Dünyada İlk : İnsan 1-ci tip şəkərli diabetdən sağaldı
Çinli tədqiqatçılar dünyada ilk dəfə 25 yaşlı bir xəstəni kök hüceyrə nəqli ilə müalicə edərək 1-ci tip diabetin müalicəsində mühüm addım atıblar.
KONKRET.az lent.az-a istinadən bildirir ki, bu innovativ yanaşma nəticəsində qızın mədəaltı vəzi üç aydan az müddətdə insulin istehsal etmək qabiliyyətini bərpa edə bilib.
Bu nəticəyə nail olmaq üçün alimlər xəstənin mədəaltı vəzi hüceyrələrini kök hüceyrəyə çevirərək yenidən proqramlaşdırıblar. Bu kök hüceyrələrdən bədəndə insulin istehsalına cavabdeh olan yeni Lanqerhans adacıqları yaradılıb. Məlumata görə, bu adacıkların təxminən 1,5 milyonu xəstənin qarın əzələlərinə vurulub.
Bu kəşf 1-ci tip diabetin bərpa oluna biləcəyinə ümid verir. Transplantasiyadan sonra qız bir ildir ki, insulin inyeksiyasına ehtiyac duymadan yaşayır, bu da onun həyat keyfiyyətini xeyli yaxşılaşdırıb. O, indi əvvəllər ona qadağan olunmuş şirniyyatlardan həzz ala biləcəyini məmnuniyyətlə qeyd edir.
Tədqiqatçılar noyabr ayında əməliyyatdan bir il sonra olacaq digər iki tədqiqat iştirakçısını izləməyə davam edirlər. Tədqiqatçılar ümid edirlər ki, onların nəticələri eyni dərəcədə uğurlu olacaq və diabetdən əziyyət çəkən bir çox insanın həyatını dəyişdirə bilər. Bu nailiyyət kök hüceyrə tədqiqatının əhəmiyyətini vurğulayır və xroniki xəstəliklərin müalicəsində yeni üfüqlər açır.

"Sabah" - "Barselona" matçına 74 ölkədən bilet alınıb - FOTO
FİFA prezidentinə namizəd onlardır
Eyni kənddə bir ayda ikinci hadisə: Yeniyetmə oğlan 15 yaşlı qızı qaçırdı
FİFA prezidentliyi uğrunda 3 namizəd
Azərbaycanlı holdinq direktoru Türkiyədə tutuldu
Qaxda maşın aşdı - 4 yeniyetmə yaralandı
Əməkdar müəllim vəfat etdi
Tanınmış həkim həbs olundu
Azərbaycanla Vyetnam arasında yeni dövr başlayır – MÜHÜM AÇIQLAMA
Azərbaycan XİN Tbilisidə baş verən partlayışla bağlı başsağlığı verdi
Binəqədidə ağır qəza: İki avtomobil toqquşdu
Ən çox qazanan türkiyəli futbolçular açıqlandı - Siyahı
61 yaşlı aktyorun 40 yaşlı həmkarı ilə çəkildiyi serial bu tarixdə başlayır
Ronaldo 986-cı qolunu vurdu, penalti qaçırdı, komandası məğlub oldu
Tramp-Putin-Szinpin görüşü - Bəyannamənin tam mətni