Elçin Mirzəbəyli: "Paşinyan üçün daxili ictimai rəy daha önəmlidir"

Elçin Mirzəbəyli: Cənubi Qafqazdakı gerçəkliklər regionda geosiyasi vəziyyəti kökündən dəyişib. Dünya güclərinin bölgəyə marağını nəzərə alsaq deməli, regionda siyasi vəziyyət stabil deyil. Belə həsas dönəmdə təxribatların törədilməsi ümumi vəziyyəti bir qədər də gərginləşdirir.
Danışıqlar prosesinin hələlik fayda verməməsi, delimitasiya və demarkasiya proseslərinin ləngidilməsi Ermənistanın maraqlarıyla üst-üstə düşür.
Siyasi ekspert Elçin MirzəbəyliKONKRET.az-a bölgədəki vəziyyəti şərh edərkən hazırkı durumun kifayət qədər həssas olduğunu bildirdi:
Elçin Mirzəbəyli: "Müəyyən bir durğunluq nəzərə çarpır. Daha çox əsəb müharibəsini xatırladan prosesin şahidi oluruq. Bu proses hansı həddə qədər davam edəcək indidən söyləmək çox çətindir. Bölgə kifayət qədər geniş coğrafi ərazini əhatə edir. Bölgə deyəndə digər oyunçular -İran, Rusiya, Türkiyə və Xəzər ətrafı digər dövlətlər də nəzərə alınmalıdır. Hal-hazırda Cənubi Qafqaz və Mərkəzi Asiya regionunda yeni proseslər inkişaf etməkdədir. Bu proseslərin inkişaf perspektivlərinə isə daha çox Ukrayna müharibəsinin böyük təsiri var.
İndiki şəraitdə aparılan müzakirələr və onların predmeti nəticə etibarı ilə sülh müqaviləsinin yaxın zaman kəsiyində imzalanacağını söyləməyə əsas vermir. Hansısa razılaşmalar ola bilər. Hal-hazırda bir neçə ayrı-ayrı müstəvidə proseslərin irəliyə doğru aparılma cəhdlərini müşahidə edirik. Bunlardan biri kommunikasiyaların açılması ilə bağlıdır. Digər aspekt delimitasiya prosesinin başlanma ehtimalıdır. Amma kommunikasiyaların açılmasından fərqli olaraq delimitasiya prosesi bir az mürəkkəb prosesdir və kifayət qədər zaman aparacağını düşünürəm. Söhbət Zəngəzur dəhlizinin açılmasından gedirsə, burada təhlükəsizliyin kimə aid olduğu məsələsi gündəmə gəlir.
10 noyabr bəyənatının prinsipinə uyğun olaraq bu ərazidə təhlükəsizliyə, maneəsiz hərəkətə Rusiya sərhəd xidməti məsuliyyət daşıyır. Konkret olara həmin bəyənatda bu məsələ öz əksini tapıb. Əgər əraziyə nəzarəti Ermənistan həyata keçirmək istəyəcəksə, bu artıq Rusiya ilə Ermənistan arasında müzakirə olunacaq məsələdir. Qənaətimə görə, Ermənistanın mövcud imkanları Zəngəzur dəhlizində təhlükəsizliyə təminata zəmanət vermir. Faktiki olaraq Ermənistanın İran və Türkiyə ilə sərhədlərinə Rusiya sərhədçiləri nəzarət edir. Baxmayaraq ki, Gürcüstanla bağlı Rusiya Ermənistan müqaviləsində belə bir məqam nəzərdə tutulmayıb, Gürcüstanla sərhəddin bir hissəsi də Rusiya sərhədçilərinin nəzarəti altındadır. Deməli Ermənistan mövcud potensialla öz sərhədlərinin mühafizə etmək gücündə deyil. Bütün hallarda bu məsələdə Ermənistan öz öhdəliyindən yayınır".
Bu gün Nikol Paşinyan 44 günlük müharibənin istintaq komissiyasına çağırılıb və ifadə verib. Baş nazirin istintaqa söylədikləri geniş əks-səda doğurub. Bir-birinə zidd fikirlər səsləndirən Paşinyanın açıqlamaları daxili ictimai rəyə hesablanıb:
"Paşinyanın müharibənin yekunları ilə bağlı istintaqa verdiyi ifadəyə nəzər salsaq onun hazırkı şəraitdə sərgilədiyi mövqe ilə tamam ziddiyət təşkil etdiyini görərik. Sadəcə özünə haqq qazandırmağa çalışır. Paşinyan Şuşanın azad edilməsi ifadəsini işlətmir. O, Şuşanın işğal olunduğunu deyir. Bu da Paşinyanın son bəyənatlarıyla ziddiyət təşkil edir. Ermənistan baş naziri bir tərəfdən Qarabağın Azərbaycan ərazisi olduğunu etiraf edir, digər tərəfdən isə Şuşanın Azərbaycanın işğal etdiyini deyir. İndiki şəraitdə Paşinyanın açıqlamaları siyasi cəhətdən erməni cəmiyyətində ictimai rəyə hesablanan açıqlamalara bənzəyir. Bu gün Paşinyan üçün daxili ictimai rəy faktoru proseslərdən daha önəmlidir".
Vəli Həsənov,
KONKRET.az

Siyasi       Tarix: 20 iyun 2023
f Paylaş

Oxşar xəbərlər

Şuşada TDT ölkələri dövlət dini qurumları rəhbərlərinin Birinci görüşü başlayıb

Şuşa şəhərində Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin dini məsələlər üzrə dövlət qurumları rəhbərlərinin Birinci görüşü keçirilir. "Report"a istinadən xəbər verir ki, tədbirdə TDT-nin baş katibi, eləc

Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək

İyulun 3-də Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 14 vaqon buğda göndəriləcək. xəbər verir ki, yük Biləcəri stansiyasından yola salınacaq

Azərbaycanda Milli Məlumat Hövzəsi yaradılıb

Azərbaycanda Milli Məlumat Hövzəsi yaradılıb. xəbər verir ki, bu barədə Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Birinci vitse-prezidenti Mehriban Əliyevanın sədrliyi ilə keçirilən Rəqəmsal İnkişaf Şurasının il

"Üfüqdən o yana baxış..." - FOTO

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Prezident İlham Əliyev və Avropa Komissiyasının Prezidenti Ursula von der Lyayenin fotosunu paylaşıb

Ərdoğandan İsrailə: "Qəzza qatillərinin iftirasına yer yoxdur!"

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsrail hökumətinin qondarma "erməni soyqırımı"nı tanıması barədə qərarına sərt reaksiya verib. KONKRET.azxəbər verir ki, Ərdoğan bu addımı Türkiyəyə qarşı atılmış iftira adlandırıb

Xamenei atasının dəfnində iştirak edəcək?

Müctəba Xameneinin keçmiş rəhbər və atası Əli Xameneinin dəfn mərasimində iştirak edib-etməyəcəyi barədə qərar bizim səlahiyyətimizə aid deyil. xəbər verir ki, bunu Əli Xameneinin dəfn mərasimi üzrə qərargahın katibi Əl

Qoşunlar üz-üzə: vəziyyət gərginləşir – Fəlakət ssenarisi təkrarlana bilər

ABŞ və İran arasında davam edən gərginlik son hadisələr fonunda yeni mərhələyə qədəm qoyub. Tərəflər arasında açıq müharibə olmasa da, tam sülhdən də danışmaq mümkün deyil. Diplomatik bəyanatlar, qarşılıqlı təhdidlər və regiond

Paşinyandan İsrailin "erməni soyqırımı"nı tanımasına CAVAB

Ermənistan İsrailin qondarma "erməni soyqırımı"nı tanımasına cavab verməyəcək. KONKRET.azxəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib. "Biz cavab verməyə ehtiyac görmürük, çünki inanırı

Birinci vitse-prezident Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirilib - FOTO

İyunun 29-da Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirilib.  AZƏRTAC-a istinadla xəbər verir ki, iclasda Birinci vitse-prezident Mehriban Əliyeva çıxı


son xeberler yeni xeberler azerbaycan xeberleri son xeberler bugun 2026 canli bu gunun xeberleri haqqinda melumat bugünkü son xəbərlər cəbhədən xəbərlər