Dünyaca məşhur reper Türkiyə konsertində etirazlarla qarşılandı
Dünyaca məşhur repçi Travis Scott türkiyədə qalmaqallı konsertə imza atıb.
azxeber.com xarici mətbuata istinadən xəbər verir ki, konsert tənqid hədəfinə çevrilib.
Bilet qiymətlərinin 50 min TL-yə qədər yüksəldiyi konsertdə sənətçi səhnəyə bir saat gec çıxıb və cəmi 20 dəqiqə səhnədə qalıb.
Yüksək məbləğ ödəyən tamaşaçıların bir çoxu gözləntilərinin doğrulmadığını bildirib.
Konsert boyu üzünü aksesuarla örtərək səhnəyə çıxan repçiyə, gecənin sonunda bəzi tamaşaçıların narazılıqlarını fit və etiraz səsləri ilə ifadə etdiyi, sənətçinin isə bu reaksiyalar fonunda ərazini tərk etdiyi bildirilir.
Qeyd edək ki, Travis Scottın Türkiyədəki ilk konserti hələ tədbir keçirilməzdən əvvəl bilet qiymətləri ilə gündəmə gəlmişdi. Bəzi kateqoriyalar üzrə biletlərin qiyməti 50 min TL-yə qədər yüksəlmiş, qara bazarda isə bu rəqəmlərin daha da artdığı iddia olunmuşdu. Məhdud sayda iştirakçı ilə təşkil edilən tədbir Türkiyənin ən bahalı konsertlərindən biri kimi qiymətləndirilirdi.
Aysel
Kurslar.az kurslar [newsid: 0-123300]

İlham Əliyev Qətər Əmiri ilə görüşüb - FOTOLAR
Bakının əsas prospekti buna görə iflic oldu
Paşinyan Azərbaycandan bu ərazini istədi – Əvəzində təklif edir ki…
Paşinyan anklavlarla bağlı yeni təklif verdi - Detallar
Tanınmış reperi həbsxanada döydülər
Pakistan AQEM-in VII Zirvə Görüşünün uğurla keçirilməsi münasibətilə Azərbaycanı təbrik edib
"Yelo Bank" 2026-cı ilin 3-cü rübünü artımla başa vurdu
Konfrans Liqası: I turun oyunlarına start verilir
Bakı–Şamaxı yolunda avtomobil aşıb, yaralananlar var
Bakıda 20 yaşlı oğlanı bıçaqladılar
ABŞ-la münasibətlərin düzəlməsi üçün 10 il vaxt lazımdır
Zelenski Brüsselə getdi - Onlarla görüşəcək
Nazirlər Kabineti 'Azərişıq' və 'Azərenerji' ilə bağlı qaydada dəyişiklik edib
Teleqramda bu da mümkün olacaq
Buxarada Azərbaycan–Özbəkistan dostluq konserti təşkil olunub