Əhmədzadə ilə əməkdaşlıq edən Azərbaycan klubları

Əhmədzadə ilə əməkdaşlıq edən Azərbaycan klublarıAzərbaycanın iqtisadi təhlükəsizliyinə qarşı təxribat törətmək və külli miqdarda mənimsəmə ittihamları ilə həbs edilən Adnan Əhmədzadənin çirkin əməlləri üzə çıxmaqda davam edir. Səbail Rayon Məhkəməsi sentyabrın 20-də onun barəsində 4 aylıq həbs-qətimkan qərarı verib. Bu o deməkdir ki, Əhmədzadə barəsində istintaq araşdırmaları davam edəcək.
KONKRET.az bildirir ki, publika.az sizi Adnan Əhmədzadənin futbol sevgisi fonunda Azərbaycan klublarının maliyyələşdirməsi ilə bağlı məlumatlarla tanış edəcək.
Bəli, dövlətin külli miqdarda vəsaitini oğurlayan bu şəxsin futbola olan marağı və bu sahədəki dostluq münasibətləri hər kəsə məlumdur. O, Lionel Messi, Ronaldinyo kimi əfsanəvi futbolçular, Xuan Laporta kimi tanınmış funksionerlə dostluq münasibətləri qurub. Bütün bunlar onun mənimsədiyi pullar sayəsində reallaşıb. Əhmədzadə onlarla münasibətlərini şəxsi piarında istifadə edib.
Əhmədzadə ilə əməkdaşlıq edən Azərbaycan klublarıSon vaxtlar isə Azərbaycan futboluna maraq göstərməyə başlayıb. Əvvəlcə ASTA (Azerbaijan Sport Talents Academy) futbol akademiyası yaradıb. Bir müddət sonra – bu ilin yanvarında "Mingəçevir" klubunu məhz ASTA şirkəti vasitəsilə maliyyələşdirməyə başlayıb. O, klubu çox yaxın dostu və adamı Rafael Bunyatova tapşırıb. Bu ilin gedişində o, daha bir klubun maliyyələşməsində iştirak edib. "Kəpəz"in sponsorluğunu öz üzərinə götürdüyü ilə bağlı iddialar var. Gəncə təmsilçisinin İdarə Heyətinin sədri Adil Vəliyev məhz Əhmədzadəyə yaxın münasibəti ilə tanınır. Hətta onun "sağ əli" olduğu da iddia edilir.
Əhmədzadə ilə əməkdaşlıq edən Azərbaycan klublarıBundan başqa, Adnan Əhmədzadə "Barselona"nın Azərbaycanda fəaliyyət göstərəcək futbol akademiyası layihəsində də birbaşa iştirak edirdi. Məhz onun səyləri nəticəsində keçmiş "Şəfa" stadionu, indiki ASK Arena məhz bu iş üçün ayrıldı. Hətta orada yenidənqurma işlərinə də başlandı.

Əhmədzadənin Azərbaycan futbolu ilə münasibətləri bununla bitmir. Onun sahibi olduğu "Rahat" supermarketlər şirkəti vasitəsilə iki Premyer Liqa klubu ilə sponsorluq münasibəti də olub. Bunlardan biri "Neftçi", digəri "Zirə"dir. Sözügedən şirkət 2024/2025 mövsümündə hər iki klubun titul sponsoru olub. "Ağ-qaralar"ın formalarının arxa hissəsində, "qartallar"ın isə formalarının sağ qol hissəsində "Rahat"ın reklamı yerləşdirilib. Buna görə hər iki kluba müəyyən məbləğ ödənilib.
Göründüyü kimi, Adnan Əhmədzadə Azərbaycan dövlətindən oğurladığı milyardlarla vəsait nəticəsində şəxsi piarını təşkil edib, özünü sosial layihələrin təşkilatçısı, klubların dostu və uğurlu iş adamı kimi göstərməyə çalışıb.
Əhmədzadə ilə əməkdaşlıq edən Azərbaycan klubları

İdman       Tarix: 25 sentyabr 2025
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Türkiyənin tanınmış hakimi həbs edildi

İstanbul Respublika Baş Prokurorluğu tərəfindən Mərkəzi Hakimlər Komitəsinə qarşı aparılan istintaq çərçivəsində saxlanılan Türkiyə Super Liqasının hakimi Yasin Kol və köməkçi hakim Göktuğ Hazar Erel barəsində məhkəmə qəra

ÇL: "Sabah"ın oyununa hansı kanalda baxaq?

UEFA Çempionlar Liqasının Liqa mərhələlərində bu gün keçiriləcək bəzi oyunlara Azərbaycan və Türkiyə telekanalları vasitəsi ilə canlı yayımla baxmaq mümkün olacaq. xəbər verir ki, qarşılaşmalar aşağıda adları qeyd oluna

Xankəndi Ultramarafonuna yekun vuruldu

II Beynəlxalq Xankəndi Ultramarafonunun dördüncü – son mərhələsi başa çatıb. Report-a istinadla xəbər verir ki, marafonun 4-cü mərhələsi Ağdam şəhərindən bu gün səhər start götürüb, iştirakçılar 29,2 km məsafə qət ediblər

"Real Madrid"in ulduzu bu komandaya gedir

"Real Madrid"in əfsanəvi müdafiəçisi Dani Karvaxal karyerasında gözlənilməz addım ataraq İspaniyanın digər təmsilçisi "Xetafe" ilə müqavilə bağlayacaq. KONKRET.azxəbər verir ki, bu barədə məşhur insayde

"Şamaxı" "Zirə"yə, "Sumqayıt" "Qəbələ"yə qarşı

Misli Premyer Liqasında VII tur bu gün keçiriləcək iki qarşılaşma ilə davam edəcək. xəbər verir ki, ikinci oyun günündə əvvəlcə Zirə İdman Kompleksinin stadionunda saat 17:00-da "Zirə" və "Şamaxı" komandalar

"Sabah"ın baş məşqçisi: "Hər kəs bizdən qələbə gözləyir"

Hər kəs "Sabah" komandasından "Slaviya" ilə qarşılaşmada qələbə gözləyir. KONKRET.azxəbər verir ki, bunu "Sabah"ın baş məşqçisi Valdas Dambrauskas UEFA Çempionlar Liqasının əsas mərhələsind

"Qarabağ" "Sabah"ı təbrik etdi

"Qarabağ" klubu "Sabah"ı UEFA Çempionlar Liqasının Liqa mərhələsində ilk qələbəsini qazanması münasibətilə təbrik edib. xəbər verir ki, Ağdam təmsilçisi bununla bağlı rəsmi sosial şəbəkə hesabında paylaşı

Konfrans Liqası: I turun oyunlarına start verilir

UEFA Konfrans Liqasında Liqa mərhələsinin I turunun oyunlarına bu gün start veriləcək. KONKRET.azxəbər verir ki, Türkiyənin "Trabzonspor" klubu səfərdə "KuPS"la üz-üzə gələcək. UEFA Konfrans Liqası. Liq

Millətlər Liqası: Türkiyə İtaliya, Fransa isə Belçika ilə üz-üzə gələcək

UEFA Millətlər Liqasının qrup mərhələsində IV turun növbəti oyunları bu gün keçiriləcək. xəbər verir ki, A, B və C liqalarında ümumilikdə 8 qarşılaşma baş tutacaq. Turun mərkəzi matçlarında A Liqasının 1-ci qrupunda Frans


son xeberler azerbaycan xeberleri yeni xeberler cəbhədən görüntüleri en son xəbərlər bugün bu gunun xeberleri haqqinda melumat sonxabar az