Elariz Məmmədoğlu: "Toylara bas gitara aparanda mənə irad tuturdular" - MÜSAHİBƏ

Elariz Məmmədoğlu: Elariz Məmmədoğlu: "Toylara bas gitara aparanda mənə irad tuturdular" - MÜSAHİBƏ
"Burada müxtəlif ölkələrdən toylara dəvət alıram".
Bunu Kult.az-a müsahibəsində müğənni Elariz Məmmədoğlu deyib. Müsahibəni təqdim edirik:
- Elariz bəy, necəsiniz? Artıq neçə ildir ki, Amerikadasınız. Yəqin, darıxırsınız...
- Allaha şükür olsun ki, yaxşıyam. Bir balaca səhhətimdə narahatlıq var idi, onu da buradakı həkimlər yoluna qoydular. Düz beş il üç aydır ki, Amerikadayam. Əlbəttə ki, darıxıram. Dünyanın harasında yaşasam da, Azərbaycan mənim vətənimdir. Azərbaycanla bağlı yaxşı nə eşidirəmsə, çox sevinirəm.
- Çətin olmadımı? Azərbaycanda sevilirdiniz, toylara gedirdiniz, birdən-birə də hər şeyi qoyub getdiniz.
- Azərbaycanda hər şey qaydasında idi. Sadəcə, mən "yaşıl kart" (green card) qazandım və bir il doqquz ay düşündüm, gedim, ya getməyim? Belə qərara gəldim ki, ABŞ-yə "yaşıl kart" qazanmaq şansı həyatda bir dəfə olur. Yalnız vətən üçün darıxmaq məni incidir. Mən rus dilini bildiyim üçün burada çalışmaq bir o qədər də çətin olmadı. Bruklin şəhərinin 90%-i rusdillidir. Burada biz, demək olar ki, gün ərzində ingilis dilini eşitmirik. Tanınmış adam olduğuma görə də bəzi işlərim rahat getdi. Məsələn, biləndə ki gəlmişəm, özləri məni işə dəvət etdilər. Eyni zamanda, konsertlərimi təşkil etdilər, toylara dəvət etdilər.
- Adətən, insan öz vətənindən kənarda uzun müddət əziyyət çəkir. Yeni dostlar tapmaq, iş qurmaq - bunlar sizin üçün rahat oldumu?
- Dost tapmaq mənim üçün heç zaman çətin olmayıb. Burada yeni dostlar, yeni çevrəm var. İş qurmaq, əslində, çətin deyildi, amma koronavirus olmasaydı.
- Maraqlıdır, orada nə işlə məşğul olursunuz? Media restoran biznesi ilə məşğul olduğunuzu yazır. Doğrudurmu?
- Mənim xoşbəxtliyim ondadır ki, Bakıda məşğul olduğum işlə elə ABŞ-də də məşğulam: axşamlar ya toy, ya banket, arabir də konsertlər, səsyazma studiyası… Restoranda isə oxuyuram. Vaxtım yalnız öz sevimli işimə gedir.
Mən yeni gələndə ABŞ-də yaşayan azərbaycanlılar mediadan mənim burada olduğumu bildilər, xeyirli işlərə dəvət etdilər. Nyu-York, Nyu-Cersi, Texas, Minnesota, Şimali Karolina, İndiana, Kolorado ştatlarında, Boston şəhərində, eyni zamanda, Kanadanın Toronto şəhərində toylara dəfələrlə dəvət almışam. Unutduğum şəhərlərdə yaşayanlar lütfən məndən inciməsinlər.
- İxtisasınız rejissorluqdur. Nə əcəb, bu sahə üzrə çalışmadınız?
- İncəsənət aləmində mənim üç əsas ixtisasım var. Musiqi təhsilim - vokal, rejissorluq və aktyorluq. Bunlar mənim professional səviyyədə ixtisaslarımdır. Digər istedadlarımı həvəskar səviyyə sayıram, məsələn, şeir yazmaq, musiqi bəstələmək, mahnı mətni yazmaq, ssenari yazmaq, rəqs etmək. Universitet illərində düşünürdüm, hansı işlə məşğul olum? Təhsilim mənə aktyor, rejissor və müğənni olmaq imkanı verirdi. Mən müğənniliyi seçdim və şükür Allaha ki, uğurlarım oldu. Amma bir neçə klipimdə aktyor kimi, bəzilərində də rejissor olmuşam. Bir neçə serialda, filmdə aktyor kimi də çalışmışam. "Kişiləri qoruyun" filmində iki obrazda çəkilmişəm.
- ABŞ-də film çəkmək istəyərsinizmi?
- Mənim rejissorluq istəyim böyükdür. Azərbaycanın xeyrinə ABŞ-də bədii film çəkə bilərəm, sadəcə, çəkiliş üçün böyük vəsait lazımdır. Olsa, çox maraqlı ola bilərdi.
- 2000-ci ildə daha çox "Devuşka v pesoçnom sarafane" hitiylə məşhurlaşdınız, sonra da tvist üslubunda "Tup-tup" mahnısına klip çəkildi, 2001-ci ildə də rok-n-roll üslubunda "Dans-dans" mahnısı və klipiniz məşhurlaşıb. Bəs siz özünüz hansını ən yaxşı mahnınız hesab edirsiniz?
- Mənim repertuarımda sevdiyim mahnı var, əfsuslar olsun ki, Azərbaycan radioları onu kifayət qədər səsləndirmədilər. Yəqin, mən Amerikaya gəldim, ona görə də mahnı unuduldu. Sözügedən mahnı "Hədiyyə" adlanır. Mahnının musiqisini Parisdə yazmışam, sözlərini isə Bakıda.
- ABŞ-dən baxanda Azərbaycan musiqisi sizin üçün necə görünür?
- Azərbaycan musiqi mədəniyyəti hər vaxt yüksəkdə olub. Düşmənlərimiz bizim mahnıları və rəqsləri öz adlarına çıxaranda mənə pis təsir edir. Bizim musiqiçilərimiz çox inkişaf ediblər. Xüsusən, fortepiano, qarmon və nağara sənəti inkişafdadır. Fortepianoda Emil Əfrasiyab, Şahin Növrəsli, Nizami Əliyev, qarmonda Ənvər Sadıxov, Orxan Mirnatiqoğlu, nağarada Natiq Şirinov daim inkişafdadırlar. Təəssüf ki, Azərbaycan musiqisində bas gitaraçılar azdır. Bu hissə zəif görünür. Mən Azərbaycanda toylara gedəndə hər vaxt özümlə zərb və bas gitara aparmışam. Zərbi Azərbaycan toylarında dəbə sala bildim, amma bas gitaranı bacarmadım. Həmişə mənə irad tutub deyirdilər, sən niyə toylara bas gitara aparıb əlavə pul verirsən? Mən isə belə adamlara ürəyimdə gülüb düşünürdüm ki, bu adam nə bilir, bas gitara musiqinin bünövrələrindən biridir? Bu barədə Azərbaycan Xalq artisti, gözəl sənətkar Yalçın Rzazadə ilə maraqlı söhbətimiz olub. Uzun sözün qısası, bu gün musiqimizdə bas gitaraya böyük ehtiyac var.
- Hazırda yeni albomunuz varmı?
- Mən hər vaxt yeni albom, yeni mahnılar üzərində çalışıram. Sosial şəbəkədə izləsəniz, yeni işlərimi də görə bilərsiniz.
- Birdəfəlik qayıtmağı düşünürsünüz?
- Əslində, mən vətənim Azərbaycandan getməmişəm, ABŞ-yə müvəqqəti gəldim. Həmvətənlərimiz Rusiyaya gedir, orada beş-altı il çalışır və sonra qayıdırlar Azərbaycana. Hər kəs bilir ki, vətənimiz Azərbaycandır. Mən Rusiyaya deyil, ABŞ-yə getmişəm. Azərbaycan canımız, Bakı ürəyimizdir! / oxu.az

Şou Biznes       Tarix: 15 aprel 2024
f Paylaş

Oxşar xəbərlər

İlyas Yalçıntaş sərbəst buraxıldı

Türkiyədə məşhurlara qarşı aparılan narkotik istintaqı çərçivəsində iyul ayında həbs edilən müğənni İlyas Yalçıntaş ilk məhkəmə iclasında azadlığa buraxılıb. -a istinadən xəbər verir ki, Ağır Cinayətlər Məhkəməsində keçirilə

Nuranla Nigar Camal duet oxuyacaq - Bəstəkarı özüdür

Müğənni Nuranla Avroviziya qalibimiz Nigar Camal duet oxuyacaq. Bu barədə Nuran özü məlumat verib. O, "TMB 100.5 FM"də  Lamiyə Ələkbərovanın "Ulduzla danış" rubrikasında danışıb. "Biz görüşəndə bir-birimiz

Azərbaycan məşhur yapon serialında - Foto

Yaponiyanın məşhur "Vivant" serialının ikinci mövsümündə Azərbaycanın təbiəti, mədəni irsi və müxtəlif regionları təqdim olunacaq. Serialın Azərbaycanda çəkilişləri başa çatıb. Azərbaycan Turizm Bürosu (ATB) "Toky

Anasının dəfninə getməyib "TikTok"da sərvət qazanmışdı - Səbəbini açıqladı

Türkiyəli məşhur şoumen Mehmet Ali Erbil aylar sonra anası Yurdagül Ekenin dəfn mərasimində iştirak etməməsinin səbəblərindən danışıb. O, uşaqlıq illərindən qalan incikliklərə toxunaraq anasını bağışladığını, lakin dəfn mərasimin

Özündən 24 yaş kiçik həyat yoldaşından boşandı

Müğənni Berdan Mardini ötən ilin aprelində evləndiyi həyat yoldaşı Dilara Talaydan boşanıb. Cütlük bu gün qatıldığı məhkəmə prosesində səssiz-sədasız həyat yollarını ayırıb. Qeyd edək ki, Berdan Mardini ilə həyat yoldaş

Rafet El Romanın azərbaycanlı nişanlısı - Foto

Türkiyəli müğənni Rafet El Romanın evlənməyə hazırlaşdığı azərbaycanlı xanımın kimliyi bəlli olub. İfaçı Rəhimə Hacıyeva adlı xanımla nişanlıdır. Sosial şəbəkələrdə cütlüyün birgə çəkilmiş fotosu da yayılıb. Məlumata görə

Okan Buruk haqqında sürpriz sevgi İDDİASI: Onları görün kim tanış edib

"Qalatasaray"ın baş məşqçisi Okan Burukun türk əsilli rus qadını Ayris Kurteşlə yeni münasibətə başladığı iddia edilib. Şayiələrə görə, onların görüşünü və sonrakı yaxınlığını İrfan Sarıoğlu təşkil edib. . -a istinadə

Xəstələrə iynə vuraraq yatırdıb, ölüm saatlarını dəyişdirib - "Güllü"nün qızı ilə bağlı şok iddialar

Türkiyəli mərhum müğənni "Güllü"nün (Gül Tut) qızı Tuğyan Ülkəm Gülterin tibb bacısı işlədiyi dövrdə xəstələrə qarşı davranışı ilə bağlı ciddi iddialar irəli sürülüb. Yalovada baş verən hadisələrlə əlaqədar məhkəm

Türkiyəli məşhur aktyor 90 yaşında vəfat etdi

Türkiyənin tanınmış aktyoru, şair və yazıçı Nihat Ziyalan 90 yaşında vəfat edib. xarici mətbuata istinadən xəbər verir ki, uzun illərdir Avstraliyanın Sidney şəhərində yaşayan sənətçinin vəfatını "Kaktüs" dərgis


son xeberler azerbaycan xeberleri yeni xeberler ən son xəbərlər bugün iqtisadiyyat xeberleri bugun ən son xəbər son xeber