Dünya kuboku: Azərbaycan komandası finala yüksəldi

Dünya kuboku: Azərbaycan komandası finala yüksəldiİsveçrənin Sankt-Morits şəhərində keçirilən qarüstü polo üzrə 37-ci dünya kuboku davam edir.
Azərbaycan Respublikası Atçılıq Federasiyasından (ARAF) KONKRET.az-a verilən məlumata görə, 6 komandanın iştirak etdiyi nüfuzlu turnirdə ölkəmizi Azərbaycan Atçılıq Federasiyasının "Land of Fire" komandası təmsil edir.
Yanvarın 27-dən start götürən yarışda "Land of Fire" komandası bu gün ikinci matçına çıxıb. İlk oyunda "Perrier Jouet" kollektivini üstələyən poloçularımız yarımfinal mübarizəsində 2019-cu ilin çempionu "Badrutts Palace" ilə üz-üzə gəlib.
Oyunun əvvəlində hesabda geri qalan "Land of Fire" əzmkarlıq nümayış etdirərək yekunda 4:2 hesablı qələbə əldə etmiş və turnirin final matçına vəsiqə qazanıb.
Komandanın kapitanı Elçin Camallının rəhbərliyi altında poloçularımızın həlledici görüşdə rəqibi "Clinique La Prairie" komandası olacaq.
Final matçı yanvarın 30-u, Bakı vaxtı ilə saat 17:30-da start götürəcək./report

İdman       Tarix: 30 yanvar 2022
f Paylaş

Oxşar xəbərlər

"Qarabağ"ın da potensial rəqibi bəlli oldu

Bu gün İsveçrənin Nyon şəhərində UEFA Avropa Liqasının 3-cü təsnifat mərhələsinin püşkü atılıb. KONKRET. -a istinadla xəbər verir ki, Azərbaycan təmsilçisi "Qarabağ"ın potensial rəqibinin adına aydınlıq gəlib. 2-c

65 saniyəyə uduzan Makqreqordan çağırış

Mütləq Döyüş Çempionatının (UFC) sabiq çempionu, irlandiyalı idmançı Konor Makqreqor ABŞ-li Maks Holloueylə baş tutan qarşılaşmasının ləğv edilərək baş tutmamış hesab olunması üçün çağırış edib. xəbər verir ki, döyüşçü b

Yamal dünya futbolu tarixinə düşdü

İspaniya millisinin vingeri Lamin Yamal dünya futbolu tarixinə düşüb. KONKRET. -a istinadla xəbər verir ki, bu barədə "Opta" statistik portalı məlumat yayıb. İspaniyanın Argentina üzərində əlavə vaxtda qazandığ

UEFA-dan azərbaycanlı hakimlə bağlı təyinat

Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev UEFA-dan növbəti təyinat alıb. xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytında qeyd olunub. O, UEFA Konfrans Liqasının II təsnifat mərhələsində keçiriləcək "Jelezniçar"

Anası stadion təmizləyir, o isə məşq edirdi... - İndi dünya çempionudur

İspaniya millisinin ulduzu Fabian Ruiz dünya çempionu olduqdan sonra təsirli həyat hekayəsi ilə gündəmə gəlib. xəbər verir ki, o, qızıl medal sevincini anası ilə birlikdə qeyd edib. Çünki anası Fabianın futbolçu olmasınd

"Qarabağ"ın iştirak ərizəsi - Heyətdə dəyişiklik var

"Qarabağ" Avropa Liqasının 2-ci təsnifat mərhələsində ÇSKA (Bolqarıstan) ilə oyunlar üçün iştirak ərizəsini UEFA-ya göndərib. -a istinadla xəbər verir ki, "Vestri" (İslandiya) matçda olduğu kimi Joni Montie

Messi İngiltərə üzərindəki qələbəni görün kimə həsr etdi

Argentina millisinin kapitanı Lionel Messi DÇ-2026-nın yarımfinalında İngiltərə üzərində qazanılan 2:1 hesablı qələbəni Argentina futbolunun əfsanəsi Dieqo Maradonaya həsr edib. xəbər verir ki, Messi oyundan sonra belə deyib:

"Real Madrid" daha bir dünya çempionunu transfer edir

"Real Madrid" rəhbərliyi klubun heyətini gücləndirməyə davam edir. -a istinadən bildirir ki, madridlilər heyətə daha bir dünya çempionunu gətirməyə çalışacaq. ​İspaniyalı yarımmüdafiəçi Rodri "Mançester Siti"

"Neftçi" Varqasla müqavilə imzaladı

"Neftçi" yay transfer dövründə 5-ci transferini reallaşdırıb.  bildirir ki, Teleqraf-ın əldə etdiyi məlumata görə, "ağ-qaralar" İsrailin "Makkabi" (Netanya) klubunun futbolçusu Freddi Varqası


yeni xeberler son xeberler azerbaycan xeberleri ən son xəbərlər bugün son xeber az axsam.az xeberler son xeber