Ekoterrora və sərvətlərimizin istismarına etiraz edən soydaşlarımız Haaqada aksiya və yürüş keçiriblər - FOTO
Post-müharibə dövründə Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində erməni ekoterrorizminə və təbii sərvətlərimizin qeyri-qanuni istismarına etiraz edən soydaşlarımız Haaqada etiraz aksiya və yürüş keçiriblər.
KONKRET.az xəbər verir ki, Niderland-Azərbaycan təşkilatının təşəbbüsünə qoşulan azərbaycanlılar ermənilər tərəfindən ölkəmizin təbii sərvətlərinin qeyri-qanuni istismarının daha da gücləndiyi, həmin ərazidə monitorinq keçirmək cəhdlərimizə imkan verilmədiyi barədə məlumatları Avropa ictimaiyyətinin diqqətinə çatdırıblar.
Ekoloji terrorizmə qarşı şüarlar səsləndirən, çağırışlar edən aksiya iştirakçıları Qarabağa toplaşan azərbaycanlı etirazçıların tələblərinin haqlı olduğunu, onları dəstəklədiklərini bildiriblər.
Soydaşlarımız ermənilərin uzun illərdir həyata keçirdikləri ekoloji terrorizmin bütün regionu təhdid etdiyini vurğulayıb, siyasətçiləri, beynəlxalq təşkilatları məsələyə adekvat reaksiya göstərməyə, bu cür cinayət halları qarşısında susmamağa, daha həssas davranmağa çağırıblar.
Turlar.az [newsid: 0-123300]

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub
"Sabah" doğma meydanda xal itirdi
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Benzin qiyməti kəskin ucuzlaşdı
Bank of Baku ekoloji təşəbbüsləri dəstəkləyir - ağacəkmə aksiyasında iştirak etdi
Boşananda kredit borcu kimə qalır? - ARAŞDIRMA
Azərbaycan və Türkiyə prezidentlərinin görüşü Gürcüstan mediasının diqqət mərkəzindədir
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
Bank əməkdaşı futbol oynayarkən qəfil öldü
İşləmək üçün Rusiyaya gedən Azərbaycan vətəndaşı qəfil vəfat etdi
Azərbaycanda Dövlət Bayrağı Günüdür