Dünyanın ən bahalı futbol brendi məlum oldu
"Mançester Siti" dünyanın ən bahalı futbol brendi olub.
KONKRET.az xəbər verir ki, bu barədə İngiltərə "Brand Finance"in konsaltinq şirkətinin rəsmi saytında dərc olunmuş dünya futbol brendlərinin reytinqinin siyahısında qeyd edilib.
"Mançester Siti"nin ümumi dəyəri keçən illə müqayisədə 23 milyon dollar artaraq 1,562 milyard dollardır. İngiltərə klubu son 4 ilin ən bahalı futbol brendi olan İspaniya "Real"ını reytinqdə birinci pillədən sıxışdırıb. Madrid klubu indi 255 milyon dollar dəyər itirərək 1,513 milyard dollar dəyərindədir. Ən bahalı brendlər üçlüyünü İspaniyanın "Barselona"sı qapayır – 1,425 milyard dollar.
Dördüncü yerdə İngiltərənin "Mançester Yunayted"i (1,412 milyard dollar), beşinci "Liverpul" (İngiltərə, 1,411 milyard dollar), altıncı "Paris Saint-Germain" (Fransa, 1,174 milyard dollar), yeddinci "Bavariya" (Almaniya, 1,140 milyard dollar), səkkizinci "Arsenal" (İngiltərə, 940 milyon dollar), doqquzuncu "Tottenhem" (İngiltərə, 931 milyon dollar), onuncu "Çelsi" (İngiltərə, 893 milyon dollar) qərarlaşıb.
"Mançester Siti" bu mövsüm İngiltərə Kubokunun və Premyer Liqanın qalibi olub və iyunun 10-da Çempionlar Liqasının finalında "İnter"lə qarşılaşacaq.
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Binəqədidə müşavirə keçirildi - FOTOLAR
Şirkətdə pis xəbərlər niyə rəhbərdən gizlədilir?
Bank Respublika-dan sərfəli nağd kredit imkanı - "Payız fürsəti
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Azərbaycan BMT-də mina təhlükəsi və qanunsuz silah dövriyyəsi məsələsini qaldırıb
BMT-də Azərbaycanın minalarla çirkləndirilmiş əraziləri barədə məlumat verilib
UEFA-dan Fəridə Lütfəliyevaya təyinat
Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb - FOTOLAR
Vaqif Sadıqov etimadnaməsini İsveçrə prezidentinə təqdim edib
Banklarda əmanəti olanların nəzərinə: Hansı banklar bağlanacaq? – "Böhran başlayıb"
Bakıda yaşayış binasında uçqun
Albaniya parlamentində əlbəyaxa dava - Deputatlar bir-birinə hücum etdi
Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
Cavid Ağaməliyev həbs edildi
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi