Dünya çempionumuzdan ŞOK AÇIQLAMA: "Məşqçilərimizin əksəriyyəti maklerliklə məşğuldur"

Dünya çempionumuzdan ŞOK AÇIQLAMA: "Bu gün məşqçilərin əksəriyyəti maklerliklə məşğuldur".
KONKRET.az xəbər verir ki, bunu "Report"a açıqlamasında Azərbaycanın sərbəst güləşçisi Turan Bayramovun şəxsi məşqçisi Adil İbrahimov deyib.
Gənclər arasında dünya çempionu və 2000-ci il Sidney Yay Olimpiya Oyunlarının iştirakçısı olmuş mütəxəssis bildirib ki, əcnəbi idmançının milli komandaya cəlb olunması şəxsi maraqlara xidmət edir: "Yerli məşqçinin yetişdirdiyi idmançı nüfuzlu yarışda qalib gələndə mükafat həmin mütəxəsissə çatır. Bunlar isə Dağıstandan hazır idmançıları gətirib maklerlik edirlər. Beləliklə, mükafatı öz adlarına yazdırırlar. Söhbət azərbaycanlı məşqçilərdən gedir. Dövlət legionerlərin məşqçilərinə qətiyyən mükafat ayırmamalıdır. Bu, mənim şəxsi fikrimdir".
İbrahimov Bolqarıstanın Veliko Tırnovo şəhərində Dan Kolov – Nikola Petrov xatirə turnirində Turan Bayramovla Cəbrayıl Hacıyev arasındakı final görüşü zamanı baş vermiş qalmaqalın kökündə məhz bu amilin dayandığını bildirib: "Turan özünü yaxşı hiss etmirdi. Həm xəstələnmişdi, həm də final qarşılaşmasında Cəbrayıl barmağını onun gözünə soxaraq, bu yolla qələbə qazanıb. Halbuki dağıstanlı idmançıya xəbərdarlıq edilməli idi. Çünki bu, nəinki güləşdə, heç qaydasız döyüşdə də yoxdur. Əslində milli komandanın baş məşqçisi Namiq Abdullayev görüşdən sonra mütləq hər iki idmançı ilə söhbət etməlidir. Çünki onlar komanda yoldaşlarıdır. Bu, ən azı hörmətsizlikdir. Qaydaları pozub qələbə əldə etməyə nə ad vermək olar? Məşqçi Cəbrayılla ən azı tərbiyəvi söhbət aparmalıdır. Hələ mən cəzalandırmağı demirəm. Güləşdə yazılmayan qaydalar var. Bu, kişi idman növüdür. Güləşlə kişi xarakterli idmançılar məşğul olur. Digər ölkə təmsilçisi ilə güləşəndə belə, bu yola əl atmaq düzgün deyil".
Mütəxəssis İbrahimovun Azərbaycan güləş tarixində 20 yaşadək ən çox medal gətirən idmançı olduğunu xatırladıb: "Ondan çox medal qazanan olmayıb. 20 yaşında 3 dəfə böyüklər arasında Azərbaycan çempionu olub. Bu gün beynəlxalq yarışlarda Turanı sıxışdırmaq, psixoloji cəhətdən üstünə getmək lazım deyil. Çünki 2024-cü ildə Fransanın paytaxtı Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarına hazırlaşır. Əsl azərbaycanlı kimi olimpiadada iştirak etməlidir"
Onun sözlərinə görə, azərbaycanlı idmançıları yerli məşqçilər yetişdirməlidir: "Kənarda güləşçi axtarmamalıyıq. Şəxsi maraqlar ön plana çəkiləndə yerli uşaqlar bundan əziyyət çəkir. Dərinliklərinə qədər bilmirəm. Ola bilər ki, mükafat başqasının adına yazılsın. Çox şey ola bilər. Ən gözəli odur ki, legioner idmançıların məşqçilərinə mükafat verilməsin".
İbrahimov yerli güləşçilərin diqqətsizlik ucbatından gerilədiyini vurğulayıb: "Bəlkə də fikirləşirlər ki, legioneri rəqabətə görə gətirirlər. Amma biz heç bir inkişaf görmürük. Bunu dünya təcrübəsi də göstərir. Türkiyədə legioner güləşçilərlə xeyli işləsələr də, heç biri effekt vermədi və hamısını geri qaytardılar. Bəli, bizdə ağır çəkilər üzrə legioner güləşçilərə ehtiyac var. Amma o demək deyil ki, həmin çəkilərdə yaxşı uşaqlarımız yoxdur. Sadəcə, işləmək lazımdır".
Məşçinin fikrincə, legioner yerli uşaqlarla başabaş güləşirsə, onlara ehtiyac yoxdur: "Mən özüm də legioner olmuşam, Qazaxıstanı təmsil etmişəm. Bizə deyirdilər ki, yerli idmançıya 3 xaldan az fərqlə qalib gəlsəniz, öz uşaqlarımıza şans verəcəyik. Bunu bizdə də tətbiq etsələr, çox gözəl olar. Bu, yerli məşqçilərin ümumi fikridir".

İdman       Tarix: 21 fevral 2022
f Paylaş

Oxşar xəbərlər

Bugünkü oyunları yayımlayacaq kanallar

UEFA Avropa Liqasının və Konfrans Liqasının Liqa mərhələlərində bu gün keçiriləcək bəzi oyunlara Azərbaycan və Türkiyə telekanalları vasitəsi ilə canlı yayımla baxmaq mümkün olacaq. KONKRET.azxəbər verir ki, qarşılaşmala

Bakıda FIFA DÇ həyəcanı başlayır

Bu gün Bakıda 15 yaşadək futbolçular arasında dünya çempionatı və festivalı start götürəcək. xəbər verir ki, tarixdə ilk dəfə təşkil olunacaq mundiala Azərbaycan ev sahibliyi edəcək. Dünya çempionatında 189 ölkənin iştirak

Oyun başlayan kimi qol buraxdı: Noyerdən gözlənilməz xəta 

"Bayern Münhen"in təcrübəli qapıçısı Manuel Noyer inanılmaz səhvə imza atıb. xəbər verir ki, almaniyalı qolkiperin xətası nəticəsində Münhen təmsilçisi qarşılaşmanın 8-ci saniyəsində hesabda geri düşüb. Meydan sahiblər

Avropa Liqası: Bu gün 15 oyun var

Bu gün UEFA Avropa Liqasının əsas mərhələsinin ikinci turu çərçivəsində növbəti oyunlar baş tutacaq. xəbər verir ki, turun bütün qarşılaşmaları bu gün Bakı vaxtı ilə saat 20:45 və 23:00-da başlayacaq. UEFA Avropa Liqası

Xankəndi Ultramarafonuna yekun vuruldu

II Beynəlxalq Xankəndi Ultramarafonunun dördüncü – son mərhələsi başa çatıb. Report-a istinadla xəbər verir ki, marafonun 4-cü mərhələsi Ağdam şəhərindən bu gün səhər start götürüb, iştirakçılar 29,2 km məsafə qət ediblər

"Sabah" "Qarabağ"ı qəbul edir: heyətləri açıqlandı

Misli Premyer Liqasının 9-cu turunda bu gün keçiriləcək "Sabah" – "Qarabağ" matçı üçün heyətlər açıqlanıb. xəbər verir ki, komandalar saat 18:00-da başlayacaq matça aşağıdakı tərkibdə çıxacaqlar:. "Sabah"

"Qarabağ" "Sabah"ı təbrik etdi

"Qarabağ" klubu "Sabah"ı UEFA Çempionlar Liqasının Liqa mərhələsində ilk qələbəsini qazanması münasibətilə təbrik edib. xəbər verir ki, Ağdam təmsilçisi bununla bağlı rəsmi sosial şəbəkə hesabında paylaşı

"Sabah"ın baş məşqçisi: "Hər kəs bizdən qələbə gözləyir"

Hər kəs "Sabah" komandasından "Slaviya" ilə qarşılaşmada qələbə gözləyir. KONKRET.azxəbər verir ki, bunu "Sabah"ın baş məşqçisi Valdas Dambrauskas UEFA Çempionlar Liqasının əsas mərhələsind

"Real"ın oyunu azərbaycanlı referiyə tapşırıldı

Azərbaycanın FİFA referisi Kamal Umudlu UEFA-dan yeni təyinat alıb. AFFA-dan -a verilən məlumata görə, o, Gənclər Liqasının liqa mərhələsində keçiriləcək "Roma" (İtaliya) – "Real Madrid" (İspaniya) oyunun


azerbaycan xeberleri yeni xeberler son xeberler sonxeber.az azerbaycan son xeber bugun xəbər xəbərlər.com