ECO-nun Xankəndi Zirvəsi: Prezident İlham Əliyev azad olunmuş torpaqları sülh və əməkdaşlıq məkanına çevirir

ECO-nun Xankəndi Zirvəsi: Prezident İlham Əliyev azad olunmuş torpaqları sülh və əməkdaşlıq məkanına çevirirDüz 40 il bundan öncə Türkiyə, İran və Pakistan arasında iqtisadi, texniki və mədəni əməkdaşlığı möhkəmləndirmək məqsədilə yaradılan İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşü iyulun 4-də Xankəndidə keçirildi. Türk və İslam dünyasının Azərbaycanın Zəfər zirvəsinin simvollarından olan, nadir tarixi və mədəni irsi təcəssüm etdirən gözəl qədim Qarabağ torpağında - Xankəndidə toplaşması isə təsadüfi deyildi.
Dövlət başçımızın bəyan etdiyi kimi, Zirvə görüşünün Qarabağda, Xankəndidə təşkil edilməsinin xüsusi mənası var. "Ermənistanın işğalından azad edilmiş torpaqlarımızda artıq bir neçə mühüm beynəlxalq tədbir keçirilmişdir. Şuşada 2023-cü ildə ECO-nun Nazirlər Şurasını, 2024-cü ildə Türk Dövlətləri Təşkilatının ilk qeyri-rəsmi Zirvə görüşünü və bu ilin may ayında Laçında Azərbaycan, Türkiyə və Pakistan rəhbərlərinin üçtərəfli Zirvə görüşünü qeyd etmək istərdim. Bu gün isə ECO-nun Zirvə görüşü Xankəndidə, yeni inşa edilmiş Konqres Mərkəzində keçirilir".
"Konstitusiya və Suverenlik İli"ndə Azərbaycanın türk-islam birliyinin qüdrətini Xankəndidə nümayiş etdirməsi geosiyasi məzmun daşımaqla bərabər, gələcək quruculuq və inkişaf təşəbbüslərinin bu bölgədən çıxacağına həm də bir işarədir.
Bu görüş regional münasibətlərdə bir sıra məsələlərin həlli yollarının müzakirəsi, geniş və çoxşaxəli əməkdaşlığın möhkəmlənməsi və geosiyasi proseslərin fonunda sülh və rifah quruculuğuna dayanıqlı töhfələrin verilməsi baxımından mühüm əhəmiyyət kəsb etmiş oldu.
Azərbaycan Prezidentinin ECO Zirvə görüşündə çıxışı zamanı bəyan etdiyi dəyərli fikirləri ilk növbədə, Qarabağ və Şərqi Zəngəzurun formalaşan yeni reallıqların detallı təqdimatı kimi xarakterizə oluna bilər. Cənab Prezident Ermənistanın Azərbaycan ərazilərinin 20 faizini 30 ilə yaxın işğal altında saxladığı müddətdə həyata keçirdiyi etnik təmizləməyə, bir milyondan artıq soydaşımızın didərgin düşərək yaşadığı acınacaqlı həyata diqqət çəkərək Azərbaycan xalqının heç vaxt işğalla barışmadığını, sülh danışıaqlarına məhəl qoymayan Ermənistanın layiqincə cəzalandırılmasını xatırlatdı.
Bu xatırlatma da təsadüfi səslənmədi. Dövlət başçısı 2020-ci ildə 44 günlük Vətən müharibəsində öz ərazi bütövlüyünü təkbaşına həll edən Azərbaycanın 30 ildə məruz qaldığı erməni vandallığının izlərini yada salmaqla, misli görünməmiş bu vəhşiliyin həm də İslam dəyərlərinə yönəlmiş təhqir kimi qiymətləndirdi. Bu, eyni zamanda, Qarabağdakı 67 məsciddən 65-ni dağıdan, donuz və inək tövləsi kimi istifadə edərək bütün müsəlman aləminin müqəddəs dəyərlərinə qarşı hörmətsizlik və təhqirlə yanaşan Ermənistanın simasını, arxasında dayanan güclərin İslama olan mənfur niyyətlərini də təzahür etdirir. Bu, həm də Ermənistanın vandalizm aktına hələ də laqeyd qalan, bunu görməzlikdən gələn bir sıra dövlətlərə və beynəlxalq təşkilatlara ismarışdır.
Xankəndindən verilən mesajlarda həmçinin, Azərbaycan dövlətinin son beş ildəki iqtisadi qüdrətinə, inanılmaz quruculuq əzmkarlığına da diqqət yönəldildi. Qısa müddətdə "Böyük Qayıdış" Proqramının icrasında misilsiz uğurlara imza atan Azərbaycanını azad edilmiş ərazilərdə 50 mindən çox insanın əbədi səadətini, rifahlı yaşayış qurması həqiqətən də nəhəng fəaliyyətin nəticəsidir.
Prezident İlham Əliyevin tarixi çıxış kimi dəyərləndirilən Xankəndi bəyanatında digər mühüm xatırlatma Ermənistandan deportasiya olunmuş Qərbi azərbaycanlıların hüquqlarının təmin olunması ilə bağlı oldu. Ötən ay İslam Əməkdaşlıq Təşkilatının İstanbulda keçirilən Nazirlər Şurasında Ermənistandan zorla didərgin salınmış azərbaycanlıların qayıdış hüququna dəstək ifadə edən "İstanbul Bəyannaməsi"nin qəbulundan sonra bu mövzuya yenidən qayıdılması da mühüm məsələ idi. Dövlət başçımız bu xəbərdarlıqla İrəvanı Qərbi azərbaycanlıların Ermənistandakı öz dədə-baba torpağına sülh yolu ilə qayıdışının təmin etmək iradəsini əks etdirdi.
Qarabağ ECO dövlətləri üçün də doğma ünvandır, son illərdə siyasi, iqtisadi, sosial-humanitar tədbirlərin bu bölgədə ənənə halını alması, Şuşada ECO-nun Biznes-Forumunun, Ağdamda Gənclər Forumunun, Laçında isə Qadınlar Forumunun təşkili bunu təsdiqləyir.
Eyni zamanda, 2026-cı ilin Şuşa şəhərinin "ECO-nun Turizm paytaxtı" elan edilməsi İslam dünyasının siması sayılan bu şəhərə verilən ali dəyərin nümunəsidir. Eləcə də, ECO koalisiyasında birləşən investorların azad ərazilərdəki iqtisadi proqramlarda fəal rol almaq marağı böyükdür. Təşkilatın nümayəndə heyəti ilə keçirilən görüşlərdə sərmayəçilərə bu bölgənin aqrar və sənaye layihələrində təmsil olunmaq niyyətlərini çatdırıblar. Artıq bir sıra dövlətlər faktiki olaraq bu iqtisadi zəncirə qoşulub, digərlərinin də biznes planlarının gerçəkləşməsi yaxın gələcəkdə gözlənilir.
Geosiyasi baxımdan, ECO platforması Azərbaycan üçün regional həmrəyliyin və strateji tərəfdaşlığın möhkəmləndirilməsi üçün mühüm vasitədir. Azərbaycan ECO ilə iqtisadi sahədə əməkdaşlığı dərinləşdirmək üçün dayanmadan səmərəli layihələrdə iştirak edir, sivilizasiyalararası dialoqa, humanitar əməkdaşlığa, sülh təşəbbüslərinin təşviqinə dərin töhfələr verir.
2024-cü ildə üzv ölkələr arasında qarşılıqlı ticarət dövriyyəsinin həcmi 95 milyard dollar olub. Ancaq tərəflər bunu qənaətbəxş hesab etmir, çünki bu üzv ölkələrin ümumi dövriyyəsinin cəmi 10 faizini təşkil edir. Ona görə də, yeni layihələr, investisiya və logistika bağlantıları ilə iqtisadi axınların gücləndirilməsi hədəflənib. "İqtisadi əməkdaşlığın strateji məqsədləri 2035" adlı konsepsiyası da məhz ticarət, sərmayə, nəqliyyat, enerji, sənaye, kənd təsərrüfatı, ekologiya, turizm və təhsil kimi ənənəvi sahələrlə yanaşı, innovasiya, süni intellekt və rəqəmsal texnologiyalar üzrə əməkdaşlığın gücləndirilməsinə xidmət edir.
Zirvə görüşünə yekun vuran Prezident İlham Əliyevin bəyan etdiyi kimi, Xankəndi Zirvə görüşü dostluğun daha bir bariz nümunəsinə çevrildi. O, səsləndirilən fikir və təkliflərin Katiblik tərəfindən ümumiləşdirilərək ECO-nun gələcək fəaliyyətində, o cümlədən 2026‒2035-ci illər üçün inkişaf sənədinin hazırlanmasında nəzərə alınacağını bildirdi.
Beləliklə, 17-ci Zirvə görüşü Azərbaycanın regional inteqrasiya proseslərində fəal iştirakını daha da gücləndirməklə yanaşı, ölkəmizin beynəlxalq miqyasda diplomatik və iqtisadi mövqeyinin möhkəmlənməsinə də mühüm töhfə vermiş oldu.
Ramid Namazov
Milli Məclisin deputatı / azxeber.com

Siyasi     Baxılıb: 224   Tarix: 06 iyul 2025
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Paşinyan Rusiyaya səfər edəcək

Ermənistan Baş naziri Nikol Paşinyan dekabrın 21–22-də Rusiya Federasiyasında işgüzar səfərdə olacaq. xəbər verir ki, bu barədə Ermənistan Nazirlər Kabineti məlumat yayıb. Səfər çərçivəsində Nikol Paşinyan dekabrın 21-d

Prezident İlham Əliyevin doğum günüdür

Dekabrın 24-ü Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin doğum günüdür. xatırladır ki, dövlət başçısının 64 yaşı tamam olur. İlham Heydər oğlu Əliyev 1961-ci ildə Bakı şəhərində anadan olub

Azərbaycan və Ermənistan səfirləri GÖRÜŞDÜ

Azərbaycan və Ermənistan səfirləri Xəzər İbrahim və Narek Mkrtçyanın iştirak etdiyi "Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu" (TRIPP) təşəbbüsünün müzakirəsi keçirilib. xəbər verir ki, bu barədə ABŞ-Azərbayca

Türkiyə–Ermənistan hava yolunun açılması Zəngəzur dəhlizinə necə təsir göstərəcək? - DETALLAR

"Türk Hava Yollarının İstanbul–İrəvan arasında müntəzəm uçuşlara başlaması ilk növbədə Türkiyə–Ermənistan münasibətlərində normallaşma xəttinin praktik mərhələyə keçdiyini göstərən addımdır. Bu qərar hava nəqliyyat

Tokayev İlham Əliyevi təbrik etdi

Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb. xəbər verir ki, təbrikdə deyilir:. "Hörmətli İlham Heydər oğlu. Doğum gününüz münasibətilə səmimi təbriklərim

Qurbanqulu Berdiməhəmmədov Prezident İlham Əliyevi təbrik edib

Türkmən xalqının Milli Lideri, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib. xəbər verir ki, təbrikdə deyilir:. "Azərbaycan Respublikasını

Ermənistanın qapılarını taybatay açmaq - "Vaşinqton görüşündən sonra Paşinyan nə edəcəyini bilmir"

"Bu, bir növ, ona işarədir ki, Ermənistan vaxtilə bu yolları dağıdıb və indi də blokadada olduğuna dair hay-həşir salır. Azərbaycanın mövqeyi isə ondan ibarətdir ki, ilk növbədə Zəngəzur yolu işlək vəziyyətə gətirilməlidir"

İlham Əliyev: Bu gün Ağdam şəhərinin tarixində çox əlamətdar bir gündür

Bu gün Ağdam şəhərinin tarixində çox əlamətdar bir gündür, tarixi bir gündür. Uzun fasilədən sonra ağdamlılar öz doğma şəhərinə qayıdırlar. Bu sözləri Prezident İlham Əliyev Ağdam şəhərinə köçən sakinlərlə görüşündə deyib

Abbas Əraqçi: ABŞ ədalətli razılaşmaya hazır deyil

ABŞ İranla ədalətli razılaşmaya hazır deyil". "Report"a istinadən xəbər verir ki, İranın xarici işlər naziri Abbas Əraqçi bunu "Russia Today"ə verdiyi müsahibədə bildirib. Bu kontekstdə o, Vaşinqtonu


yeni xeberler azerbaycan xeberleri son xeberler son xeberler bugun son xeberler bugun 2025 azerbaycan novruz bayramı xeberler bugun 2025