Əjdər Cəfərov baş katib təyin olundu
Azərbaycan Badminton Federasiyasında (ABF) baş katib vəzifəsinə yeni təyinat olub.
KONRKET.az xəbər verir ki, Federasiyanın mətbuat xidmətindən "Qafqazinfo"ya verilən məlumata görə, bu vəzifə Əjdər Cəfərova həvalə olunub.
Cəfərov Əjdər Xosrov oğlu daha öncə ABF prezidenti Taleh Ziyadovun idman məsələləri üzrə müşaviri vəzifəsini icra edib. O, idman funksioneri kimi zəngin karyeraya malikdir.
Əjdər Cəfərov 2011 – 2016-cı illərdə Azərbaycan Güləş Federasiyasının baş katibi vəzifəsində çalışıb. İdman ustası, əməkdar məşqçi və olimpiya kateqoriyalı beynəlxalq hakimdir.
O, üç Olimpiya Oyunlarında hakimlik edib:
2010 – Sinqapur Yeniyetmələrin Yay Olimpiya Oyunları
2012 – London Yay Olimpiya Oyunları
2014 – Nanjing Yeniyetmələrin Yay Olimpiya Oyunları
Uğurları və təltifləri:
2012-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif olunub.
2012-ci ildə Dünya Güləş Birliyi (UWW) tərəfindən güləş qaydalarının dünyada təbliğinə görə yüksək mükafata layiq görülüb.
2015-ci ildə Azərbaycan Respublikası Prezidentinin Fəxri diplomu ilə təltif edilib.
2015-ci ildə Bakıda keçirilən I Avropa Oyunlarında güləş yarışlarının beynəlxalq koordinatoru vəzifəsini icra edib.
Əjdər Cəfərovun yerli və beynəlxalq idman tədbirlərinin təşkilində böyük təcrübəsi var. / konkret.az
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Rusiyanın NATO-ya qarşı təcavüz SSENARİSİ - Dəhşətli məqamlar
Liderlər Bişkekdə toplanır
İlham Əliyev Şavkat Mirziyoyevə məktub göndərdi
Gəncədə qadın ürək əməliyyatından sonra vəfat etdi
Azərbaycanın yeni milyardlıq planı: 2030-cu il üçün BÖYÜK HƏDƏF
Hörmüz böhranı: Xəzər İran üçün alternativ yol ola bilər - KİV
"Sabah" ÇL-in əsas mərhələsinə düşməklə bu qədər qazandı
AVRO-2026: Azərbaycan Belçika ilə qarşılaşacaq
12 yaşlı oğlan faciəvi şəkildə öldü
Axtarışda olan Azərbaycan vətəndaşı Gürcüstanda saxlanıldı
"Ballıqayadakı insanlıq əleyhinə cinayətlərə hüquqi qiymət verilməlidir"
Gecə 6 saatdan az yatırsınızsa, DİQQƏT: Ürəyiniz üçün ciddi risk var
Su götürmək istəyərkən kanala yıxıldı, boğulub öldü - TƏFƏRRÜAT
Əvvəl "Səfir" idi, indi "Abi