Ələt Azad İqtisadi Zonasının Baş Planı hazırlanacaq
Ələt Azad İqtisadi Zonasında investorlar üçün əlverişli biznes mühitinin yaradılması məqsədilə yeni ayrılmış ərazilərin inkişafı istiqamətində işlər davam etdirilir.
"Report"un xəbərinə görə, bununla əlaqədar olaraq, ötən təcrübədə olduğu kimi, Ələt Azad İqtisadi Zonasına ayrılmış növbəti mərhələ ərazilərinin inkişafı ilə bağlı işlərin səmərəli təşkili və düzgün koordinasiyasını təmin etmək məqsədilə ölkə başçısının sərəncamı ilə müvafiq dövlət qurumları və təşkilatlarının, həmçinin Ələt Azad İqtisadi Zonasının Səlahiyyətli Qurumunun nümayəndələrindən ibarət İşçi qrupu yaradılıb və İşçi qrupunun rəhbəri iqtisadiyyat naziri Mikayıl Cabbarov təyin edilib.
Sözügedən İşçi qrupunun yaradılmasında əsas məqsəd müvafiq dövlət qurumlarının iştirakı ilə Ələt Azad İqtisadi Zonasına ayrılmış ərazilərin Baş Planının tərtib edilməsi və bunun əsasında ərazi-xarici və ərazi-daxili nəqliyyat (dəmiryolu və avtomobil yolları) və mühəndis-kommunikasiya (su, qaz, elektrik enerjisi, kanalizasiya və s.) təminatı obyektlərinin layihələrinin hazırlanması və icrasının həyata keçirilməsidir.
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Ermənilərin muradı gözündə qaldı: "İrəvanla Aİ arasında vizasız rejim hələ tezdir"
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir
İpoteka Fondunun yeni sədri Osman Xaliyev kimdir? – DOSYE
"Azeri Light"ın qiyməti 104 dollara düşdü
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Prezident Osman Xaliyevi sədr təyin etdi
İlham Mirzəyev xəstəxanaya yerləşdirildi: 'Haqqınızı halal edin
"Xankəndi" klubunda yeni təyinat
Millimiz Moldova yığmasına uduzdu
"1-ci Ailə Kuboku" baş tutdu - FOTOLAR