Uill Smitin 42 milyon dollarlıq malikanəsində yanğın baş verdi - FOTO
Hollivud aktyoru Uill Smitin ABŞ-nin Kaliforniya ştatında yerləşən dəbdəbəli malikanəsinin ərazisində güclü yanğın baş verib.
azxeber.com Oxu.Az-a istinadən xəbər verir ki, yanğın aktyorun təxminən 42 milyon dollar dəyərində daşınmaz əmlakının yerləşdiyi Kalabasas şəhərində qeydə alınıb.
Alov təxminən 60 hektar ərazini əhatə edən mülkün həyətindəki yardımçı tikililərdən birini bürüyüb.
Los-Anceles dairəsinin şerif departamenti yanğının söndürüldüyünü bildirib. Hadisə nəticəsində xəsarət alanlar barədə məlumat verilməyib.
Bu, aktyorun mülkündə baş verən ilk yanğın deyil. 2021-ci ildə onun evinin zirzəmisində də yanğın qeydə alınmışdı. Həmin vaxt ailə üzvlərindən heç kim xəsarət almamış, lakin bir yanğınsöndürən tibbi yardıma ehtiyac duymuşdu.
Uill Smit Kalabasasdakı torpaq sahəsini 2003-cü ildə alıb. Altı yataq otağı və 13 hamam otağı olan əsas evin tikintisi 2010-cu ildə başa çatıb. Sonralar aktyor və həyat yoldaşı Cada Pinkett-Smit daşınmaz əmlakı 42 milyon dollara satışa çıxarsalar da, sonda onu saxlamaq qərarına gəliblər.


İlham Əliyev Livan prezidentini təbrik etdi
Zaxarova: BMT-də islahatlar təşkilatın bütün sahələrini əhatə etməlidir
Azərbaycanda beşinci sinif şagirdi vəfat etdi
Gürcüstanda surroqat analıq qadağan edilir
Payızda immuniteti zəiflədən amillər – Özünüzü necə qorumalısınız?
Avtobus və taksi qiymətləri yenidən artacaq? - Rekord göstərici
Prezident İtaliya Nazirlər Şurası sədrinin müavinini qəbul etdi
Məşhur aktyor milyarder oldu
Ada Süleymanın həyatını itirdiyi qəzanın fotosu
Dağıstanda azərbaycanlı faciəvi şəkildə öldü - Foto
Paşinyan və Tramp TRIPP layihəsinə start veriblər
Heç bir nəticəsi olmayacaq! Zəngəzur, ardınca Göyçə… – Sabiq nazirdən ŞOK
Erməni əsirliyindən qaçan qazi vəfat etdi
Oğurladığı "Red Bull"ları üçqat ucuzuna satmışdı - 23 sutkalıq həbs edildi
Tramp Paşinyanı Ağ Evə dəvət etdi