məşqçilər Nazim Əlicanov və Əşrəf Əliyevin rəhbərliyi altında sərbəst güləşçilər mübarizə aparacaq. Heyətdə Nurəddin Novruzov (57 kq), Ceyhun Allahverdiyev (61 kq), Zirəddin Bayramov (65 kq), Kənan Heybətov (70 kq), Cəbrayıl Qadjiyev (74 kq), Soslan Tigiyev (79 kq) və Səbuhi Əmiraslanov (86 kq) yer alıb.17 – 19 avqustda qadın güləşçilər xalçaya çıxacaq. Böyük məşqçi Həsrət Məmmədyarov və məşqçi Solmaz Adilovanın rəhbərliyi altında ölkəni Gültəkin Şirinova (50 kq), Əsmər Canqurtaran (53 kq), Elnurə Məmmədova (55 kq), Birgül Soltanova (62 kq), Mərziyə Sadıqova (65 kq) və Nigar Mirzəzadə (68 kq) təmsil edəcək.
Çempionatın son 3 günündə yunan-Roma güləşi üzrə qaliblər müəyyənləşəcək. Böyük məşqçi Nurəddin Rəcəbov, məşqçilər Emin Əhmədov və Turac Hüseynlinin rəhbərliyi altında Nihad Quluzadə (55 kq), Nihat Məmmədli (60 kq), Ziya Babaşov (63 kq), Kənan Abdullazadə (67 kq), Qurban Qurbanov (72 kq), Xasay Həsənli (77 kq), Rauf Əliyev (82 kq) və Laçın Vəliyev (87 kq) uğur qazanmağa çalışacaq.
Qeyd edək ki, dünya çempionatında beynəlxalq dərəcəli hakim Tural Əliyev ədaləti qoruyacaq.


Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Azərbaycanla Hindistan arasında fikir müxtəlifliyi var idi
Cəlilabadda açıq sahədə baş vermiş yanğın söndürülüb
Zaqatalaya güclü leysan və dolu yağıb
Gəncədə 5 aylıq uşaq xəstəxanada öldü
Buraxılış və qəbul imtahanları fənlərinin proqramları təsdiqləndi
Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər
MHP sədri: Azərbaycan-Türkiyə münasibətləri bərabərhüquqlu tərəfdaşlıq əsasında inkişaf edəcək
Moldova XİN azərbaycanlıların olduğu gəmiyə endirilən zərbəni pisləyib
Azərbaycan və Pakistan arasında ədliyyə sahəsində əməkdaşlıq müzakirə olunub
Hindistanın xarici işlər naziri Atəşgah məbədini ziyarət edib
Qeyri-neft-qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib
Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub
Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar
Qazancına görə bütün futbolçuları geridə qoydu
"Bavariya" Vensan Kompaninin səhhəti ilə bağlı açıqlama verdi