Edersona hücum edən şəxs saxlanıldı - "Fənərbaxça" bəyanat yaydı

Edersona hücum edən şəxs saxlanıldı - "Fənərbaxça" klubu şənbə axşamı "Kayserispor"la keçirilən səfər matçında (0:4) baş verən xoşagəlməz hadisə ilə bağlı rəsmi sosial şəbəkə hesablarında məlumat paylaşıb.
KONKRET.az xəbər verir ki, klubun yaydığı bəyanatda qarşılaşma zamanı qapıçı Edersona kənar maddə atan şəxsin kimliyinin müəyyən edildiyi bildirilir.
Aparılan araşdırmalar nəticəsində həmin şəxs saxlanılaraq ifadəsi alınıb, barəsində idman yarışlarını izləməyə qadağa qoyulub və işi prokurorluğa göndərilib.
Məlumata görə, sözügedən hadisə ilə bağlı ümumilikdə 10 nəfər barəsində hüquqi tədbirlər görülüb. İstintaqın gedişatından asılı olaraq bu sayın artacağı istisna edilmir.
"Fənərbaxça" klubu hadisənin ilk anından etibarən prosesi yaxından izlədiyini və məsuliyyət daşıyanların qısa müddətdə müəyyənləşdirilməsi üçün lazımi addımlar atıldığını qeyd edib.
Xatırladaq ki, Türkiyə Super Liqasının 29-cu həftəsində keçirilən görüşün 45+1-ci dəqiqəsində Nqolo Kantenin qolu ilə "sarı-lacivərdlilər" hesabı açmasından sonra "Kayserispor" tribunalarından meydana yad əşyalar atılıb. Atılan cisimlərdən biri qapıçı Edersona dəyib və braziliyalı qolkiper fiziki xəsarət alıb. Belə ki, zərbə nəticəsində qaşı yarılan Ederson, eyni zamanda həmin an onu yaxın planla çəkən kameraya əsəblə zərbə endirib. Braziliyalı oyunçunun sözügedən reaksiyası sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

İdman       Tarix: 14 aprel 2026
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Messi millidə son oyununu keçirdi

Argentina millisinin əfsanəsi Lionel Messi yığmadakı karyerasını başa vurub. apa-ya istinadən xəbər verir ki, 39 yaşlı futbolçu milli komandada son matçını Beninə qarşı keçirib. Matç Argentinanın 3:0 hesablı qələbəsiylə baş

Millimizə məğlubiyyətdən sonra istefaya göndərildi

Litva millisinin baş məşqçisi Edqaras Yankauskas vəzifəsindən ayrılıb. -a istinadla xəbər verir ki, bu barədə Litva Futbol Federasiyası (LFF) məlumat yayıb. Yankauskasın istefaya göndərilməsi haqda qərar onun iştirakı il

Eşitmə məhdudiyyətli idmançımızdan yunan-Roma kubokunda mühüm qələbə

Belarusda eşitmə məhdudiyyətli kişilər arasında yunan-Roma və sərbəst güləş üzrə keçirilən Açıq Kubokda Azərbaycan idmançısı Qəmbər Türbətzadə bürünc medal qazanıb. xəbər verir ki, 72 kq çəki dərəcəsində mübarizə aparan güləşçimi

Türkiyə millisi baş məşqçisi ilə yollarını ayırdı

Türkiyə millisi baş məşqçisi Vinçenso Montella ilə yollarını ayırıb. xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının (TFF) mətbuat xidməti məlumat yayıb. İtaliyalı mütəxəssis TFF-nin İdarə Heyətinin iclasından sonr

Oyun başlayan kimi qol buraxdı: Noyerdən gözlənilməz xəta 

"Bayern Münhen"in təcrübəli qapıçısı Manuel Noyer inanılmaz səhvə imza atıb. xəbər verir ki, almaniyalı qolkiperin xətası nəticəsində Münhen təmsilçisi qarşılaşmanın 8-ci saniyəsində hesabda geri düşüb. Meydan sahiblər

ÇL: "Sabah"ın oyununa hansı kanalda baxaq?

UEFA Çempionlar Liqasının Liqa mərhələlərində bu gün keçiriləcək bəzi oyunlara Azərbaycan və Türkiyə telekanalları vasitəsi ilə canlı yayımla baxmaq mümkün olacaq. xəbər verir ki, qarşılaşmalar aşağıda adları qeyd oluna

Türkiyənin tanınmış hakimi həbs edildi

İstanbul Respublika Baş Prokurorluğu tərəfindən Mərkəzi Hakimlər Komitəsinə qarşı aparılan istintaq çərçivəsində saxlanılan Türkiyə Super Liqasının hakimi Yasin Kol və köməkçi hakim Göktuğ Hazar Erel barəsində məhkəmə qəra

ÇL: "Sabah" - "Slaviya" matçına satılan biletlərin sayı

UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunda keçiriləcək "Sabah" – "Slaviya" (Çexiya) oyununa indiyədək satılmış biletlərin sayı açıqlanıb. xəbər verir ki, bu barədə Report-a Azərbaycan təmsilçisini

Əfsanəvi ispan 40 yaşında futbola qayıtdı

Keçmiş dünya və Avropa çempionu "Şatin" klubu ilə qısamüddətli müqavilə imzalayaraq Honkonqa gedib. İspaniya millisinin keçmiş yarımmüdafiəçisi David Silva peşəkar futbola qayıtmaq və karyerasını davam etdirmə


son xeberler azerbaycan xeberleri yeni xeberler cəbhədən xəbərlər hava haqqinda son xeberler az krimnal bugun