Eldar 'Avroviziya'dakı uğursuzluqların səbəbini açıqladı
"Avroviziya 2011" qalibi Eldar Qasımov son illər Azərbaycanın müsabiqədə uğursuz çıxış etməsinə münasibət bildirib.
azxeber.com "axşam.az"a istinadən xəbər verir ki, müğənni "Künc-bucaq" layihəsində qonaq olarkən təmsilçilərimizin son dörd ildə final mərhələsinə vəsiqə qazana bilməməsindən danışıb. Eldar bildirib ki, problemin səbəbini axtarmaq əvəzinə, müsabiqəyə yanaşmanı dəyişmək lazımdır:
"Səbəbi axtarmaq lazım deyil. Düşünürəm ki, başqa cür yanaşmaq lazımdır. Seçimləri başqa formada etməliyik. Xaricdən müəlliflər çağırmaq lazımdır. Bizim müəlliflə birlikdə mahnı yazsınlar. Yaxşı ifaçı tapıb ona bəstə təqdim etməlidirlər. Yanaşmanı dəyişib, düzgün yol tapmalıdırlar".
Müğənni vurğulayıb ki, müasir dövrdə müsabiqədə uğur qazanmaq üçün təkcə səhnə performansı kifayət etmir:
"İndi performans deyil, həm ünsiyyət, həm piar, həm də nüfuzunu göstərmək bacarığıdır. Formatı dəyişsək, maraqlı nəticəyə gələ bilərik".

İlham Əliyev Qətər Əmiri ilə görüşüb - FOTOLAR
Bakının əsas prospekti buna görə iflic oldu
Paşinyan Azərbaycandan bu ərazini istədi – Əvəzində təklif edir ki…
Paşinyan anklavlarla bağlı yeni təklif verdi - Detallar
Tanınmış reperi həbsxanada döydülər
Pakistan AQEM-in VII Zirvə Görüşünün uğurla keçirilməsi münasibətilə Azərbaycanı təbrik edib
"Yelo Bank" 2026-cı ilin 3-cü rübünü artımla başa vurdu
Konfrans Liqası: I turun oyunlarına start verilir
Bakı–Şamaxı yolunda avtomobil aşıb, yaralananlar var
Bakıda 20 yaşlı oğlanı bıçaqladılar
ABŞ-la münasibətlərin düzəlməsi üçün 10 il vaxt lazımdır
Zelenski Brüsselə getdi - Onlarla görüşəcək
Nazirlər Kabineti 'Azərişıq' və 'Azərenerji' ilə bağlı qaydada dəyişiklik edib
Teleqramda bu da mümkün olacaq
Buxarada Azərbaycan–Özbəkistan dostluq konserti təşkil olunub