Ərdoğandan yeni bəyanat – İlham Əliyevlə görüşün mühüm detalları üzə çıxdı

Ərdoğandan yeni bəyanat – İlham Əliyevlə görüşün mühüm detalları üzə çıxdıTürkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevlə Şuşada keçirdiyi görüşdən və iki ölkə arasındakı münasibətlərdən danışıb.
KONKRET.azxəbər verir ki, Ərdoğanın noyabrın 8-də Azərbaycana səfərindən qayıdarkən təyyarədə jurnalistlərə verdiyi açıqlamalar bu gün, noyabrın 9-da yayılıb.
Türkiyə Prezidenti Azərbaycanla münasibətlərə dair son dövrlərdə səsləndirilən fikirlərə münasibət bildirərək iki qardaş ölkə arasında ayrılıq yaratmaq istəyənlərin cəhdlərinin nəticəsiz qalacağını vurğulayıb.
"İlham Əliyev qardaşımla səmimi şəkildə qucaqlaşdıq, həsrətimizi aradan qaldırdıq. Türkiyə ilə Azərbaycan arasında ayrılıq axtaranlar əbəs yerə çalışırlar. Türkiyə ilə Azərbaycan arasında tam həmrəylik, tale ortaqlığı və qardaşlıq münasibətləri mövcuddur", – deyə Ərdoğan bildirib.
Türkiyə lideri iki ölkənin "Bir millət, iki dövlət" prinsipi əsasında hərəkət etdiyini xatırladıb.
"Bölgəmizdə və dünyada türkün güclü səsini digər qardaşlarımızla birlikdə ucaldacaq və firavan gələcəyi birlikdə quracağıq. Aramıza məsafə qoymağa çalışanlar xalqlarımızın bir-birinə məhəbbətini, tarixi bağlarını və sarsılmaz iradəsini nəzərə almırlar", – deyə o vurğulayıb.
Ərdoğan Türkiyə ilə Azərbaycanın bundan sonra da regionda sülh, sabitlik və rifah naminə çiyin-çiyinə irəliləyəcəyini bildirib.
O, iki ölkə arasında əməkdaşlığın enerji, nəqliyyat və infrastruktur sahələrində böyük layihələrlə daha da möhkəmləndirildiyini qeyd edib.
Türkiyə Prezidenti Şuşa səfəri zamanı Qarabağda aparılan quruculuq işləri ilə yaxından tanış olduğunu və Azərbaycanın inkişafına dəstəyin davam edəcəyini də açıqlayıb.

Siyasi       Tarix: 10 noyabr 2026
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Ərdoğandan yeni bəyanat – İlham Əliyevlə görüşün mühüm detalları üzə çıxdı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevlə Şuşada keçirdiyi görüşdən və iki ölkə arasındakı münasibətlərdən danışıb. KONKRET.azxəbər verir ki, Ərdoğanın noyabrın 8-də Azərbaycana səfərində

Özgür Özəl İlham Əliyevi təbrik edib

Yeni Partiyanın sədri Özgür Özəl Prezident İlham Əliyevə zəng edib. xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin "X" hesabında məlumat paylaşılıb. Məlumatda bildirilib ki, Özgür Özəl Zəfər Günü münasibətil

Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumunun iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb

Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının (QHT) Əməkdaşlıq Forumunun iştirakçıları Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə müraciət ünvanlayıb. xəbər verir ki, mətndə deyilir:. "Möhtərəm cənab Prezident, Müzəffə

Ərdoğan: Birdir bizim hər halımız; sevincimiz, kədərimiz; bayraqlarda hilalımız

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "X"dəki hesabında Azərbaycana səfəri, Prezident İlham Əliyevlə görüşü barədə videoçarx paylaşıb. xəbər verir ki, Ərdoğan paylaşımına "Birdir bizim hər halımız; sevincimiz

Səfir: Qazaxıstan və Azərbaycan transxəzər infrastrukturunun inkişafını davam etdirəcək

Azərbaycan və Qazaxıstan arasında əməkdaşlığın inkişafı məsələləri Qazaxıstanın Bakıdakı səfirliyində keçirilən dəyirmi masada müzakirə edilib. səfirliyin məlumatına istinadən xəbər verir ki, tədbirdə diplomatlar, Azərbayca

Şimali Kipr Türk Respublikasından Azərbaycana təbrik

Şimali Kipr Türk Respublikası (ŞKTR) Azərbaycanı Dövlət Bayrağı Günü münasibətilə təbrik edib. xəbər verir ki, bu barədə Şimali Kipr Türk Respublikasının Xarici İşlər Nazirliyi öz "X" hesabındakı paylaşımda bildirib

XİN: 8 Noyabr xalqın milli birliyinin, sarsılmaz iradəsinin, əzminin və Vətənə bağlılığının rəmzidir

8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixinin ən şanlı səhifələrindən birini təşkil edir. Bu əlamətdar gün 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbənin, xalqımızın mill

Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır

ABŞ Prezidenti Donald Tramp administrasiyası Ukrayna və Yaxın Şərqdəki münaqişələrin həlli üçün diplomatik səyləri intensivləşdirib. xəbər verir ki, bu barədə "The Washington Post" qəzetinin köşə yazarı Devid İqnatiu

Rusiya bu ölkəyə qarşı da hərəkətə keçir - NATO müharibəyə qoşulur?

Finlyandiya Quru Qoşunlarının komandanı general-leytenant Passi Vəliməki "Bloomberg" agentliyinə açıqlamasında ölkəsinin Rusiya ilə sərhəddə tank əleyhinə xəndəklər və maneələrdən ibarət müdafiə xətti inşa etməy


son xeberler yeni xeberler azerbaycan xeberleri son xeberler bugun 2026 canli bu gunun xeberleri haqqinda melumat sonxeber gunun xeberleri