Vardanyana 20 illik həbs hökmü həm hüquqi, həm də siyasi baxımdan mühüm qərardır" - Deputat

Vardanyana 20 illik həbs hökmü həm hüquqi, həm də siyasi baxımdan mühüm qərardır"Bakı Hərbi Məhkəməsinin Ruben Vardanyan barəsində çıxardığı 20 illik həbs hökmü həm hüquqi, həm də siyasi baxımdan mühüm qərardır".
Bu sözləri azxeber.com-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə komitəsinin sədri Arzu Nağıyev bildirib. 
O deyib ki, Ruben Vardanyanla bağlı keçirilən məhkəmə prosesi öz məntiqi sonluğunu tapıb:
"Bu qərar yalnız Vardanyanın cinayət məsuliyyətinə cəlb olunması deyil, eyni zamanda post-münaqişə dövründə hüquqi və siyasi məsuliyyət mexanizminin formalaşdırılması baxımından mühüm presedentdir. İttihamlara əsasən, burada təkcə müharibə cinayətləri deyil, həm də terrorçuluq, insanlığa qarşı cinayətlər, dövlət təhlükəsizliyinə qarşı yönəlmiş fəaliyyətlər, terror təşkilatlarının maliyyələşdirilməsi kimi ağır cinayətlər yer alır. Vardanyan bəzi dövlətlərin xüsusi xidmət orqanlarının tapşırıqlarına uyğun olaraq iqtisadi sabotaj fəaliyyəti ilə məşğul olub, Azərbaycanın təbii sərvətlərinin qanunsuz daşınması və talan edilməsini təşkil edən qruplara rəhbərlik edib. Bu cür cinayətlərin törədilməsi üçün şəxsin mütləq şəkildə silahının olması vacib deyil. Bu əməllər silahlı cinayətlərdən daha ağırdır".
Deputat qeyd edib ki, Qərb çevrələri bu prosesi siyasi motivli kimi təqdim etməyə çalışır:
"Beynəlxalq hüquq müstəvisində bu proses Azərbaycanın öz hüquqi mövqeyini nümayiş etdirməsi çox mühümdür. Münaqişə dövründə törədilmiş cinayətlərə görə fərdi məsuliyyət prinsipinin tətbiqi strategiyamızın əsas tərkib hissəsidir. Təkcə Ermənistan deyil, Qərb çevrələri bu prosesi siyasi motivli kimi təqdim etməyə çalışsalar da, indiyədək heç bir dövlətdən rəsmi müraciət daxil olmayıb".
Vardanyana 20 illik həbs hökmü həm hüquqi, həm də siyasi baxımdan mühüm qərardırParlamentari vurğulayıb ki, belə vəziyyəti Vensin İrəvana səfəri zamanı da gördük:
"Bu vəziyyəti ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vensin Ermənistana səfəri zamanı da müşahidə etdik. Belə ki, digər məhbuslar və ya cinayətkarlarla bağlı deyil, məhz Ruben Vardanyanın azad olunması tələbi ilə şüarlar səsləndirildi, plakatlar nümayiş etdirildi. Bu isə məsələnin yalnız siyasi deyil, eyni zamanda iqtisadi tərəfinin də olduğunu göstərir. Məlumdur ki, Vardanyan Qarabağdan sonra Ermənistana qayıdaraq müəyyən vəzifə tutmalı və bu məqsədlə özünə elektorat formalaşdırmalıydı. Sözügedən proses üçün ona maliyyə vəsaitinin ayrılmışdı. Rusiya və digər dövlətlər Vardanyanın siyasi lider kimi Ermənistana qayıtmasında maraqlıydılar".
A.Nağıyev söyləyib ki, ağır cinayətlər törədən şəxslər qanun qarşısında cavab verməlidir:
"İlham Əliyev Münxen Təhlükəsizlik Konfransı çərçivəsində verdiyi müsahibəsində də bildirdi ki, Azərbaycan öz suverenliyinə, ərazi bütövlüyünə və xalqına qarşı cinayətlər törətmiş şəxslərin məsuliyyətə cəlb olunmasını təmin edib. Eyni zamanda antiterror tədbirləri zamanı humanist prinsiplərə riayət edilsə də, ağır cinayətlər törədən şəxslər qanun qarşısında cavab verməlidir". 
Şahanə Ziyad

Siyasi       Tarix: 17 fevral 2026
f Paylaş

Oxşar xəbərlər

YAP Təftiş Komissiyasının sədri və sədr müavini seçildi

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) Təftiş Komissiyasının iclası keçirilib. İclasda YAP-ın Vll Qurultayında seçilmiş Təftiş Komissiyasının üzvləri Təftiş Komissiyasının sədri vəzifəsinə Sevinc Hüseynova, sədr müavin

Ağ Evə tanklardan atəş açılan gün: Rusiyada diktatura yolunun başlanğıcı

1993-cü ilin oktyabrında Rusiyada baş verən hakimiyyət böhranı təkcə prezidentlə parlament arasında siyasi qarşıdurma deyildi. Bu, ölkənin gələcək idarəçilik modelini müəyyən edən, yüzlərlə insanın həyatına son qoyan və Rusiyad

İrəvanın sülh oyunu: Konstitusiya dəyişikliyi niyə yubadılır?

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülh sazişinin imzalanmasının vacibliyini dəfələrlə bəyan etsə də, prosesin yekunlaşması ilə bağlı fikir ayrılıqları gündəmdə qalır. Ermənistan Konstitusiyasının dəyişdirilməsi

Azərbaycan və Sudan arasında mədəniyyət sahəsində əməkdaşlıq müzakirə edilib

Azərbaycan və Sudan arasında mədəniyyət sahəsində əlaqələrin perspektivləri müzakirə edilib. bu barədə Mədəniyyət Nazirliyinə istinadən xəbər verir. Məlumata görə, VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsind

Cümhuriyyət Günündə verilən mesaj: Abbasın Kipr səfəri hansı məna daşıyır?

Çox mənidar hadisədir:. İttihad və Tərəqqi rəhbərlərinin Osmanlı taxtını bölüşdükləri ərəfədə Qüdsün Böyük Müftisi Hüseyn Səlim əl-Hüseyni ağ bayraq altında ingilis hərbi qüvvələrinə müraciət edərək şəhərin açarını onlar

Heydər Əliyev Mərkəzində 'Muzeylər və irs yerləri mədəniyyətlərarası dialoq məkanları kimi' mövzusunda panel müzakirəsi keçirilib

VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində oktyabrın 28-də Heydər Əliyev Mərkəzində "Muzeylər və irs yerləri mədəniyyətlərarası dialoq məkanları kimi" mövzusunda panel sessiya təşkil olunub. B

Prezident onları təltif etdi - Adlar

Azərbaycanda kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif edilib. xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycanda kənd təsərrüfatının inkişafınd

İran agentlərindən Londonda Azərbaycan səfirliyi qarşısında təxribat

Londonda Azərbaycan Respublikasının Böyük Britaniyadakı səfirliyi qarşısında təxribat xarakterli aksiya keçirilib. xəbər verir ki, bu barədə Azərbaycanın Londondakı səfirliyindən məlumat verilib. Aksiyada iştirak edən 10-1

Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana ekstradisiya edilib

İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilən və yeri Çin Xalq Respublikasında (ÇXR) müəyyən edilən daha bir şəxsin oktyabrın 28-də nazirlik tərəfindən Azərbaycana ekstradisiyası həyat


yeni xeberler azerbaycan xeberleri son xeberler sou xeberler cəbhədən son xəbərlər futbol xeberleri son.xeberler