"Əhali narazıdır, məsuliyyətlə yanaşın!" - Deputatdan İRAD

"Mən vaxtilə vəzifəli şəxslərə "nə üçün Bakının kanalizasiya sistemi yenidən qurulmur?" deyəndə cavab verdilər ki, "bilirsiniz nə var, buna milyardlarla pul lazımdır". Başa düşürəm, amma hər bir halda kanalizasiya sistemini, xüsusən, Bakı qəsəbələrində də, mərkəzdə də yenidən qurmağa ehtiyac var axı. Hissə-hissə də olsa, daha aktual olan yerlərdə yeni sistem qurulmalıdır. Sən görürsən ki, yağış yağır və harada gölməçələr əmələ gəldi, hansı küçələr bağlandı… Axı bu görünür. Heç olmasa həmin küçələri birinci növbədə düzəldərək normal hala salmaq lazımdır. Təbii ki, "Azərsu" ASC-nin sabiq sədri Qorxmaz Hüseynovu əvəz edən Köçərli Həsənov buna məsuliyyətlə yanaşmalıdır. Lap spesifik olaraq deyə bilmərəm, amma faktdır ki, əhali narazıdır. Prezidentimiz məsələni sizə həvalə edib, etibar edib. Siz bu işə elə məsuliyyətlə yanaşmalısınız ki, xalq hökumətdən narazı qalmasın. Etmirsiniz axı. Məsuliyyətlə yanaşın!"
KONKRET.az xəbər verir ki, bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Tahir Kərimli deyib.
"Mən buna "bəla" deyərdim. Bəlanın baş verməsində obyektiv və subyektiv səbəblər var. Obyektiv səbəblər budur ki, Bakının kanalizasiya sistemi köhnədir. Olduqca çox binalar tikilib. Onların da kanalizasiya xətti eyni yerə axır. Təbii ki, qar, yağış yağanda kanalizasiyaların gücü çatmır və su kanalizasiya sistemlərindən çölə çıxır. Subyektiv səbəblərə gəlincə, axı uzun müddət keçib. Başa düşürük ki, çətinlikləri var. Hesab edirəm, kanalizasiya məsələsi proqram şəklində yenidən qurulmalıdır. Bildiyimə görə, Bakının yeni işlənmiş Baş Planında bu da nəzərdə tutulur, amma uzaq perspektivdədir. Cari məsələlər sırasında bununla məşğul olmaq lazımdır. Heç olmasa, şəhər təbii hadisələrə müəyyən qədər hazır olsun. Təəssüf ki, Bakı Şəhər İcra Hakimiyyəti rəhbərliyinin də, kanalizasiya sisteminə baxan məsul şəxslərin də dəyişilməsinə baxmayaraq, problemlər yerində sayır. Həll etmək zəruridir…", – o bildirib.

Siyasi       Tarix: 24 iyun 2024
f Paylaş

Oxşar xəbərlər

Makron: Ukraynaya yardım Fransa və bütün Avropanın müdafiəsi deməkdir

Ukraynaya dəstək Fransa və Avropanın təhlükəsizliyi üçün birbaşa əhəmiyyət kəsb edir. KONKRET.azxəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makronun "X" sosial şəbəkəsində ölkə vətəndaşlarına müraciətind

Paşinyan Türkiyədən sonra bu ölkəyə gedir

Ermənistanın Baş naziri Nikol Paşinyan 12-13 noyabr tarixlərində İrlandiya Respublikasında işgüzar səfərdə olacaq. xəbər verir ki, bunu erməni Baş nazirin mətbuat katibi Melaniya Harutyunyan deyib. Paşinyan Dublində 9-c

İlham Əliyev: İqlim dəyişikliyi mövzusunda hər liderin öz ölkəsində məsuliyyət sahibi olmasını tövsiyə edərdim

Türkiyəli jurnalist, bloqer və təhlükəsizlik analitiki Həmid İxtiyar Antalyada keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammiti çərçivəsind

Taliban Rusiyadan elə bir şey xahiş etdi ki…

Taliban Rusiyadan Əfqanistanda neft emalı zavodları tikməyi xahiş edir: əvəzində isə neft emalı ilə məşğul olmağı, yəni idarəçiliyi də ruslara təklif edir. . Əfqanıstan hakimiyyəti Rusiya şirkətlərinə digər faydalı qazınt

Azərbaycan ABŞ ilə aqrar sahədə əməkdaşlığı genişləndirəcək

Azərbaycan və ABŞ kənd təsərrüfatı sahəsində əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə edib. Bu barədə Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir. Bununla bağlı müzakirələr kənd təsərrüfatı naziri Məcnu

İlham Əliyev Mahmud Abbası təbrik etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Fələstin Dövlətinin Prezidenti Mahmud Abbası təbrik məktubu ünvanlayıb. məktubun mətnini təqdim edir:. "Fələstin Dövlətinin milli bayramı münasibətilə Sizə və Sizi

Ağ Evin yanında banket zalı tikilir – Tarixi binanın yanında tikilən obyekt amerikalıların etirazına səbəb oldu

Bu fotonu görəndə, açığı, dəhşətə gəldim. Belə bir tikintiyə necə icazə vermək olar. Mən peşəkar inşaatçıyam, memar deyiləm. Amma bu nəhəng tikilinin Ağ Evi necə kölgədə qoyduğunu görmək üçün memar olmağa ehtiyac yoxdur

Dublindən Bakıya: Azərbaycanın Avropa siyasi məkanında artan rolu və fəal dialoq diplomatiyası

"Avropa Siyasi Birliyi"nin Dublin Sammiti Azərbaycanın Avropa ölkələri ilə siyasi dialoqunun, enerji və nəqliyyat sahələrində tərəfdaşlığının, eləcə də regional sülh təşəbbüslərinin müzakirəsi baxımından mühüm əhəmiyyə

Çin və Mərkəzi Asiya ölkələri aviareyslərin sayını artırır: Yeni marşrutlar açılır

Çin Özbəkistan və Qazaxıstanla həftəlik aviareyslərin sayına qoyulan məhdudiyyətləri artırmağa razılıq verib. Eyni zamanda, Mərkəzi Asiyanın iki qonşu ölkəsi arasında imzalanan ayrıca razılaşma Daşkənd, Almatı və Astana istiqamətlərind


yeni xeberler son xeberler azerbaycan xeberleri xeber son xeber.az xeber.az 2026 axsam az xeberler