Dünya şöhrətli rejissor cinsi zorakılıqda ittiham olunur
Fransa prokurorluğu rejissor Lyuk Bessona qarşı istintaqın yenidən açılmasını tələb edib.
azxeber.com xarici mətbuata istinadən xəbər verir ki, rejissor səkkiz il əvvəl Parisdə otelidə tanış olduğu aktrisa Sande Van Roya təcavüz etməkdə ittiham olunur.
Fransa mediasının yaydığı məlumata görə, prokurorluq iş üzrə əlavə araşdırmaların aparılmasını və yeni hüquqi qiymətləndirmənin verilməsini istəyib. Bildirilir ki, istintaqın yenidən gündəmə gətirilməsi tərəflərin təqdim etdiyi əlavə materiallar və bəzi yeni hüquqi məqamlarla əlaqədardır.
Xatırladaq ki, Sande Van Roy ilk dəfə 2018-ci ildə Lyuk Bessonu seksual xarakterli zorakılıqda ittiham etmişdi. Aktrisanın sözlərinə görə, hadisə Parisdəki "Bristol" otelində baş verib. O, rejissorun ona qarşı razılığı olmadan zor tətbiq etdiyini iddia edib.
Lyuk Besson isə ittihamları qəti şəkildə rədd edərək münasibətin qarşılıqlı razılıq əsasında baş verdiyini bildirmişdi. Rejissorun vəkilləri daha əvvəl verdikləri açıqlamalarda ittihamların əsassız olduğunu və Bessonun günahsızlığını müdafiə etdiklərini vurğulamışdılar.
Qeyd edək ki, iş son illərdə bir neçə dəfə hüquqi araşdırma mərhələsindən keçib.
Aysel

İlham Əliyev Qətər Əmiri ilə görüşüb - FOTOLAR
Bakının əsas prospekti buna görə iflic oldu
Paşinyan Azərbaycandan bu ərazini istədi – Əvəzində təklif edir ki…
Paşinyan anklavlarla bağlı yeni təklif verdi - Detallar
Tanınmış reperi həbsxanada döydülər
Pakistan AQEM-in VII Zirvə Görüşünün uğurla keçirilməsi münasibətilə Azərbaycanı təbrik edib
"Yelo Bank" 2026-cı ilin 3-cü rübünü artımla başa vurdu
Konfrans Liqası: I turun oyunlarına start verilir
Bakı–Şamaxı yolunda avtomobil aşıb, yaralananlar var
Bakıda 20 yaşlı oğlanı bıçaqladılar
ABŞ-la münasibətlərin düzəlməsi üçün 10 il vaxt lazımdır
Zelenski Brüsselə getdi - Onlarla görüşəcək
Nazirlər Kabineti 'Azərişıq' və 'Azərenerji' ilə bağlı qaydada dəyişiklik edib
Teleqramda bu da mümkün olacaq
Buxarada Azərbaycan–Özbəkistan dostluq konserti təşkil olunub