Dünyanın ən zəngin 10 varisinin adı açıqlanıb

Dünyanın ən zəngin 10 varisinin adı açıqlanıbDünyanın ən zəngin 10 varisinin adı açıqlanıb
66 yaşlı hindistanlı iş adamı Mukeş Ambani "Forbes" jurnalı tərəfindən dünyanın ən zəngin varisi kimi tanınıb. Onun imperiyası neft-kimya, neft-qaz, telekommunikasiya və pərakəndə sənaye sahələrini əhatə edir və sərvəti 116 milyard dollar qiymətləndirilir.
Mukeş və qardaşı Anil 2002-ci ildə ataları Dhirubhay Ambanidən Hindistanın ən böyük sərvətini miras alıblar. Ardınca Anil şirkətlərinin müflis olması səbəbindən dünyanın ən varlı adamları reytinqindən çıxdı.
Siyahıda ikinci yerdə 99,5 milyard dollarlıq kapitalla 70 yaşlı fransız qadın Fransuaza Betankur-Mayers qərarlaşıb. O, "LOreal" səhmlərinin 33%-nə sahibdir.
Cim Uolton dünyanın ən zəngin varislərinin ilk üçlüyünü tamamlayır. 75 yaşlı ABŞ-li "Walmart"da 12% paya sahibdir və ailə bankı "Arvest"ə rəhbərlik edir. Onun sərvəti 78,4 milyard dollar dəyərində qiymətləndirilir. Bundan əlavə, ilk beşliyə Uoltonun qohumları - qardaşı Rob (77,4 milyard dollar) və bacısı Alisa (72,3 milyard dollar) daxildir.
Ən zəngin varislər onluğuna, həmçinin "Thomson Corporation"ın rəhbəri David Tomson (66 milyard dollar), "Koch Industries" səhmlərinin 42%-nin sahibi Culia Kox (64,3 milyard dollar), "Ferrero Group" səhmlərinin 75 faizinin varisi Covanni Ferrero (43,8 milyard dollar) daxildir. "Red Bull"un 49%-nin sahibi Mark Mateşiç (39,6 milyard dollar) və "Mars" şirkətinin varisi Jaklin Mars (38,5 milyard dollar) daxildir.
Mənbə: Gazeta.ru / oxu.az

Maraqlı       Tarix: 16 aprel 2024
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

"İdeal" valideyn olmaq üçün nə etməli? - ARAŞDIRMA

"İdeal" valideyn olmaq üçün nə etməli? - ARAŞDIRMA. "İdeal" valideyn olmaq istəyi emosional tükənməyə və uşağın davranışı üzərində nəzarətin daha da itirilməsinə səbəb olur. Bu barədə "MedicalXpress"

Planetimizdə 22 kalibrli atışa tab gətirə bilən canlı tapıldı - FOTO

Planetimizdə 22 kalibrli atışa tab gətirə bilən canlı tapıldı - FOTO. Tədqiqatçılar qəddar təcrübə aparıblar və dənizin dərinliklərində yaşayan canlılardan birinin yaxın məsafədən 22 kalibrli atış zamanı sağ qala bildiyin

İki sifariş edin, bir çatdırılma haqqı ödəyin!

Wolt-un İkili Sifariş yeniliyini sizə təqdim edirik! Artıq sifariş etmək daha asan və daha sərfəlidir. İkili Sifariş ilə iki fərqli məkandan lazım olan hər şeyi bir saat və ya daha az müddətdə qapınıza çatdırırıq. Axşam yeməy

İllərlə özünü büruzə verməyən təhlükəli xəstəliyin adı AÇIQLANDI

İllərlə özünü büruzə verməyən təhlükəli xəstəliyin adı AÇIQLANDI. Hipertoniya illər boyu aşkar edilmədən ürəyə və böyrəklərə zərər verə bilər. Bu barədə rusiyalı həkim Olqa Malinovskaya məlumat verib. Həkimin sözlərinə görə

Beyninə çip yerləşdirilimiş ilk pasiyentin son vəziyyəti açıqlandı

Beyninə çip yerləşdirilimiş ilk pasiyentin son vəziyyəti açıqlandı. İlon Maskın "Neuralink" proqramı çərçivəsində 2024-cü ilin martında ilk dəfə beyninə çip yerləşdirilmiş xəstənin son vəziyyəti açıqlanıb. Xəst

Son zamanlar uşaqlar arasında geniş yayılan xəstəliklərlə necə mübarizə aparaq? - AÇIQLAMA + FOTO

Son zamanlar uşaqlar arasında geniş yayılan xəstəliklərlə necə mübarizə aparaq? - AÇIQLAMA + FOTO. Son zamanlar bir çox insanlar, xüsusən də uşaqlar arasında göy öskürək yayılıb. İnsanlar bu xəstəlikdən can qurtara bilmədiklərini

Rəssam Cavid Həsənli: "Mənim üzərimdə, sən demə, təcrübə aparırmışlar" - MÜSAHİBƏ + FOTO

Rəssam Cavid Həsənli: "Mənim üzərimdə, sən demə, təcrübə aparırmışlar" - MÜSAHİBƏ + FOTO. "Mən 23 yaşıma qədər evdən çıxmırdım. Ev şəraitinə öyrəşmişdim. Rahatlığımı pozmurdum. Ancaq keçmişdə ilişib qalma

Ən güclü maqnit qasırğasının nə qədər davam edəcəyi açıqlandı

Ən güclü maqnit qasırğasının nə qədər davam edəcəyi açıqlandı. Mayın 10-da başlayan güclü maqnit qasırğasının gözlənilən müddəti ən azı iki gün olacaq. Bu barədə Rusiya Elmlər Akademniyasının Günəş-Yer Fizikası İnstitutunu

May ayının təqvimində yeni əlamətdar gün peyda oldu

May ayının təqvimində yeni əlamətdar gün peyda oldu. BMT Baş Assambleyası 25 may tarixinin Ümumdünya Futbol Günü elan olunması barədə qətnamə qəbul edib. Bu barədə beynəlxalq təşkilatın Mətbuat Xidməti məlumat yayıb. Qey


azerbaycan xeberleri yeni xeberler son xeberler xeber saytlari siyaseti xeberler bugun havanın temperaturu enson xeberler